Masallı sakini "Reno"nu Benzinsiz sürür-Əla Fikirdi
Tarix: 29-03-2015 | Saat: 20:19
Bölmə:Karusel / Maraqlı / Fotogalereya | çapa göndər
Xeberaz.az xəbər verir ki, Gördüyünüz bu qeyri-adi at arabası Masallı rayonunun Hacıtəpə kənd sakini Zöhrab Ələkbərova məxsusdur. APA TV-nin cənub bürosunun məlumatına görə, Zöhrab kişi uzun müddət istifadə etdiyi Fransa istehsalı olan "Reno" markalı avtomobili nasaz olduğundan onu 3 il öncə faytona çevirməyə qərar verib. O, avtomobili səliqəli şəkildə tən ortadan bölməklə onun arxa hissəsinə müəyyən avadanlıqlar əlavə edib. Zöhrab Ələkbərovun sözlərinə görə, hazırda istifadə etdiyi avto-fayton ona əsl avtomobildən daha çox xeyir gətirir. Belə ki, yanacaqdan istifadə etmədən gün ərzində 40-50 kilometr yol gedir, əvvəllər avtomobil üçün aldığı ehtiyat hissələrə isə əlavə xərc çəkmir.
"Əkin vaxtı sahəyə arpa, buğda daşıyıram. Məndən razı qalırlar. 5 manat, 3 manat verirlər, imkansızları da aparıram. Yol hərəkəti qaydalarına riayət etmək lazımdır. Gecə hər hansı maşın görmədən təhlükə yarada bilər. Onlara görə mən də bu işıq sistemlərini quraşdırmışam ki, heç nə olmasın. Maşının akkumlyatorunu qoymuşam".
Zöhrab Ələkbərovun sürücülük vəsiqəsi də var. Faytonla yola çıxarkən o, hökmən vəsiqəni üstündə gəzdirir. Zöhrab kişi becərdiyi kənd təsərrüfatı məhsullarını da məhz bu araba ilə bazara aparır. Qeyd edək ki, süjetimizin qəhrəmanının iki şəxsi avtomobili olsa da o, bunlardan təsadüfi hallarda istifadə edir. Zöhrab kişi 20 ilə yaxındır ki, həm də atçılıqla məşğul olur.
Xəbəri paylaş
2 5438 dəfə oxunub.
Digər xəbərlər

19-02-2016, 13:36
Bakı sakini Sumqayıtda dəm qazından zəhərlənərək ölüb
13-07-2019, 11:31
Əli Həsənov Heydər Əliyevdən YAZDI: Bəs nə üçün o vaxta qədər bu işlər görülməmişdi?
6-09-2018, 10:17
Sürücülərin nəzərinə - Bu yol təmirə bağlanır
4-06-2016, 18:08
ABŞ səmasında asteroid parçalandı – Video
25-01-2018, 14:12
Milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
16-09-2016, 23:47
Məşhur müğənni arvadı ilə Həccdə - FOTO
21-05-2020, 10:11
Rüstəm Usubov istefaya göndərilir? - “Məsələ artıq həll olunub...“
17-04-2016, 14:39
Günelin qardaşının toyu oldu
29-05-2018, 13:43
Şimşək çaxacaq, yağış yağacaq
8-08-2017, 11:14
Türkmənistan prezidenti Bakıda - Əliyevlə görüşdü+Fotolar