Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vergilər Nazirliyindən sahibkarlara daha bir şad xəbər
Tarix: 25-10-2015 | Saat: 19:02
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Vergilər Nazirliyindən sahibkarlara daha bir şad xəbər
Vergilər Nazirliyində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında Vergilər Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası keçirilmişdir.

Nazirliyin Analitik-informasiya şöbəsndən Xəbəraz.az-a daxil olmuş məlumata görə, kollegiya iclasında çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafının 2015-ci ildə də davam etdiyini, bu inkişafın stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə olunduğunu nəzərə çatdırmışdır.

Bildirilmişdir ki, 2015-ci ilin 9 ayında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,5 faiz əməl edilmişdir. Ölkədə neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi nəticəsində qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 3 milyard 488 milyon manat təşkil etmişdir ki, bu da proqnozun 100,8 faiz icra edilməsi ilə yanaşı ötən ilin müvafiq dövrü ilə müqayisədə 358 milyon manat və ya 11,4 faiz artıq vəsaitin dövlət büdcəsinə səfərbər edilməsi deməkdir.

Vergi orqanlarında həyata keçirilən islahatlara toxunan nazir cari ildə vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirildiyini, vergi daxilolmaları üzrə proqnozların uğurla icra olunduğunu bildirmişdir.

Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab İlham Əliyevin çıxışı barədə ətraflı məlumat verən Fazil Məmmədov bildirmişdir ki, dövlət başçısı ölkədə yaranmış yeni iqtisadi vəziyyətdə vergi orqanlarının əsas vəzifələri kimi onların daha şəffaf və səmərəli işləməsini, əlverişli biznes mühitinin formalaşdırılmasını, dövlət büdcəsinin gəlirlərinin artırılmasının təmin edilməsi üçün vergi potensialının düzgün müəyyənləşdirilməsini və yeni mənbələrin aşkar edilərək, vergi bazasının genişləndirilməsini, vergilərin tam həcmdə və vaxtında ödənilməsini, büdcənin cari xərclərinin vergi və gömrük orqanlarının xətti ilə daxilolmalar hesabına təmin olunmasını müəyyən etmişdir.

Bildirilmişdir ki, ölkə başçısının da qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının gələcək inkişafı qeyri-neft sektorunun, o cümlədən kiçik və orta biznesin inkişafından asılı olacaqdır. Vergilərin ödənilməsinin hər kəsin konstitusion vəzifəsi olduğunu, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinin vacibliyini vurğulayan nazir, vergi orqanlarının sərt nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr arasında sərhəd müəyyənləşdirilməsinin zəruriliyini qeyd etmişdir. Hər bir vergi ödəyicisinin dövlət büdcəsinin təmin edilməsində rol oynadığını bildirən vergilər naziri, ilk növbədə, lüzumsuz yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın gələcəkdə tamamilə aradan qaldırılmasını, bütün yoxlamaların risk meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyini iclas iştirakçılarının nəzərinə çatdırmışdır. Qeyd edilmişdir ki, ilk növbədə, yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, vergidən yayınma risklərinin səviyyəsinin və hüquqpozuntularının mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Bu həm sahibkarlıq subyektlərində nəticəsiz yoxlamalara yol verilməməsi, vergi ödəyicilərinin ciddi əsaslar olmadan yoxlanılmasının aradan qaldırılmasını, həm də vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasını təmin edəcəkdir.

F.Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş vermişdir ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcəkdir. Qeyd edilməlidir ki, cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olmuşdu.

F.Məmmədov bildirmişdir ki, maliyyə əməliyyatlarının şaffalığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə dair ölkə başçısının tapşırığına uyğun olaraq, cari ilin 9 ayı ərzində 13 minə yaxın POS-terminal quraşdırılaraq onların ümumi sayı 85 minə çatdırılmış, elektron qaimə-fakturaların tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərlə bağlı layihələr hazırlanaraq hökumətə təqdim edilmişdir.

Cari ilin birinci yarısının yekunlarına həsr edilmiş kollegiya iclasında qəbul edilmiş qərarların və Tədbirlər Planının icra vəziyyətinə toxunan nazir bu sahədə pozitiv nəticələrin olduğunu, 2015-ci ildə vergi daxilolmalarının təmin edilməsi məqsədilə Tədbirlər Planında nəzərdə tutulan işlərin uğurla həyata keçirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, 2015-ci ilin 9 ayında dövlət büdcəsinə daxil olmuş vəsaitin 600 milyon manatını vergi nəzarəti tədbirləri nəticəsində toplanmış vəsait təşkil edir. Əldə olunmuş nəticələrə baxmayaraq, hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu xatırladan F.Məmmədov vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilnməsinin vacibliyini vurğulamışdır. Vergilər naziri korrupsiya və vəzifəsindən sui-istifadə etmə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq vermişdir.

Vergi ödəyicilərinə xidmət sahəsində fəaliyyətin fəallaşdırılmasının zəruriliyini qeyd edən F.Məmmədov biznes mühitinin yaxşılaşdırılması, vergilərin ödənilməsi sahəsində sahibkarların qarşılaşdığı bütün problemlərin aradan qaldırılması üçün vergi ödəyiciləri ilə əməkdaşlığın aktivləşdirilməsi, kiçik və orta biznesə göstərilən ünvanlı xidmətlərin genişləndirilməsi, vergi ödəyicilərinin vaxtında məlumatlandırılması, xüsusilə regionlarda çalışan sahibkarlara vergi öhdəliklərinin yerinə yetirilməsində hüquqi, texniki və əməli köməkliklərin göstərilməsi, partnyorluq münasibətlərinin dərinləşdirilməsi, bu işlərə “vergi dostları”nın daha geniş cəlb edilməsi barədə xidmət strukturlarına müvafiq göstərişlər vermişdir.

Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafının, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinın vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu xatırladan nazir kiçik dövriyyəyə malik sahibkarlıq subyektlərinə münasibətdə vergi xidmətinin nəzarətedici orqan kimi yox, daha çox tərəfdaş kimi çıxış etməli olduğunu, sahibkarlara bir addım daha yaxın olmağı, kiçik məbləğli cərimələrin tətbiqinə yol açan halların aradan qaldırılıması üçün ilk növbədə vergi orqanlarının xidmət strukturlarının daha fəal işləməli olduğunu vurğulamışdır.

Dövlətdən sosial yardım alan vətəndaşların bəyannamə təqdim etməməsi kimi hallara görə cərimələnməsinin yolverilməz olduğunu bildirən nazir bəyannamələrin vaxtında təqdim olunmasına köməklik göstərilməsi yolu ilə xidmət rəhbərlərindən belə halların tamamilə aradan qaldırılmasını tələb etmişdir.

Ölkə regionlarının inkişafı ilə bağlı iki dövlət proqramının uğurla yerinə yetirildiyini xatırladan vergilər naziri regionların iqtisadi inkişafda artan roluna diqqət çəkərək, regionlarda sahibkarlığının inkişafı üçün vergi orqanlarının səlahiyyətləri çərçivəsində onlara hərtərəfli köməklik göstərilməsinin və regionların vergi daxilolmalarının artımında iştirak payının yüksəldilməsinin vacibliyini vurğulamışdır.

F.Məmmədov ölkə prezidentinin 30 min iş yerinin bağlanması ilə bağlı iradlarına toxunaraq bildirmişdir ki, iş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli, digər tərəfdən işçilərin müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə azaldılması halları aşkar edildikdə buna qarşı sərt tədbirlər görülməlidir.

F.Məmmədov bildirmişdir ki, vergi orqanları üçün gələn ilin büdcə sənədlərində müəyyənləşdirilmiş proqnozların icrası ən vacib hədəfdir və ölkə iqtisadiyyatının mövcud vəziyyəti, onun stabil və dayanıqlı olması büdcənin cari xərclərinin tamamilə ödənilməsində Vergilər Nazirliyinin payının artırılmasına nail olmağa imkan verir. Bu məqsədlə vergi orqanları öz səylərini daha da artırmalı, gücləndirilmiş iş rejimində çalışmalıdır.

Kollegiya iclasında Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında verilmiş tapşırıqların və 2016-cı ilin dövlət büdcəsinin icrası məqsədilə Tədbirlər Planın hazırlanması barədə qərar qəbul edilmişdir.


Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___