Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcüstanda adam oğurlayan iki azərbaycanlı saxlanıldı
Tarix: 25-10-2015 | Saat: 12:49
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Gürcüstanda adam oğurlayan iki azərbaycanlı saxlanıldı



Gürcüstan hüquq mühafizə orqanları rusiyalı biznesmenlərin oğurlanmasında şübhəli bilinən 5 nəfəri saxlayıblar. Saxlanılanlar arasında azərbaycanlılar da var.

Xəbəraz.az bildirir ki, anspress-in Gürcüstan daxili işlər nazirliyinə istinadən verdiyi məlumatına görə, gürcüstanlılar və azərbaycanlılardan ibarət cinayətkar dəstə rusların sərbəst buraxılması üçün pul tələb ediblər.

Girov saxlanılan Rusiya vətəndaşları biznes fəaliyyəti ilə məşğul olan Üzeyir S. və Mahir A. Gürcastana qohumlarının toyuna gəliblərmiş.

Faktla bağlı Gürcüstan DİN-i iki Azərbaycan vətəndaşı - 1976-cı il təvəllüdlü Mübariz B. və 1984-cü il təvəllüdlü Fariz H. və üç Gürcüstan vətəndaşı - 1988-ci il təvəllüdlü Vladimir C., 1983- cü il təvəllüdlü Vüqar K. və 1988-ci il təvəllüdlü Roman Z.-ni saxlayıb.
Saxlanılan şəxslərin üzərindən 5700 ABŞ dolları həcmində məbləğ götürülüb.

Dəstə üzvləri Gürcüstan cinayət məcəlləsinin "Qanunsuz azadlıqdan məhrum etmə" maddəsi ilə ittiham olunurlar.


Xəbəri paylaş

5288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___