Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ağsuda oğlan bacısını uşaqlarının gözü qarşısında bıçaqladı
Tarix: 04-11-2015 | Saat: 17:13
Bölmə:Karusel / Hadisə / Fotogalereya | çapa göndər

Ağsuda oğlan bacısını uşaqlarının gözü qarşısında bıçaqladı
Hadisənin səbəbləri araşdırılır.

Ağsu rayonunda daha bir bıçaqlanma hadisəsi baş verib.

Xəbəraz.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 13:00 radələrində Ağsunun Ərəbuşağı kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Mürsəlov Hakim Nəzər oğlu əmisinin evinə gedən bacısı, 1986-cı il təvəllüdlü Mürsəlova Yaqut Nəzər qızı ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və H. Mürsəlov bacısına bıçaqla bir neçə xəsarət yetirib.

Hadisə qadının iki azyaşlı övladının gözü qarşısında baş verib.

Qarın boşluğundan xəsarətlər alan Y. Mürsəlova Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Məlumata görə, qardaş-bacı arasında bundan əvvəl də mübahisə olub. Hadisənin səbəbləri Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırılır.


Xəbəri paylaş

5438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___