Yüzlərlə azərbaycanlını aldadan qadın beynəlxalq axtarışa verildi
Tarix: 30-10-2015 | Saat: 12:53
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
O, ölkədən qaçıb.
Azərbaycanda yüzlərlə vətəndaşı aldadan lombard sahibi beynəlxalq axtarışa verilib. 52 yaşlı Tahirə Alaz dələduzluqda təqsirləndirilir.
O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
APA-nın əldə etdiyi məlumata görə, Tahirə Alaz Bakının Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardın sahibi olub.
Yüzlərlə vətəndaş qızıllarını həmin lombarda girov qoyaraq pul götürüb.
Bir müddət vətəndaşların etibarını qazanan Tahirə Alaz daha sonra lombardı bağlayaraq ölkədən qaçıb. Onun hazırda Türkiyədə gizləndiyi bildirilir.
Nərimanov rayon Polis İdarəsindən bildirilib ki, Tahirə Alazla bağlı idarəyə çoxsaylı şikayət daxil olub.
Hazırda polis onun tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Xəbəri paylaş
6528 dəfə oxunub.
Digər xəbərlər

3-01-2017, 15:32
Nərgiz Paşayevanın qızı: “Babamın bağ evində…”
18-02-2016, 16:04
Rusiyanın baş naziri Ermənistana səfər edəcək
9-08-2016, 02:58
Avqustun 9-na RƏSMİ MƏZƏNNƏ
31-03-2015, 21:07
NATO-da Ermənistana qarşı sərt sanksiya tələbi
8-08-2019, 23:57
Azərbaycanda 37 yaşlı məmur qəfildən ÖLDÜ
5-02-2016, 20:42
Heydər Əliyevin tələbəlik - Fotoları
12-06-2017, 19:43
625 milyonda bir görülən doğuş - Dünya bu uşaqdan danışır - FOTOLAR
3-04-2022, 11:08
Oruc – bıçaqsız tibbi əməliyyat kimidir
13-04-2015, 23:05
Sabunçu rayonunda 4 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.
25-11-2017, 11:17
iPhone X-in qiymətinə alına biləcək 21 avtomobil - FOTO