Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daha bir futbol əfsanəsini yaxından tanıyaq TYERRİ HENRY
Tarix: 04-11-2015 | Saat: 13:24
Bölmə:Karusel / İdman / M2 / Xəbəraz TV | çapa göndər

Daha bir futbol əfsanəsini yaxından tanıyaq TYERRİ  HENRY


Ümumi məlumat

Tam adı Tyerri Daniel Anri
Ləqəbi Titi, Va Va Voom
Doğum tarixi 17 avqust 1977 (38 yaş)
Doğum yeri Lez-Yulis, Essona, Fransa
Vətəndaşlıq Fransa
Əsas ayağı sağ
Boyu 188 sm
Çəkisi 83 kq
Mövqeyi hücumçu
kənar yarımmüdafiəçi
Komanda haqqında məlumat
Klub karyerasını bitirib
Nömrəsi 14
Karyerası
Həvəskar karyerası

1983—1989 Lez-Yulis
1989—1990 Palezo
1990—1992 Viri-Şatiyon
1992 Klerfonten
1992—1994 Monako

Peşəkar karyerası
1994—1999 Monako 105 (20)
1994—1996 → Monako B 31 (7)
1999 Yuventus 16 (3)
1999—2007 Arsenal 254 (174)
2007—2010 Barselona 80 (35)
2010—2014. Nyu-York Red Bullz 93 (40)
2012 → Arsenal 4 (1)

Milli yığma
1992—1993 Fransa (15 yaşlılar) 4 (3)
1993—1994 Fransa (16 yaşlılar) 8 (4)
1994—1995 Fransa (17 yaşlılar) 11 (10)
1995—1996 Fransa (18 yaşlılar) 13 (6)
1996—1997 Fransa (19 yaşlılar) 9 (5)
1997—1998 Fransa (20 yaşlılar) 11 (7)
1997—1999 Fransa (21 yaşlılar) 6 (1)
1997—2010 Fransa 123 (51)


Həyatı
Anri professional karyerasını 1994-cü ildə «Monako» klubunda başlayıb, oradan ilk dəfə olaraq milli komandaya çağırılıb. 1998-ci ildə futbolçunu Turinin Yuventus klubu alır. Yuventusda Anri sol cinah yarımmüdafiəçisi rolunda oynayır. Lakin uğursuz sezondan sonra, 1999-cu ildə o 10,5 mln funt sterlinqlə Londonun Arsenal klubuna keçir.

Arsenalda Anri dünya ulduzuna çevrilir. Arsen Venqerin məşqçiliyi altında Anri klubun güclü hücumçusu olur. O, dörd dəfə İngiltərə Çempionatının bombardiri və iki dəfə Qızıl buts mükafatını qazanır. 2005-ci ildə Anri Arsenalın tarixi ərzində ən sərrast bombardiri olur. Tyerri iki dəfə dünyanın ən yaxı futbolçusu adına təklif olunub və iki dəfə İngiltərə Premyer-Liqası mükafatını qazanıb. Arsenalda keçirdiyi axırıncı iki ildə Anri komandasının kapitanı olur, 2006-cı ildə isə komandasına UEFA Çempionlar Liqasının finalına çıxmağa kömək edir. Halbuki, 2007-ci ilin iyununda Arsenalda keçirdiyi səkkiz ildən sonra 16.1 mln funt sterlinqlə Barselonaya transfer olunub. 2007-ci ilin noyabrında, AVRO 2008 seçmə mərhələsində, Litvaya qarşı oyunda Tyerri özünün Fransa millisindəki 42-ci qolunu vurdu və bununla da o, Mişel Platinini keçərək Fransa tarixində ən məhsuldar oyunçu oldu.

Fransa millisinin heyətində Anri 1998-ci ildə Dünya Çempionu və 2000-ci ildə Avropa Çempionu oldu. Öz nailiyyətləri ilə o dünyanın ən güclü oyunçularıdan biri sayılır.

Meydandan kənarda Anri futbolda rasizmə qarşı aktiv mübarizə aparır, çünki həyatda özü belə hallarla rastlaşıb. Oyun tərzi və inanılmaz sürəti Anrini dünyanın ən şöhrətli oyunçularından birinə çevirmişdir. O Nike, Reebok, Reno, Pepsi, Gillette kimi kompaniyaların reklam çarxlarında çəkilib. L'Equipe magazine jurnalının araşdırmasına görə Tyerri Anri 2007-ci ildə Fransanın ən çox gəlir qazanan idmançısı olmuşdur.

2008-ci ilin iyulunda Londonun Arsenal klubunun rəsmi saytında keçirilən sorğunun nəticələrinə görə, Tyerri Anri klubun tarixi ərzində ən yaxşı oyunçusu seçilmişdir


Futbolçu kariyerasi
Monako
1990-cı ildə Monako skoutlarından Arnold Katalonanı Tyierri Anrinin oyununa baxmaq üçün göndərir.Skoutun baxdığı oyunda Anri 6 dəfə fərqlənir və ona Monakonun gənc komandasına qoşulmaq təklif olunur.Məktəbdəki qiymətləri yaxşı olduğundən heç bir cətinlik cəkmədən, Anri Arsen Vengerin başçılıq etdiyi Monakoya yollanır.Debüt oyunu 1994-cü il AVqustun 31ində Nice qarşı oynadıqları 2-0 lıq məğlubiyyət olur.Venger onu ilk öncə mərkəz hücumçusu daha sonra isə sürətinə görə cinah yarım müdafiəçisi kimi oynadır.

Qazandığı trofeylər
Dünya Çempionu: 1998
Vitse-dünya Çempionu: 2006
DÇ-ları iştirakçısı: 1998, 2002, 2006
Avropa Çempionu: 2000
AÇ-ları iştirakçısı: 2000, 2004, 2008
Konfederasiya Kubokunun qalibi: 2003
Fransa Çempionu: 1996-97
Fransa Kubokunun qalibi: 1997
İngiltərə Çempionu: 2001-02, 2003-04
İngiltərə Kubokunun qalibi: 2002, 2003, 2005
İngiltərə Superkubokunun qalibi: 2002, 2004
İspaniya Çempionu: 2008-09
İspaniya Kubokunun qalibi: 2009
Çempionlar Liqasının qalibi: 2009
Qızıl buts sahibi: 2004, 2005
İngiltərə Premyer-Liqasının bombardiri: 2002, 2004, 2005, 2006
İngiltərə Premyer-Liqasında ilin oyunçusu: 2006



Xəbəri paylaş

6958 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___