Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tolik: “Bu barışıq nə Aygün xanıma görədir...”
Tarix: 31-10-2015 | Saat: 17:14
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

Tolik: “Bu barışıq nə Aygün xanıma görədir...”

Məşhur prodüser Tolik (Tarix Əliyev) müğənni Natavan Həbibi ilə barışıb.

Xeberaz.az-ın məlumatına görə, prodüser bu barədə şəxsi "İnstaqram" səhifəsində bəyan edib: “Bildiyiniz kimi bir neçə gündür mən Azərbaycanda deyilem. Qərib ölkədə aylardır münasibətimiz anlaşılmazlıq olan Natavan Həbibi ilə görüşdük, danışdıq və bu söz söhbətə son qoymaq qərarını verdik. Bir etiraf etmək istəyirəm ki, mən onun ailəsində aylardır narahatçılıq yaratmışam. Bizim barışmağımızı kimlərsə nəyəsə yozmasın. Deyim ki, məhkəmənin çıxardığı hökmə görə biz Natavanla barışmayacaqdıq. Ortada üzr istəmək məsələsi var idi. Barışığımız isə səmimi oldu deyə, mən bu acıqlama ilə nəyisə sübüt etmirəm. Mənim əsəbdən ürəyim ağrımağa başlayıb. Mən həm özümə, həmdə Natavanın anasına bu 2 il ərzində əsəb, stres yaşatdığım üçün çözüm yolunu sülhdə tapdıq. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu barışıq nə Atgün xanıma görədir, nədə başqa bir adama görə. Özümə bundan sonra kimlərinsə davasında adımın hallandırmasına şərait yaratmayacagam. Sadəcə söz – söhbət, dava – dalaş nəyə lazımdır?! İnanıram ki, həm Natavan Həbibini, həm də məni çox istəyənlər bu barışığı normal qəbul edəcəklər. Biz bu süni barışmadıq. Bunu təkrar yazıram ki, əlavə suallarınız olmasın. ”
Qeyd edək ki, müğənni Natavan Həbibi prodüser Tolik, xalq artisti Aygün Kazımova və klipmeyker Zöhrab Ağayevə qarşı onun şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuza xələl gətirməsi iddiası ilə əlaqədar məhkəməyə müraciət etmişdir.


Xəbəri paylaş

7648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___