Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Canlı əfsanə Leonel Messinin həyatı FOTO VİDEO
Tarix: 31-10-2015 | Saat: 11:36
Bölmə:Karusel / M2 / Xəbəraz TV / Məşhurların Taleyi | çapa göndər

Canlı əfsanə Leonel Messinin həyatı  FOTO VİDEO
Xeberaz.az-dan daha bir yenilik artiq sevdiyiniz futbolçulaın həyatını bizdə izləyin
LİONEL MESSİ
Lionel Messi (doğum 24 iyun 1987, Rosario, Argentina) — Argentina futbolçusu. İspaniyanın "Barselona" klubunun və Argentina milli futbol komandasının heyətində çıxış edir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır.

Messi hələ 21 yaşında olarkən Qızıl top və FİFA Dünyada İlin Oyunçusu mükafatlarına namizəd olub. 2009-cu ildə özünün ilk Qızıl top və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011 və 2012-ci illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010-11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi "Barselona"nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu adına sahib çıxıb. 25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub.

Dünyada ən yaxşı oyunçu hesab edilən və futbolçular, məşqçilər və şərhçilər tərəfindən futbol tarixinin ən nəhəng oyunçusu kimi qiymətləndirilən Messi Qızıl top mükafatını dörd dəfə qazanan ilk və hələlik yeganə futbolçudur, həmçinin Messi Avropada qızıl buts mükafatını üç dəfə əldə edən ilk futbolçudur. Messi "Barselona"nın heyətində yeddi dəfə İspaniya La Liqasının, üç dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun,dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.

Messi UEFA Çempionlar Liqası yarışlarında ardıcıl dörd dəfə bombardir olan ilk və yeganə oyunçudur, həmçinin Messi yarış tarixində ən çox het-trik müəllifi olma rekordunu da özündə saxlayır. 2012-ci ilin martında Messi Çempionlar Liqasında ilk dəfə bir oyuna 5 qol vurmaqla tarixə düşdü. O, həmçinin Joze Altafininin Çempionlar Liqasında bir mövsümdə 14 qol vurma rekorduna da şərik çıxdı. Messi 2011-2012 mövsümündə 72 qol vuraraq Avropada yeni rekord müəyyənləşdirdi. Həmin mövsüm bir mövsümdə altı müxtəlif yarışda həm qol vurub, həm də məhsuldar ötürmə etməklə futbol tarixində ilkə imza atdı. 16 fevral 2013-cü ildə Messi "Barselona" karyerasında 300-cü qolu vurdu. 30 mart 2003-cü ildə Messi ardıcıl 19 La Liqa oyununda fərqləndi. Bununla o peşəkar futbol yarışında bütün rəqib komandalara qol vurmaqla tarixi düşdü. O ardıcıl 21 liqa oyununda qol vurmaqla öz rekordunu yenilədi və yalnız zədə bunun davamını gətirməyə mane oldu. 23 mart 2014-cü ildə Real Madridə qarşı oyunda het-trik edərək El-Klassikolarda ən çox het-trik edən futbolçu adına yiyələndi.

Messi bir çox göstəricilərdə Dünya rekordunu əldə edib: 289 qolla La Liqa tarixində ən çox qol vuran, 50 qolla bir La Liqa mövsümündə ən çox qol vuran, 91 qolla bir təqvim ilində ən çox qol vuran, Çempionlar Liqasında bir oyunda ən çox - 5 qol vuran və çempionlar liqasında ən çox - 5 dəfə bombardir olan oyunçudur.

Messi 2005-ci ildə FİFA 20 yaşadək futbolçular arasında Dünya Kuboku yarışında Argentina millisinin heyətində çıxış etdi, turniri ən yaxşı oyunçu və bombardir kimi tamamladı. 2006-cı ildə o, FİFA Dünya Kubokunda oynayan ən gənc argentinalı oyunçu kimi tarixə düşdü və həmçinin 2007-ci ildə Kopa Amerikada finalçı oldu, bu yarışda da Messi ən yaxşı gənc oyunçu seçildi. 2008-ci ildə Argentina Olimpiya milli futbol komandası ilə Olimpiya çempionu olaraq ilk uğurunu qazandı. SportsPro qəzeti Messini dünyada ən dəyərli ikinci oyunçu kimi qiymətləndirib. İstedadı və oyun tərzi ilə tez-tez bənzədildiyi Dieqo Maradona Messini öz xələfi kimi göstərib.

Həyatı
Lionel Andres Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində anadan olmuşdur. Atası Jorge Horasio Messi polad fabrikində işləyirdi, anası Selia Mariya Kussittini isə xidmətçi idi. Onun mənşəyi ata tərəfdən İtaliyanın Ankona şəhərinə gedib çıxırdı. Belə ki, onun ulu babası Ancelo Messi 1883-cü ildə oradan Argentinaya köçmüşdü. Rodrigo və Matias adlı iki böyük qardaşı, Maria Sol adlı özündən kiçik bir bacısı var. Hələ yaşı az olarkən Leo futbola maraq göstərməyə başlamışdı, o böyük qardaşları və sonralar peşəkar futbolçular olmuş Maksi Biançuççi və Emanuel Biançuççi ilə futbol oynayırdı. Beş yaşında olarkən Messi atasının məşqçilik etdiyi yerli Qrandoli futbol məktəbində məşqlərə başladı. 1995-ci ildə doğma şəhəri Rosarioda məskunlaşan "Nyuels Old Boyz" klubuna keçdi. O, komandanın gənc ulduzuna çevrildi və növbəti dörd ildə yalnız bir oyunda meydana çıxmadı. Messi təvəllüdünə uyğun olaraq "87-ci ilin maşını" ləqəbi ilə məşhurlaşdı.

11 yaşında Messiyə inkişaf hormonu çatışmazlığı diaqnozu qoyuldu. Yerli klublardan "River Pleyt" Messinin müalicəsinə kömək etmək istəsə də, ayda 900 $ məbləği ödəyə bilməyəcəyini bildirdi. "Barselona"nın idman direktoru Karles Reksaç Messinin Kataloniyanın qərbində Leyda əyalətində yaşayan qohumları sayəsində onun istedadından xəbərdar idi və bir müddət sonra atası ilə Messini sınamaq üçün baxışa çağırdı. Reksaç Messiyə salfet kağızında yazılmış müqavilə təklif etdi. Müqaviləyə görə Messi İspaniyaya köçəcəyi halda müalicə xərcini "Barselona" öz üzərinə götürəcəkdi. Messi və atası qeyd edilən vaxtda Barselonaya köçdü və Messi klubun gənclər akademiyasına daxil oldu.

Klub karyerası
Barselona
Messi 2000-2003-cü illərdə "Barselona"nın Uşaq B və Ümid B & A komandalarında oynayıb. Ümid B komandasında 30 oyunda 37 dəfə fərqlənib. 2003-cü ildə o, maliyyə çətinliklərinə görə məcburən klubdan uzaqlaşdırılmalı olub, amma onun gənc məşqçiləri klub idarəçilərini onun saxlanması üçün razı sala biliblər (bu ixtisarlar dövründə Sesk Fabreqas klubdan göndərilib).[21] 2003-2004 mövsümündə Messi beş müxtəlif komandanın heyətində çıxış edib:[22] O, Gənc B komandasında bir oyun (bir qol) keçirib və Gənc A komandasına keçidi reallaşıb (21 qol, 14 oyun). Sonra 29 noyabr 2003-cü ildə Üçüncü Divizyonda çıxış edən "Barselona C" klubunda və növbəti - 2004-cü ilin 6 martında İkinci Divizyonda çıxış edən "Barselona B" klubunda debüt elədi. O, bir mövsüm ərzində hər iki komandada çıxış elədi (müvafiq olaraq 10 oyun, 5 qol və 5 oyun, 0 qol).[23][24][25] Bu iki debütdən daha əvvəl 16 noyabr 2003-cü ildə 16 yaş və 145 günlüyündə Messi "Barselona"nın əsas komandasının heyətində "Portu"ya qarşı yoldaşlıq görüşündə ilk rəsmi oyununu keçirmişdi.[26][27]

Bu oyundan bir il keçməmiş 16 oktyabr 2004-cü ildə (17 yaş və 114 günlüyündə) Frank Raykard "Espanyol"la oyunda Messiyə liqa oyununda debüt etmək şansı verdi. Messi "Barselona"nın heyətində oynamış və La Liqada oyuna çıxan üçüncü ən gənc oyunçudur. Ən gənc oyunçu adına sentyabr 2007-ci ildə meydana çıxan Boyan Krkiç sahibdir. 1 may 2005-ci ildə Messi 17 yaş, 10 ay və 7 günlüyündə "Albasete Balompie" klubuna qarşı oyunda ilk qolunu vurdu və La Liqada "Barselona"nın heyətində qol vuran ən gənc oyunçu adına yiyələndi,[28] Messinin bu rekordu 2007-ci ildə onun məhsuldar ötürməsindən sonra qol vuran Boyan Krkiç tərəfindən qırıldı.[29] Messi onun sabiq məşqçisi Raykard haqqında belə söyləyib:"Onun mənim karyeramı başlatmağını, cəmi on altı, on yeddi yaşım olarkən mənə etimad göstərməyi faktını heç vaxt unutmayacam.""[30] Mövsüm ərzində Messi həmçinin İkinci Divizyonda "Barselona B" komandasının heyətində də çıxış etdi və 17 oyunda 6 dəfə fərqləndi.

2005-2006 mövsümü
"Mən Argentina futbolunda mənim yerimi tuta biləcək Yeni Maradonanı gördüm, onun adı Messidir."

“”
— Dieqo Maradonanın 18 yaşlı Messi haqqında söylədikləri, fevral 2006.[31]
16 sentyabrda son üç ayda ikinci dəfə "Barselona" Messiylə müqavilənin yeniləndiyini elan etdi; bu dəfə Messinin maaşı əsas heyət oyunçularının maaşı səviyyəsində oldu və müqavilə 2014-cü ilin iyun ayınadək uzadıldı.[16] Messi 26 sentyabr 2005-ci ildə İspaniya vətəndaşlığını aldı[32] və nəhayət İspaniyanın Birinci Divizyonunda debüt etməyi reallaşdı. Messinin Çempionlar Liqasındakı ilk oyunu evdə 27 sentyabrda italyan klubu "Udineze"yə qarşı olub.[26] Messi əvəzlənərkən topla soyuqqanlı oyununa və Ronaldinyo ilə uğurlu ötürmələrinin qazandırdığı qələbəyə görə Nou Kampda azarkeşlər tərəfindən alqışlanıb.[33]

Messi 17 liqa oyununda 6 dəfə fərqləndi və UEFA Çempionlar Liqasında altı oyuna bir qol vurdu. 7 mart 2006-cı ildə Çelsiyə qarşı Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda əzələsi dartıldığına görə mövsümü erkən başa vurdu.[34] Frank Raykardın başçılıq etdiyi "Barselona" mövsümü İspaniya və Avropa çempionu olaraq tamamladı.[35][36]

2006-2007 mövsümü

18 aprel 2007-ci ildə "Barselona"-"Getafe" qarşılaşması zamanı Messinin qol ardınca qaçışı
2006-2007 mövsümündə Messi əsas heyət oyunçusuna çevrildi və 26 oyunda 14 qol vurdu.[37] 17 oktyabrda "Real Zaraqoza"ya qarşı oyunda ayaq daraq sümüyünün qırılması ilə əlaqədər 3 ay futboldan kənarda qaldı.[38][39] Messi Argentinada müalicə aldıqdan sonra 11 fevralda "Rasinq Santander" klubu ilə oyunun ikinci hissəsində meydana daxil oldu.[40] 10 martda El Klassiko qarşılaşmasında "Barselona"nın 3-0 hesabı ilə geridə olduğu və bir nəfər azlıqda qaldığı qarşılaşmada 3 qol vuraraq het-trik edib. Sonuncu qolu əlavə olunmuş vaxtda vurub və bu qollarla komandasını məğlubiyyətdən xilas edib.[41] Beləliklə, Messi 1994-1995 mövsümündə "Real Madrid"in heyətində El Klassikoda ilk het-trik edən İvan Zamoranodan sonra ikinci oyunçu olub.[42] Messi həmçinin mövsüm ərzində qol vuran ən gənc oyunçu oldu. Mövsümün sonlarına doğru daha çox fərqlənməyə başladı: liqada vurduğu 14 qolun 11-ini son 13 oyunda vurdu.[43]

Mütəmadi olaraq Maradona ilə müqayisə edilən Messi mövsüm ərzində onun vurduğu məşhur qolların bənzərini vuraraq müqayisənin həqiqətə uyğun olduğunu sübut etdi.[44] 18 apreldə İspaniya Kral Kubokunun yarımfinal oyununda "Getafe"nin qapısından keçirdiyi iki topdan biri Dieqo Armando Maradonanın 1986-cı il Dünya Kubokunun finalında İngiltərənin qapısına vurduğu və "Əsrin qolu" adını qazanmış qola çox bənzəyirdi.[45] Dünyanın ən məşhur KİV-ləri Messi və Maradona müqayisəsini edirdi və İspaniya mətbuatı Messini "Messidona" kimi təqdim edirdi.[46] Maradonanın 21 il əvvəl Meksikada etdiyi kimi 62 metr irəlilədi, qapıçı da daxil olmaqla 6 oyunçunu geridə qoydu, oxşar mövqedən zərbə endirdi və qoldan sonra Maradonanın hərəkətinin bənzər olaraq küncdən zərbə dirəyinə tərəf qaçdı.[44] Oyundan sonra mətbuat konfransında komanda yoldaşı Deko "Həyatımda gördüyüm ən yaxşı qol idi" fikrini söylədi.[47] "Espanyol"a qarşı oyunda yenə Maradonanın Dünya çempionayının 1/4 finalında İngiltərə qarşı oyunda vurduğu və "Tanrının əli" adı verilən qola oxşar qol vurdu. Messi topa yüksələrkən əli ilə topa toxunaraq topu qapıçı Karloz Kameninin yanından qapıya göndərdi.[48] "Espanyol" oyunçularının etirazlarına və lent yazısının açıq-aşkar həndbol qolu olduğunu göstərməsinə baxmayraq bu qol etibarlı sayıldı.[48] "Barselona"da olduğu zaman Frank Raykard onun istəyinin əksinə olaraq meydançanın mərkəzinə açılmaq və sol ayağı zərbə vurmaq və ya keçid etməsi üçün sağ cinahdaa oynatmağı qərara aldı.[49]

2007-2008 mövsümü

Messi 31 mart 2007-ci il tarixində baş tutmuş "Barselona" - "Deportivo" qarşılaşması zamanı.
2007-2008 mövsümündə Messi bir həftədə 5 qol vuraraq "Barselona"nın turnir cədvəlində dördlüyə daxil olmasına kömək etdi. 19 sentyabr 2007-ci ildə "Barselona" UEFA Çempionlar Liqasında "Olimpik Lyon"u 3-0 hesabı ilə məğlub edərkən qollardan birini Messi vurmuşdu.[50] Üç gün sonra 22 sentyabrda "Sevilya" ilə qarşılaşmada iki dəfə fərqləndi və 26 sentyabrda "Real Zaraqoza" ilə oyundakı 4-1 hesablı oyunda iki qol vurdu.27 fevralda "Valensiya"ya qarşı oyunda rəsmi oyunlarda 100-cü dəfə "Barselona"nın formasını geyindi.[53] Bu oyundan bir neçə gün sonra "Seltik" ilə Çempionlar Liqası oyununda əzələ yırtılması səbəbindən 6 həftə meydandan kənarda qaldı. Messi son üç mövsümdə dördüncü dəfə eyni səbəbdən futboldan kənarda qalırdı
Messi hücumçu mövqeyində FIFpro Dünyanın Ən Yaxşı XI Futbolçusu mükafatına namizəd oldu. İspan qəzeti Markanın rəsmi saytında keçirilən səsvermədə 77% səslə dünyanın ən yaxşı futbolçusu seçildi. Barselonayönümlü qəzetlər El Mundo, Deportive və Sport Qızıl top mükafatının Messiyə verilməli olduğunu bildirdilər və Frank Bekenbauer də bu fikri dəstəklədi. Françesko Totti kimi ulduz futbolçular da Messini dünyanın ən yaxşı oyunçusu kimi gördüklərini açıqladılar.[58] Messi 2007-ci ildə Qızıl top mükafatında Kaka və Ronaldodan sonra üçüncü oldu və FİFA Dünyada Ən Yaxşı Futbolçu mükafatında Kakadan sonra ikinci yeri tutdu. O həmçinin IFFHS Dünyanın Ən Yaxşı Oyunqurucusu mükafatında Kaka və Andrea Pirlodan sonra üçüncü yeri tutdu.

Messi "Barselona"nın yarımfinala qədər irəlilədiyi UEFA Çempionlar Liqası mövsümündə 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qaldı. Messi bütün yarışlarda cəmi 16 qol vurub və 11 dəfə məhsuldar ötürmənin müəllifi olub.

2008-2009 mövsümü

UEFA Çempionlar Liqası 2008/2009 final oyunu zamanı Messinin "Mançester Yunayted" komandasına qarşı oyunu.
Ronaldinyonun komandadan ayrılmasından sonra Messi 10 nömrəli formada çıxış etməyə başladı. 1 oktyabrda UEFA Çempionlar Liqasında "Şaxtyor Donetsk"ə qarşı oyunda əvəzetmədən Tyeri Anrinin yerinə meydançaya daxil olaraq son yeddi dəqiqə iki qol vurub hesabı "Barselona"nın xeyrinə 2-1 etmişdi. Növbəti liqa oyunu Messinin çox yaxın dostu Sergio Agüero ilə qarşı-qarşıya gəldiyi "Barselona"-"Atletiko Madrid" oyunu idi.Messi cərimə zərbəsindən qol vuraraq və bir məhsuldar ötürmə edərək "Barselona"nın 6-1 hesablı qələbəsində pay sahibi oldu.[63] Messi "Sevilya" ilə oyunda 23 metr məsafədən vurduğu qol və qapıçını da keçərək iti bucaq altında vurduğu qolla diqqətləri öz üzərinə çəkdi.13 dekabrda 2-0 hesabı ilə "Barselona"nın xeyrinə başa çatan El Klassiko oyununda Messi komandasının ikinci qolunun müəllifi olmuşdu Messi həmçinin 2008-ci ildə FİFA Dünyanın Ən Yaxşı Oyunçusu mükafatına namizədlər arasında 678 xalla ikinci oldu.
Messi 2009-cu ildə ilk het-trikini İspaniya Kuboku oyununda "Atletiko Madrid"i 3-1 hesabı ilə məğlub etdikləri oyunda gerçəkləşdirdi.Messi 1 fevral tarixində "Rasinq Santander" komandasına qarşı "Barselona"nın 1-0 hesabı ilə geri düşdüyü oyunda ikinci hissədə oyuna daxil olaraq iki vacib qol vurdu və komandasına 2-1 hesablı qələbə qazandırdı. Bu qollardan ikincisi "Barselona"nın La Liqada vurduğu 5000-ci qol idi.[68] La Liqanın 28-ci turunda Messi "Barselona"nın "Malaqa"nı 6-0 hesabı ilə məğlub etdiyi oyunda mövsümdəki 30-cu qolunu vurdu. 8 aprel tarixində Çempionlar Liqasında "Bayern Münhen" komandasına iki qol vuraraq bu turnirdə vurduğu qolların sayını 8-ə çatdırdı və özünün şəxsi rekordunu qırdı. 18 apreldə "Getafe"ni 1-0 hesabı ilə məğlub etdikləri oyunda liqada 20-ci qolunu vurdu. Beləliklə, bu "Barselona" ilə "Real Madrid"in arasında 6 xal fərqin qorunmasını və "Barselona"nın "Real Madrid" ilə keçirəcəyi oyun ərəfəsində növbəti oyuna üstünlüklə hazırlaşmalarını təmin etdi.

"Barselona" "Real Madrid"in Santyaqo Bernabeu stadionunda keçirilən El Klassiko qarşılaşmasında 6-2 hesabı ilə qalib gəldi və bu, 1930-cu ildən bəri "Real Madrid"in üzləşdiyi ən böyük hesablı məğlubiyyət oldu. Bu oyunda Messi iki dəfə fərqləndi. Hər qol vurduqdan sonra kameralara tərəf gedərək formasını qaldırıb "Sindrome X Fragil" (Kataloniya dilində: Frajil X Sindromu) yazan köynəyini göstərdi və bu xəstəliyə yoluxmuş uşaqlara dəstəyini nümayiş etdirdi.Messi Çempionlar Liqasının yarımfinalında Andres İnyestanın əlavə olunmuş dəqiqələrdə vurduğu qolda böyük pay sahibi oldu və "Çelsi"ni mübarizədən kənarlaşdıran "Barselona" finalda "Mançester Yunayted" komandasına rəqib oldu. 13 mayda İspaniya Kral Kuboku finalında "Atletik Bilbao"nu 4-1 hesabı ilə məğlub etdikləri oyunda Messi bir qol, iki məhsuldar ötürmə ilə yadda qaldı və ilk dəfə İspaniya Kral Kubokunu qazandı Daha sonra "Barselona" La Liqanın da qalibi olaraq qızıl dubl gerçəkləşdirdi. "Barselona" 27 mayda Çempionlar Liqası finalında 2-0 hesabı ilə qalib gələrək 3-cü dəfə bu kubokun sahibi oldu. Messi 70-ci dəqiqədə komandasının ikinci qolunun müəllifi oldu və 9 qolla Çempionlar Liqasının bombardiri oldu. Beləliklə, ən gənc bombardir adına sahib çıxdı. Bu möhtəşəm mövsümdən sonra Messi UEFA İlin Hücumçusu və UEFA İlin Futbolçusu mükafatlarına sahib çıxdı. Bu Çempionlar Liqası qələbəsi ilə "Barselona" İspaniya Kral Kuboku, La Liqa və Çempionlar Liqasını eyni mövsümdə qazanan ilk ispan klubu oldu.
2009-2010 mövsümü
"O, çox sürətli və qarşısıalınmazdır. Playstation oyunçusu kimidir. Rəqibin etdiyi hər səhvi öz üstünlüyünə çevirə bilir."

“”
— "Arsenal"ın baş məşqçisi Arsen Venger 4-1 hesabı ilə "Barselona"nın xeyrinə başa çatan UEFA Çempionlar Liqasının 1/4 final oyunundan sonra, 6 aprel 2010.
UEFA Super Kubokunun qalibi olan "Barselona"nın baş məşqçisi Yosep Qvardiola Messinin indiyə qədər gördüyü ən yaxşı futbolçu olduğu fikrini söylədi. 18 sentyabr tarixində Messi "Barselona" ilə yeni müqavilə imzaladı. 2016-cı ilə qədər uzadılan müqaviləyə əsasən, Messinin transfer dəyəri 250 milyon € olaraq müəyyən edildi. Messi illik 9.5 milyon €-luq məvacibi ilə birlikdə Zlatan İbrahimoviç ilə birgə La Liqanın ən bahalı futbolçusu oldu. Bundan dörd gün sonra 22 sentyabrda Messi "Rasinq Santander" klubuna qarşı "Barselona"nın 4-1 hesabı ilə qalib gəldiyi oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldı

1 dekabr 2009-cu il tarixində Messi Avropada İlin Futbolçusu Mükafatını qazandı. İkinci yerdə olan Kriştiano Ronaldonun 233 xal qazandığı halda Messi 473 xalla birinci olmuşdu. Bu fərq tarixdə ən böyük fərq olaraq yadda qaldı. Frans Futbol jurnalına verdiyi müsahibədə Messi mükafatı ailəsinə həsr etdiyini açıqladı və "Nə vaxt onlara ehtiyacım olsa, mənimlə birgə idilər və hətta bəzən hislərini məndən daha çox göstərdilər" fikrini bildirdi. Messi həmçinin Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının İlin Ən Yaxşı Pleymeykeri Mükafatında komanda yoldaşı Xavinin ardınca ikinci yeri tutub.

19 avqust 2009-cu ildə Kamp Nou stadionunda "Barselona" - "Mançester Siti" qarşılaşması zamanı Messinin oyunu
19 dekabrda Messi FİFA Klublarası Dünya Kuboku finalında Abu Dabidə "Estudiantes"ə qarşı oyunda komandasının qələbə qolunun müəllifi oldu və bu kuboku komandasına qazandırdı. İki gün sonra FİFA Dünyada İlin Oyunçusu mükafatında Andres İniyesta, Kaka, Xavi və Kriştiano Ronaldonu arxada qoyaraq birinci oldu. Messi bu mükafatı əldə edən ilk Argentinalı futbolçu oldu. 10 yanvar tarixində 2010-cu ilin və mövsümün ilk het-trikini "Tenerife"yə qarşı 5-0 hesabı ilə qalib gəldikləri oyunda gerçəkləşdirdi.17 yanvarda "Barselona"nın "Sevilya"ya 4-0 hesabı ilə qalib gəldiyi oyunda Messi "Barselona"da 100-cü qolunu vurdu.-2 hesabı ilə heç-heçə başa çatan oyunda 2 qol vurdu.Növbəti uğurlu həftədə 8 qolla yadda qaldı. Doğma meydanda "Valensiya"nı 3-0 hesabı ilə məğlub etdikləri oyunda het-trik etdi. Daha sonra Çempionlar Liqasında 1/8 final mərhələsində "Ştuttqart" ilə 4-0 hesabı ilə bitən oyunda iki dəfə fərqləndi və son olaraq "Real Zaraqoza"ya 4-2 hesabı ilə qalib gəldikləri oyunda növbəti het-trikini etdi.Bu performansla La Liqada iki oyun ard-arda het-trik edən ilk "Barselona"lı oyunçu oldu. 24 martda Osasunaya qarşı oyun Barselonadakı 200-cü rəsmi oyunu idi.

6 aprel 2010 tarixində Messi karyerasında ilk dəfə bir oyunda dörd qolun müəllifi oldu. Bu hadisə Çempionlar Liqasının 1/4 final mərhələsində "Arsenal" komandasına qarşı evdə cavab oyununda reallaşdı. 4-1 hesabı ilə başa çatan oyunda "Barselona"nın bütün qollarının müəllifi Messi oldu. Bu oyundan sonra Çempionlar Liqasında ən çox qol vuran "Barselona"lı oyunçu adı Rivaldodan Messiyə keçdi. 10 apreldə "Real Madrid"ə 2-0 hesabı ilə qalib gəldikləri oyunda bir dəfə fərqləndi və mövsümün 40-cı qolunu vurdu.Messi mayın 1-də "Vilyareal" ilə 4-1 hesabı ilə başa çatan oyunda 2 dəfə fərqlənərək dubl etdi.4 may tarixində "Barselona"nın "Tenerife" komandasına 4-1 hesabı ilə qalib gəldiyi oyunda yenə dubl etdi. 8 may tarixində isə "Sevilya" ilə qarşılaşmada mövsümün 32-ci qolunu vurdu və liqanın sonuncu turunda Real "Valladolid"ə qarşı oyunda da iki dəfə fərqləndi. Messi, beləliklə Ronaldonun 1996-97 mövsümündə vurduğu 34 qolluq rekordunu yenilədi və 3 iyunda ondan dörd qol çox vuran Telmo Zarraya həsr olunan La Liqa İlin Futbolçusu mükafatına layiq görüldü. Messi bu mükafatı ardıcıl ikinci dəfə əldə etdi.

2010-2011 mövsümü
"Mən Messinin mövqeyini ələ keçirmək istəyənlərin yerinə məyus oluram, bu mümkünsüzdür, bu şəxs unikaldır."

“”
— "Barselona"nın keçmiş baş məşqçisi Pep Qvardiola.
Messi 21 avqustda "Sevilya"nı 4-0 hesabı ilə məğlub etdikləri İspaniya Super Kubokunun ilk oyununda het-trik etdi. İkinci oyunda "Sevilya" oyunda 3-1 hesabı ilə qələbə qazandı, amma hər iki oyunun nəticəsinə görə "Barselona" kubokun sahibi oldu. O, 29 avqustda "Rasinq Santander"ə qarşı oyunda 3-cü dəqiqədə qol vurdu. Messi Çempionlar Liqası oyununda "Panathinaikos"la qarşılaşmada 2 qol vurdu və bir məhsuldar ötürmə verdi.

Messi 19 sentyabrda Visente Kalderon Stadionunda oyunun 92-ci dəqiqəsində "Atletiko Madrid"in oyunçusu Tomas Uyfalusi tərəfindən kobudluqla dayandırıldı və ayaq biləyi zədələndi. Messinin ayaq biləyi qırıldığı üçün 6 ay futboldan kənarda qalacağı haqda söz-söhbətlər gəzməyə başladı.Amma daha sonra ayaq biləyinin burxulduğu və 2 həftə futboldan uzaq olacağı açıqlandı. Ertəsi gün komanda yoldaşı Davil Vilya "Messiyə qarşı vəhşicəsinə kobudluq edildi" fikrini bildirdi. "Atletiko Madrid"in müdafiəçisi Tomas Uyfalusi "Qaydanı pozarkən zədələməyi düşünmürdüm" açıqlamasını etdi. Bu hadisə dünya mətbuatında böyük marağa səbəb oldu və bütün futbolçuların qorunması bərabərliyi müzakirə mövzusu oldu.

Messi sağaldıqdan sonra "Malyorka" ilə oyunda meydançaya çıxdı və 1-1 hesabı ilə başa çatan oyunda komandasının qolunun müəllifi oldu. UEFA Çempionlar Liqasında Kopenhagen klubu ilə 2-0 hesabı ilə bitən qarşılaşmada fərqləndi "Real Zaraqoza" və "Sevilya" komandalarına qarşı oyunda da meydanı qolsuz tərk etmədi və hərəsində bir dəfə fərqləndi. Messi Çempionlar Liqasında 1-1 hesabı ilə başa çatan "Kopenhagen" və La Liqada 3-1 hesabı ilə qalib gəldikləri "Getafe" ilə oyunlarda bir dəfə fərqləndi və "Getafe" oyununda David Vilya və Pedro Rodrigezin vurduğu qolların ötürməsini verdi. Növbəti oyunda "Vilyareal"anın qapısından iki dəfə top keçirdi və "Barselona" oyunu 3-1 hesabı ilə qələbə ilə başa vurdu. Messi 7 oyun ardıcıl qol vurdu və beləliklə özünün müəyyənləşdirdiyi ardıcıl 6 oyunda qol vurmaq rekordunu yenilədi. Messi "Almeriya"ya qarşı 8-0 hesabı ilə qalib gəldikləri oyunda üç qol vuraraq het-trik etdi. Vurduğu ikinci qol Messinin La Liqa kariyerasında vurduğu 100-cü qolu oldu. Messi Panathinaikosla oyunda 1 dəfə fərqləndi və ardıcıl doqquz oyunda qol vurmağı bacardı.

Messinin doqquz oyunluq qol vurmaq seriyası 29 oktyabrda El Klassikoda 5-0 hesabı ilə qalib gəldikləri oyunda qırıldı, amma Messi bu oyunda da yadda qalmağı bacardı. O, Davil Vilyaya iki məhsuldar ötürmə verdi. Növbəti oyunda "Osasuna"ya qarşı qarşılaşmada da qol vurdu.Messi Barselona derbisində 5-1 hesabı ilə qalib gəldikləri oyunda 1 qol vurdu və Pedro Rodrigez ilə David Vilyaya məhsuldar ötürmə verdi. 2011-ci ildəki ilk qolunu 4-0 hesabı ilə başa çatan oyunda "Deportivo La Koruna"ya qarşı oyunda sərbəst zərbədən vurdu və yenə Pedro Rodrigez ilə David Vilyaya məhsuldar ötürmə verdi

FİFA Klublararası Dünya Kuboku 2011 zamanı Messinin "Barselona" klubunun tərkibində oyunu
Messi komanda yoldaşları Xavi və İniyestanı geridə qoyaraq FİFA İlin Futbolçusu mükafatına layiq görüldü. Messi bu mükafata ardıcıl dörd il namizəd göstərilmişdi.Lionel Messi "Rasinq Santander"ə qarşı oyunda 11 metrlik cərimə zərbəsindən fərqləndi. O, penaltidən qolu vurduqdan sonra formasında "Ad günün mübarək, ana" yazısını nümayiş etdirdi. Messi bu hərəkətlə vurduğu qolu anasına həsr etdiyini bildirdi. Lionel Messi İspaniya Kral Kuboku yarımfinal oyununda Almeriyanın qapısına qol vurdu.Amma Herkulesə qarşı oyunda fərqlənə bilmədi. 5 fevral tarixində "Barselona" öz meydanında "Atletiko Madrid"ə 3-0 hesabı ilə qalib gəldi və 16 oyunluq məğlubiyyətsiz oyunlar seriyası ilə rekord vurdu. Lionel Messi bu oyunda het-trik etdi və oyundan sonra "Alfredo Di Stefano kimi böyük bir futbolçunun rekordunu qırmaq böyük şərəfdir" və "Bunu bacarmaq çox mürəkkəb idi. Hətta daha da çətinləşirdi. Biz çox çətin komandaya qalib gələrək bu rekordu qırdıq" açıqlamalarını verdi

Messi "Atletik Bilbao" ilə qarşılaşmada bir qol vuraraq "Barselona"nın oyunu 2-1 hesabı ilə qalib başa vurmasını təmin etdi. Bir həftə sonra isə komandanın "Malyorka"ya 3-0 hesabı ilə qalib gəldiyi oyunda bir qol vurdu "Barselona" Messinin qolları ilə 19 oyunluq məğlubiyyətsizlik seriyası davam etdi və 1979-80-ci illər mövsümündə 19 oyunluq məğlubiyyətsizlik seriyasına malik olan Real Sosyedadın rekorduna şərik çıxdı. "Barselona" rekorda şərik çıxdığı gün Messi "Valensiya"nın qapısına qol vurdu. 8 mart tarixində UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Arsenal"a iki qol vurdu və komandasının 1/4 finala yüksəlməsinə kömək etdi. Bir ay ərzində qol vura bilməyən Messi bu seriyanı "Almeriya" ilə oyunda qırdı və 2010-11 mövsümündə 47-ci qolunu vurub ötən mövsümkü rekordunu təkrarladı.12 aprel tarixində Çempionlar Liqası 1/4 final revanş qarşılaşmasında "Şaxtyor Donetsk"ə vurduğu qol Messinin 2010-11 mövsümündə vurduğu 48-ci qol oldu və ötən il qırdığı rekordu yenilədi. Messi 1-1 hesabı ilə başa çatan El Klassiko oyununda Santyaqo Bernabeu Stadionunda "Real Madrid"in qapısına komandasının yeganə qolunu vurdu. 23 aprel tarixində "Barselona"nın "Osasuna"nı 2-0 hesabı ilə məğlub etdiyi oyunda 60-cı dəqiqədə meydana daxil oldu və bu dəfə də fərqləndi. Messi, beləliklə, 2010-11 mövsümündəki 50-ci yubiley qolunu vurmuş oldu. O, mövsümü La Liqanı qazanaraq və çempionatda 31 qol vuraraq başa vurdu, həmçinin 41 qolla Piçiçi mükafatında qalib Kriştiano Ronaldodan sonra ikinci yerdə oldu. Messi mövsüm ərzində 18 məhsuldar ötürmə edərək bu göstəricidə hamını qabaqladı.

Messi "Real Madrid"lə 0-0 hesabı ilə davam edən UEFA Çempionlar Liqasının ilk yarımfinal oyununda sona 15 dəqiqə qalmış meydana daxil oldu və ardıcıl iki qol vurmağı bacardı. Xüsusilə vurduğu ikinci qol ən çox bəyənilən qol oldu.[145][146] Messi Uembli Stadionunda "Mançester Yunayted"i 3-1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında 1 qol vurdu və "Barselona"nın heyətində 6-cı mövsümündə 3-cü dəfə UEFA Çempionlar Liqasının qalibi oldu.[147]

2011-2012 mövsümü

Messi 2012-ci ildə "Barselona"-"Levante" qarşılaşması zamanı
Messi 2011-2012 mövsümünə Barselonanın heyətində İspaniya Superkubokunu qazanmaqla başladı. İki oyunun nəticəsinə görə "Barselona" "Real Madrid"i 5-4 hesabı ilə məğlub etdi, bu oyunlarda Messi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qaldı.

"Portu" komandası ilə 2-0 hesabı ilə başa çatan UEFA Superkuboku uğrunda görüşdə ilk qolun müəllifi olan Messi komanda yoldaşı Fabreqasın vurduğu ikinci qolun da məhsuldar ötürməsini verdi.Bu nəticə ilə karyerasında ikinci dəfə bu titula yiyələndi.Messi "Vilyarel" ilə mövsümün ilk La Liqa qarşılaşmasında iki qolun müəllifi oldu. Üçüncü çempionat oyununda Nou Kampda "Barselona"nın "Osasuna"nı böyük hesabla, 8-0və beşinci tur oyununda "Atletiko Madrid"i 5-0 hesabı ilə məğlub etdikləri qarşılaşmalarda het-trik etdi.

Messi 28 sentyabr tarixində UEFA Çempionlar Liqasında "BATE Borisov"a qarşı oyunda iki qolla yadda qaldıvə "Barselona" tarixində 194 dəfə fərqlənən Laszlo Kubala ilə birgə klubun tarixində ən çox qol vuran ikinci oyunçusu oldu. Messi 15 oktyabrda "Rasinq Santander"in qapısından iki top keçirdi və 194 qolun müəllifi olan Kubalanı keçərək 196 qolla ən çox qol vuran ikinci oyunçu adına yiyələndi. Bu oyundan sonra Messi ölkə çempionatında "Malyorka" ilə qarşılaşmada üç qol vuraraq het-trik müəllifi oldu. Messi beləliklə "Barselona"da 200-cü qolunun müəllifi olan ikinci futbolçu oldu və həmçinin "Barselona"nın heyətində ölkə çempionatlarında 131 qolun müəllifi olan Kubalanı da 1 top fərqi ilə qabaqladı. Messi bu rekordu qırdıqdan sonra 1 noyabrda UEFA Çempionlar Liqasını yarışının qrup mərhələsində "Viktoriya Plzen"lə oyunda da het-trik müəllifi oldu. Messi "Atletik Bilbao" oyununda əlavə olunmuş dəqiqələrdə qol vuraraq hesabı 2-2 etdi və komandasına 1 xal qazandırdı. Daha sonra Real Zaraqoza ilə oyunda da bir dəfə fərqləndi.O, Çempionlar Liqası H qrupunda Milanla qarşılaşmada 11 metrlik cərimə zərbəsindən bir qol vurdu və Barselona oyunu 3-2 hesabı ilə qalib başa vurdu Liqada "Rayo Vallekano"ya qarşı "Barselona"nın 4-0 hesabı ilə qalib gəldiyi oyunda bir qolun müəllifi oldu. Həmçinin 5-0 hesabı ilə qalib gəldikləri "Levante" qarşılaşmasında da bir dəfə fərqləndi.

Messi 2011-ci ildə "Santos" klubu ilə FİFA Klublararsı Dünya Kubokunun final oyununda göstərdiyi performansla "oyunun ulduzu" seçildi və turnirin sonunda "qızıl top" mükafatının da sahibi oldu. Messi 2011-ci ildə komanda yoldaşı Xavi və Kriştiano Ronaldonu arxada qoyaraq UEFA Avropada Ən Yaxşı Futbolçu Mükafatı qazandı. Həmçinin eyni ildə həmin futbolçuları qabaqlayaraq FİFA Qızıl top mükafatını üçüncü dəfə əldə etdi. Yohan Kruyf, Mişel Platini və Marko Van Bastendən sonra bu mükafatı üçüncü dəfə qazanan dördüncü futbolçu oldu. Messi həmçinin 2011-ci ildə 19 qolla İFFHS Dünyanın Ən Çox Qol Vuran Oyunçusu mükafatını da qazandı.

19 fevralda "Valensiya"ya qarşı keçirdiyi oyun Messinin La Liqada meydana çıxdığı 200-cü oyun idi və yubiley qarşılaşmasında Messi dörd dəfə fərqlənərək komandasının hesabda geridə olmasına baxmayaraq 5-1 hesabı ilə qalib gəlməsinə kömək etdi. 7 martda UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi cavab qarşılaşmasında "Bayer Leverkuzen"in qapısından 5 top keçirərək turnirin tarixində bir oyunda ən çox qol vuran futbolçu adına yiyələndi.

Messi 20 martda 5-3 hesabı ilə qalib gəldikləri "Qranada" qarşılaşmasında het-trik müəllifi olaraq 232 qolla "Barselona"nın heyətində ən çox qolun müəllifi olan Sezar Rodrigez Alvarezin rekordunu əlindən alaraq bir daha adını "Barselona"nın tarixinə yazdırdı.

Messi "Milan" klubu ilə 1/4 final cavab qarşılaşmasında dubl edərək Joze Altafininin Çempionlar Liqasında (Çempion Klublar Kuboku adı ilə oynanılan yarışlar da daxil olmaqla ) bir mövsümdə vurduğu 14 qolluq rekordu yeniləmiş oldu və Çempionlar Liqası adı ilə 2002-03 mövsümündə 12 qol vuran Ruud van Nistelrooyun müəllifi olduğu rekordu da qırdı."Barselona" yarımfinal qarşılaşmasında "Çelsi"ylə mübarizədə məğlub oldu və Messi həmin qarşılaşmada penaltini dəqiq yerinə yetirə bilmədi. Oyundan sonra bəzi qəzetlər, xüsusilə Marka qəzeti Messini çox qınadı.

"Messi dünya futbolu üçün xəzinədir, uşaqlar üçün nümunədir. Sanki topla onu əlaqələndirən nəsə var, yarım metr ətrafında istəniləni istiqamətə hərəkət edə bilir. Müəyyən qədər Maradonaya bənzəyir, hər ikisinin yüngül ağırlıq mərkəzi var."

“”
— Niderlandın futbol əfsanəsi Yohan Kruyf Messinin "Barselona" ilə yeni qol rekordu müəyyənləşdirdikdən sonra, mart 2012.
Messi 11 apreldə 4-0 hesabı ilə qalib gəldikləri "Getafe" qarşılaşmasında bir qol (mövsümdə 61-ci qolunu) vurdu və İsidro Lanqaranın İspaniyada 1933-34 mövsümündə rəsmi oyunlarda vurduğu 60 qolluq rekordu da qırdı.

2 may tarixində "Malaqa" ilə oyunda Messi növbəti het-trikini rəsmiləşdirdi və 68-ci qolunu vuraraq 1972-73 mövsümündə Gerd Mülerin müəllifi olduğu 67 qolluq rekord həddi keçərək Avropada bir mövsümdə ən çox qol vuran futbolçu adına sahib çıxdı. 5 mayda Barselona derbisində "Espanyol"u 4-0 hesabı ilə məğlub etdikləri oyunda ikisi 11 metrlik cərimə zərbəsindən olmaqda dörd dəfə fərqləndi (mövsümdəki 72-ci qol) və beləliklə 1924-25 mövsümündə Dünyada cəmi 70 qol vuran Arçi Starkın da rekordunu qıra bildi.

21 aprel tarixində çempionluğun taleyini həll edəcək oyunda "Barselona" "Real Madrid"ə öz meydanında 2-1 hesabı ilə məğlub oldu və çempionluq yolunda böyük zərbə aldı. "Real Madrid" bu nəticədən sonra fərqi qorumağı bacardı və La Liqanın qalibi oldu. Messi Avropada məhsulda ötürmə reytinqində 15 ötürmə ilə 17 ötürmə müəllifi olan Məsud Özildən sonra ikinci oldu.Mövsümün 73-cü qolunu 2012 İspaniya Kral Kubokunun finalında "Atletik Bilbao" komandasının qapısına vurdu və "Barselona" kubokun sahibi oldu. Messi beləliklə mövsümü 73 qolla və qırdığı rekordlarda yekunlaşdırmış oldu. Lionel Messi "Rayo Vallekano" oyununda dubl edərək peşəkar futbolçu karyerasında 301-ci qolunun müəllifi oldu.

2012-2013 mövsümü
Nou Kampda "Real Sosyedad"a qarşı mövsümün ilk oyununda da Messi qol vurmağı bacardı. Messi 23 avqustda İspaniya Superkubokunun 3-2 hesabı ilə başa çatan ilk oyununda "Real Madrid"in qapısına 11 metrlik cərimə zərbəsindən qol vurdu. O, Osasuna ilə hesabda geridə olduqları oyunda komandasının 2-1 hesablı qələbəsini təmin etdi. Messi Superkubokun cavab qarşılaşmasında cərimə zərbəsindən fərqlənərək növbəti qolunu vurdu. Amma kuboku səfərdə vurduğu qollarla "Real Madrid" qazandı. Bu, onun El Klassikolar tarixindəki 15-ci qolu idi. Messi bu qollarla "Barselona"nın Klassiko oyunlarındakı ən məhsuldar oyunçusu adını qazandı. El Klassikolar tarixidə 18 qolla lider olan Alfredo Di Stefanodan sonra "Barselona" ən məhsuldar ikinci oyunçu oldu. Messi 2012-ci ildə UEFA Avropada Ən Yaxşı Oyunçu Mükafatında 17 səs qazanan Kriştiano Ronaldo ilə birlikdə ikinci yeri bölüşdü. Mükafatı Messinin komanda yoldaşı Andres İniyesta qazandı.2 sentyabrda "Valensiya"ya qarşı mövsümdə üçüncü çempionat oyununda Messi komanda yoldaşı Adrianonun müəllifi olduğu oyunda yeganə qolun məhsuldar ötürməsini verdi. Messi 15 sentyabrda "Getafe" ilə qarşılaşmada daha iki qol vurduvə 20 sentyabrda "Spartak Moskva"ya qarşı mövsümün ilk Çempionlar Liqası oyununda komandasının əzmkar qələbə qazanmasında böyük rol oynamışdır, Messi bu oyunda mövsümdəki onuncu qolunun müəllifi olub.

11 noyabrda "Malyorka" ilə qarşılaşmada Messi iki dəfə fərqlənərək 2012-ci ildə vurduğu qolların sayını əvvəl 75-ə sonra isə 76-a çatdırdı. Bu göstərici ilə 1958-ci ildə 75 qolun müəllifi olan Peleni və alman əfsanəsi Gerd Müllerin doqquz dəfə əldə etdiyi Ginnesin Dünya Rekordları titulunu geridə qoydu. Onun 77 və 78-ci qolları Nou Kampda "Real Zaraqoza" ilə qarşılaşmalarda reallaşdı. 20 noyabrda Messi "Spartak Moskva" ilə qarşılaşmada iki dəfə fərqləndi, bu oyunda vurduğu qollar onun 2012-ci ildə vurduğu 79 və 80-ci qollar idi. Messi qol ənənəsini davam etdirirdi, 25 noyabrda "Levante" klubu ilə oyunda o, 81 və 82-ci qollarının müəllifi oldu. 1 dekabr tarixində Messi növbəti dəfə dubl etdi. "Atletik Bilbao" ilə qarşılaşmalarda vurduğu qollar onun 83 və 84-cü qolları idi. İki qolla Messi həmçinin "Barselona"nın bütün dövrlərdə La Liqa oyunlarında ən çox qol vuran Sezar Rodrigezə məxsus 190 qolluq rekorda da şərik çıxdı.9 dekabrda Messi "Real Betis"lə qarşılaşmada iki dəfə fərqləndi, onun 85 və 86-cı qolları ilə 1972-ci ildə Almaniya milli komandasında və "Bayern Münhen" klubunda 85 dəfə fərqlənən Mülleri keçdi, həmçinin bu qollarla o, Sezar Rodrigezi də arxada qoyaraq "Barselona" tarixində La Liqa oyunlarında ən çox qol vuran oyunçu adına yiyələndi.Messi Müllerə öz rekordundan sonra "hörmət və heyranlıqla" imzalı 10 nömrəli formasını göndərmişdi.12 dekabrda "Kordoba" ilə İspaniya Kubokunun ilk oyununda Messi bu rekordunu 88 qola çatdırdı. 16 dekabrda Messi "Barselona"nın "Atletiko Madrid"i 4-1 hesabı ilə məğlub etdiyi qarşılaşmada iki dəfə qol vuraraq 90-cı qolunun müəllifi oldu.Messi "Real Valyodolid"ə qarşı oyunda bir dəfə fərqlənərək 2012-ci ili 91 qolla tamamladı. Lakin FİFA bir təqvim ili ərzində ən çox qol vurma rekordunu qəbul etmir. 18 dekabr 2012-ci ildə Messinin müqaviləsinin 30 iyun 2018-ci ilə qədər uzadıldığı elan edildi.Müqavilə 7 fevral 2013-cü ildə imzalandı.

7 yanvarda 2012-ci ildə favorit kimi göstərilən Messi növbəti dəfə Kriştiano Ronaldonu və komanda yoldaşı Anres İniyestanı arxada qoyaraq FİFA Qızıl Top mükafatını qazandı. Bununla, Messi Qızıl top mükafatını dördüncü dəfə qazanan ilk və hələlik yeganə futbolçu oldu. Messi bu təltifetməni "həqiqətən, olduqca inanılmaz" və "sözlərlə ifadə olunmayacaq hislər" kimi təsvir etdi.Bu nailiyyət mediyanın Messini Dieqo Maradona və Pele kimi keçmiş dahi futbolçularla müqayisə olunmasını sürətləndirmişdi.

27 yanvar tarixində Messi "Osasuna"nı 5-1 hesabı ilə məğlub etdikləri oyunda 4 qolun müəllifi oldu. Bu oyunda Messi La Liqa qarşılaşmalarındakı 200-cü qolu da vurdu. Bu göstəricini reallaşdıran səkkizinci və ən gənc futbolçu kimi Messi tarixə düşdü.Messi bu mövsüm La Liqalardakı 33-cü və bütün turnirlərdəki 44-cü qolunu vurdu. 16 fevralda Messi "Qranada" komandasına qarşı La Liqa qarşılaşmasında "Barselona"nın heyətində 300-cü qolunun müəllifi oldu. Oyundakı növbəti qolu onun 365 rəsmi oyundakı 301-ci qolu oldu. 2 mart tarixində Messi "Barselona"nın 2-1 hesabı ilə məğlub olduğu oyunda "Real Madrid" komandasının qapısından yeganə topu keçirmişdir. Bu qolla Messi Alfredo Di Stefanonun El Klassikolar tarixindəki 18 qolluq rekordunu təzələdi. 9 martda Messi "Deportivo de La Koruna" klubuna qarşı oyunda əvəzetmədən meydana daxil olaraq ardıcıl 17-ci liqa oyununda fərqlənə bildi və dünya tarixində rekord müəyyənləşdirdi. Messinin qol seriyası 21 oyunda 33 qolla tamamlandı.

12 martda Messi iki dəfə fərqlənərək "Barselona"nın "Milan"ı 4-0 hesabı ilə məğlub edib UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazanmasına kömək etdi. Messinin Milanın qapısından kçirdiyi ilk qol Dieqo Maradonanın FİFA Dünya Kuboku 1994-də Yunanıstan milli komandasına vurduğu məşhur qolla müqayisə olunurdu. 17 mart tarixində "Rayo Vallekano"ya qarşı oyunda Messi Andres İniyestanın əvəzlənməsindən sonra "Barselona" klubunun heyətində rəsmi oyunlarda ilk dəfə kapitan sarğısını daşımalı oldu. 30 mart tarixində Messi ardıcıl 19-cu La Liqa oyununda "Barselona"nın heyətində fərqləndi. "Selta da Viqo" klubu ilə qarşılaşmada qol vuraraq La Liqa tarixində bütün komandaların qapısına yol tapan ilk futbolçu oldu.

2 apreldə "Pari Sen Jermen" klubunun qapısına qol vurduqdan sonra Messi ayağında dizaltı vətərindən zədələndi və fasilədə əvəzləndi.Bundan sonra o, bəzi oyunlarda meydana çıxa bilmədi. 13 may tarixində Messi "Atletiko Madrid" klubu ilə qarşılaşmada sol ayağındakı zədəyə görə sonadək meydanda ola bilmədi.Daha sonra Messinin zədəyə görə qalan oyunları buraxacağı elan edildi. "PSJ" klubu ilə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda hesabda geri olduqları zaman ikinci hissədə Messi meydana çıxıb David Vilya ilə yaxşı anlaşaraq Perdonun qol vurmasına kömək etdi, bu nəticə ilə "Barselona" yarımfinala vəsiqə qazandı. "Barselona" yarımfinal mərhələsində "Bayern Münhen" klubu tərəfindən mübarizədən kənarlaşdırıldı. "Barselona" həmçinin Kopa del Rey turnirində də yarımfinalda Real Madridə uduzaraq mübarizəni dayandırdı. "Barselona" La Liqada 100 xal qazanaraq çempion oldu. Messi 2012-13 mövsümündə La Liqanı 46 qolla ən məhsuldar oyunçu kimi tamamladı. Həmçinin o, 12 məhsuldar ötürmə ilə də yadda qaldı. Messi bütün turnirlərdə 60 qol və 16 məhsuldar ötürmə müəllifi oldu.

2013-2014 mövsümü

Messinin qazandığı Qızıl top mükafatı

Messinin qazandığı Avropada qızıl buts mükafatı
Messi Kriştiano Ronaldo və Frank Riberi ilə birlikdə ardıcıl üçüncü dəfə UEFA Avropada Ən Yaxşı Futbolçu mükafatına namizəd göstərildi. Riberi 36 səslə mükafatı qazandı, Messi isə 14 səslə 3 səs toplayan Ronaldonu arxada qoyaraq ikinci oldu.18 avqustda Messi "Levante" ilə La Liqa qarşılaşmasında iki qol və bir məhsuldar ötürmə müəllifi olaraq komandasının 7-0 hesablı qələbəsində böyük pay sahibi olub. 28 avqustda "Barselona" səfər qolları ilə "Atletiko Madrid"ə qalib gələrək İspaniya Superkubokunu qazandı.

1 sentyabr tarixində Messi "Barselona"nın "Valensiya"ya 3-2 hesabı ilə qalib gəldiyi oyunda karyerasındakı iyirmi üçüncü het-trikini rəsmiləşdirdi. Üç qolla o, çempionat tarixində səfər oyunlarında 100 qol həddini keçən ilk oyunçu oldu. Bu qollarla o, 229 qol müəllifi olan Quinini arxada qoyaraq La Liqa tarixindəki ən məhsuldar futbolçular arasında altıncı sıraya yüksəldi.18 sentyabrda Messi "Barselona"nın 4-0 hesabı ilə qalib gəldiyi Ayaksla Çempionlar Liqası qarşılaşmasında karyerasındakı 24-cü het-trikini rəsmiləşdirdi. Bu qollar Messinin Çempionlar Liqası tarixində yalnız Rauldan geridə qalaraq ən məhsuldar oyunçular sırasında 62 qolla ikinci yerə yüksəlməsini təmin etdi. Həmçinin o, 63 qolla UEFA-nın bayrağı altında keçirilən yarışlarda ən məhsuldar dördüncü futbolçu oldu. Bu het-triklə Messi UEFA Çempionlar Liqasında dörd dəfə het-trik edən ilk futbolçu oldu.10 noyabr tarixində Messi 4-1 hesabı ilə qalib gəldikləri "Real Madrid" qarşılaşmasında zədələndi və 2014-cü ilin yanvarına kimi meydandann kənarda qaldı. Bu onun mövsümdəki üçüncü zədəsi idi.

8 yanvarda Messi zədəsini sağaldaraq yenidən meydana qayıtdı. Zədədən sonrakı ilk oyunu İspaniya Kuboku çərçivəsində keçirilən "Getafe" ilə qarşılaşma oldu, bu qarşılaşmada Messi iki qol vuraraq komandasının 4-0 hesablı qələbəsinə kömək etdi.13 yanvarda o, Kriştiano Ronaldonun qazandığı 2013 FİFA Qızıl Top mükafatında ikinci yeri tutdu. 15 fevralda Messi "Rayo Vallekano"nu 6-0 hesabı ilə məğlub etdikləri oyunda iki qolun müəllifi oldu və 228 qolla Raulla birgə La Liqa tarixində ən çox qol vuran üçüncü oyunçu oldu.

16 mart tarixində Messi növbəti het-trikini rəsmiləşdirdi, "Barselona"nın "Osasuna"ya 7-0 hesabı ilə qalib gəldiyi oyunda vurduğu qollarla yoldaşlıq görüşləri də daxil olmaqla Barselonanın heyətində ən çox qol vuran Paulino Alkantaranı arxada qoydu. 23 martda Lionel Messi Santyaqo Bernabeu stadionunda "Real Madrid"ə 4-3 hesabı ilə qalib gəldikləri oyunda növbəti dəfə het-trik etdi. Bu qollarla o, Di Stefanonu da arxada qoyaraq El Klassiko tarixində ən çox qol vuran oyunçu oldu. Bu qollar həmçinin onun La Liqa tarixində ən çox qol vuran oyunçular sırasında Hüqo Sançezi qabaqlayaraq ikinci olmasını təmin etdi.

Messi mövsümü yalnız bir mükafatla - İspaniya Superkuboku ilə tamamladı. "Barselona" La Liqanı "Atletiko Madrid"dən sonra ikinci yerdə başa vurdu, həmçinin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırdı. "Barselona" 2014 İspaniya Kuboku finalında "Real Madrid"ə məğlub oldu, buna baxmayaraq Messi bu turnirin ən məhsuldar oyunçusu oldu. Messi iştirak etdiyi bütün turnirləri 41 qol və 15 məhsuldar ötürmə ilə tamamladı, bu qollardan 28-i La Liqada vurulmuşdu. Lakin bu, onun Piçiçi mükafatına sahib çıxmasına kömək etmədi. Mükafatı 31 qolla Kriştiano Ronaldo qazandı. 16 may 2014-cü ildə Messi Kataloniya klubu ilə yeni müqavilə imzalamağa razılaşdı.

2014-2015 mövsümü

Messi "Qranada"ya qol vurduqdan sonra
Messi mövsümün açılış oyununda - La Liqanın birinci turunda "Elçe" klubunu 3-0 məğlub etdikləri qarşılaşmada iki dəfə qol vurub.Növbəti turda "Vilyareal" ilə qarşılaşmada Sando Ramirezin vurduğu qolda böyük pay sahibi lub.27 sentyabrda Messi Qranadanı 6-0 hesabı ilə məğlub etdikləri ev oyununda peşəkar karyerasında 400-cü qolunu vurdu; o, sonra ikinci dəfə fərqləndi və həmçinin oyunda iki məhsuldar ötürmə ilə yadda qaldı. Oyundan sonrakı mətbuat konfransında baş məşqçisi Luis Enrike Messini təriflədi:"Sanki Messiyə sehirli çubuq toxunub."

18 oktyabrda "Barselona"nın "Eybar"ı 3-0 hesabı ilə məğlub etdiyi ev oyununda Messi La Liqada 250-ci qolunu vurdu və həmçinin bir məhsuldar ötürmə müəllifi oldu. Bu qolla o, Telmo Zarranın La Liqadakı 251 qolluq rekorduna yaxınlaşdı. Messi həmin həftə 16 oktyabrda "Barselona"dakı debütünün 10-cu ilini qeyd etdi. 5 noyabr tarixində Messi "Barselona"nın "Ayaks" üzərindəki 2-0 hesablı qələbəsində böyük pay sahibi oldu, o hər iki qolun müəllifi olaraq komandasının UEFA Çempionlar Liqasında sona iki tur qalmış növbəti mərhələyə yüksəlməsini təmin etdi. Bu qollarla Messi Çempionlar Liqasında vurduğu qolların sayını 71-ə çatdırdı və bu göstəricidə Raula çatdı. Messi 22 noyabrda "Sevilya"nı 5-1 hesabı ilə məğlub etdikləri oyunda het-trik edərək La Liqada vurduğu qolların sayını 253-ə çatdırdı və Telmo Zarranın 1995-ci ildən bəri qoruduğu 251 qolluq rekordu keçdi. Üç gün sonra o, növbəti het-trikini reallaşdırdı. Çempionlar Liqasında "APOEL" klubu ilə qarşılaşmada üç qol vuraraq bu yarışda vurduğu qolların sayını 74-ə çatdırdı.

7 dekabr 2014-cü ildə Messi ardıcıl üçüncü oyunda het-trik etdi. "Barselona"nın "Espanyol"u 5-1 hesabı ilə məğlub etdiyi ev oyununda fərqlənərək Kataloniya derbilərində 12 qolla indiyə qədər ən çox qolun müəllifi olan Sezar Rodrigez Alvarezi arxada qoydu. 11 yanvar 2015-ci ildə "Barselona"nın "möhtəşəm üçlüyü" — Messi, Neymar və Luiz Suarez son La Liqa çempionu "Atletiko Madrid"i 3-1 hesabı ilə məğlub etdikləri oyunda fərqləndilər. Messinin qolu onun Madrid klubuna qarşı qolsuzluq seriyasına son qoydu, həmçinin o, Suarezin qol vurmağında da böyük pay sahibi oldu. 12 yanvar 2015-ci ildə Messi FİFA Qızıl Top 2014 mükafatında ardıcıl ikinci il Kriştiano Ronaldodan sonra ikinci yeri tutdu.
Beş il mərkəz mövqed oynadıqdan sonra Messi komanda yoldaşı Suarezə görə öz təklifi ilə əvvəlki mövqeyinə qayıtdı.Luiz Suarez və Neymarın komandanın hücum potensialının Messi üzərində asılılığına son qoydu və o, özünün ən yaxşı formasını əldə etdi. 58 qolu Messi vurmaqla bu trio bir mövsümdə bütün yarışlarda 122 qola imza atdı, bu ispan futbolunda rekord idi.


Messi 2015-ci ilin iyununda UEFA Çempionlar Liqası finalında "Yuventus" müdafiəçisi Patris Evra ilə top uğrunda mübarizə apararkən.
Mövsümün sonuna doğru Messi 17 mayda "Atletiko Madrid" ilə qarşılaşmada oyunda yeganə qolu vuraraq La Liqa çempionluğunu təmin etdi. Mövsüm ərzində vurduğu 43 qol arasında karyerasının ən sürətli het-triki də var idi: 8 martda "Rayo Vallekano" ilə qarşılaşmada 11 dəqiqəyə het-trik etməyi bacarmışdı. Bu onun "Barselona"nın heyətində vurduğu otuz ikinci het-trik idi, bununla o, ispan futbolu tarixində ən çox het-trik etmiş Telmo Zarranı keçə bildi. Əlavə olaraq, 18 məhsuldar ötürmə ilə Messi La Liqada ən çox məhsuldar ötürmə etmiş Luiş Fiqunu arxada qoydu.O, bu rekordunu 15 fevralda "Levante" ilə qarşılaşmada 106-cı məhsuldar ötürmə ilə qeyd etdi, həmçinin bu görüşdə o, het-triklə də yadda qaldı. Messi "Atletik Bilbao" ilə 30 may tarixində Kopa del Rey finalında iki dəfə fərqləndi. Onun ilk qolu karyerasının ən gözəl qollarından biri kimi qeyd edildi; o, topu meydanın mərkəz xətti yaxınlığında qəbul etdi və dörd rəqib oyunçunu keçdi və topu yaxın küncə göndərdi.

Çempionlar Liqasında "Bayern Münhen"ə qarşı yarımfinal oyununda Messi iki dəfə fərqləndi və bir məhsuldar ötürmə ilə yadda qaldı. O. ikinci qolu ilk qoldan üç dəqiqə sonra vurmuşdu. Xerom Boatyenqi keçdikdək sonra müdafiəçi öz müvazinətini itirdi və yerə yıxıldı; Bu qol UEFA tərəfindən keçirilən onlayn səsvermədə mövsümün qolu seçildi.İkinci matçda Messinin yoxluğuna baxmayaraq "Barselona" UEFA Çempionlar Liqasının finalına yüksələ bildi. 6 iyunda Berlində keçirilmiş oyunda onlar "Yuventus"u 3-1 hesabı ilə məğlub edərək ikinci dəfə eyni mövsümdə həm ölkə çempionatı, həm kubokun, həm də UEFA Çempionlar Liqasını qazanan ilk klub tarixə düşdü. Messi bu görüşdə fərqlənə bilməsə də, öz cinahından vurulan hər iki qolda, xüsusilə də ikinci qolda köməklik göstərdi. 6 məhsuldar ötürmə ilə bu göstəricidə hamını qabaqlamasından əlavə 10 qolla turnirin bombardiri oldu, həmçinini ardıcıl 5 mövsüm bu yarışda bombardir olaraq yeni rekorda imza atdı. Messi bu mövsüm ikinci dəfə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını qazandı.

2015-2016 mövsümü
Messo 2015-16 mövsümünü "Sevilya"ya qarşı UEFA Superkuboku oyununda açdı. Bu görüşdə o iki dəfə cərimə zərbəsindən fərqlənərək "Barselona"nın 5-4 hesabı ilə qələbə qazanmağına kömək etdi. İspaniya Superkuboku uğrunda görüşdə "Atletik Bilbao" ilə qarşılaşmada iki oyunun nəticəsinə görə "Barselona" 5-1 hesabı ilə məğlub oldu və komandasının yeganə qolunun müəllifi Messi oldu. 16 sentyabrda o UEFA Çempionlar Liqasında 100-cü oyununu keçirən ən gənc oyunçu oldu. Əlamətdar görüşdə "Barselona" səfərdə "Roma" ilə 1-1 hesablı heç-heçəyə razılaşdı. 26 sentyabr tarixində "Las Palmas" ilə qarşılaşmada Messi zədələndi; müayinədən keçdikdən sonra onun səkkiz həftə yaşıl meydandan uzaq qalacağı müəyyənləşdi.



Xəbəri paylaş

2 5348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___