Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Keçmişimi ortaya töküb, “hansı düzdür“ soruşdu“
Tarix: 25-10-2015 | Saat: 16:10
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

“Keçmişimi ortaya töküb, “hansı düzdür“ soruşdu“


Azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə ailəli olan türkiyəli müğənni Doğuş müsahibə verib

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, yeni albomu “Aklında bulunsun”dan danışan ifaçı şəxsi həyatı ilə də bağlı maraqlı açıqlamaları bölüşüb.

Doğuş “Birdən-birə evləndiniz. Bu, bir qədər qəfil olmadımı” sualına belə cavab verib:

“41 yaşım var, bunun harası qəfildir? Bir ildir, ailəliyəm. Çox gözəl ailəm var. Xanımım həm karyeralı, həm də mədəni qadın olduğu üçün əl-ələ tutub barları gəzməmişik. “Gecələrdə əylənmək” bizə görə deyil. Biz ev adamıyıq. Xoşqədəm xanım Azərbaycanda televiziya aparıcısıdır. Onun proqramına dəvət olunarkən uşaq evlərində yaşayan körpələrə davranışı mənə çox təsir etmişdi. Mən kövrək insanam. Bir uşaq ağlasa, mən də onunla birlikdə ağlayaram”.

Müğənninin “Həyat yoldaşınız verilişinə dəvət edənədək sizi tanımırmış” sözlərinə münasibəti belə olub:

“Bəli, məni tanımırmış. Haqqımda bütün informasiyanı öyrənib: hansı uşaq evində böyüdüyümü, həbsxanaya nə vaxt girib-çıxdığımı... Bütün şəcərəmi ortaya tökdü. “Bunların hansı doğrudur?”, - deyə soruşdu. Cavab verdim ki, “Hamısı”. Reaksiyası isə belə oldu: “Səni sevirəm”. Çünki insanlar dürüst adamları xoşlayırlar. Həyat yoldaşım keçmişimlə deyil, özümlə, davranışım və xarakterimlə maraqlanır. Nəticədə, mən də “çürük alma” deyiləm”.

Doğuş “Bir vaxtlar bədəninizi formalaşdırmaq üçün istifadə etdiyiniz iynələr səbəbindən ata ola bilməyəcəyinizi açıqlamışdınız. İndi vəziyyət necədir” sualını belə cavablandırıb:

“Düzdür, o iynələr sağlam hüceyrələri öldürmüşdü. 3-4 ildir ki, onlardan istifadə etmirəm. Vücudum özünü yenilədiyi üçün artıq belə bir problemimiz yoxdur. Bu mövzu ilə əlaqədar 3-5 ay sonra yenidən müsahibə verərəm”.


Xəbəri paylaş

6548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___