Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda dəhşətli QƏTL: sevdiyi qızı küçədə öldürdü - YENİLƏNİB
Tarix: 29-10-2015 | Saat: 15:02
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda dəhşətli QƏTL: sevdiyi qızı küçədə öldürdü - YENİLƏNİB
Qatil qızın sevgisini qazana bilmədiyi üçün belə bir addım atıb


Bakıda sevdiyi qızı küçədə qətlə yetirən oğlan tutulub.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün səhər saatlarında metronun Qara Qarayev stansiyası yaxınlığında 22 yaşlı İlahə Həsən qızı Yusubovanı bıçaqlayaraq qətlə yetirən şəxsin Salyan rayonunda anadan olan, hazırda Sabunçu rayonu Ləhiş bağlarında yaşayan Babək Əliyev olması müəyyən edilib.

B. Əliyev könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək təslim olub.

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən İ. Yusubova Maştağa qəsəbə sakinidir.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

**

11:42

Bakıda qətl törədilib.

Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

22 yaşlı İlahə Həsən qızı Yusubova oğlan tanışı (adı və soyadı hələlik məlum deyil) tərəfindən küçədə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

İlkin məlumata görə, hadisəni törədən oğlan İ. Yusubovanı sevirmiş. O, qızın sevgisini qazana bilmədiyi üçün belə bir addım atıb.

Faktla bağlı Nizami rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.


Xəbəri paylaş

7358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___