Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Neft Fondunun aktivləri azalıb
Tarix: 26-10-2015 | Saat: 19:54
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Neft Fondunun aktivləri azalıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu 2015-ci ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair məlumatı açıqlayıb. Fonddan Xəbəraz.az-a verilən məlumata görə, ilk 9 ayda Neft Fondunun büdcə gəlirləri 5 543,4 milyon manat, büdcə xərcləri isə 6 397,1 milyon manat təşkil edib. Başqa sözlə, fondun büdcəsində 853,7 milyon manatlıq defisit yaranıb.
Fonddan bildirilib ki, gəlirlərin 5 492,2 milyon manatı, neft və qaz sazişlərinin həyata keçirilməsindən daxil olub. O cümlədən mənfəət neftinin və qazın satışından 5 479,5 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 8,4 milyon manat daxil olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər isə 51,2 milyon manat olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 7 828,3 milyon manat təşkil edib.
Neft Fondunun xərclərinə gəlincə, ARDNF 2015-ci ildə dövlət büdcəsinə 5 650,0 milyon manat ödəyib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə işlərə isə Fonddan 489,3 milyon manat vəsait ayrılıb. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 130,4 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 67,8 milyon manat vəsait ayrılıb.
"Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 22,6 milyon manat vəsait ayrılıb. 16,8 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 20,2 milyon manat təşkil edib.
2015-ci il oktyabrın 1-ə olan məlumata görə, Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 6,38% azalaraq 34 738,1 milyon ABŞ dollarına bərabər olub.


Xəbəri paylaş

6498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___