ABŞ İranın nüvə silahından qorxur
Tarix: 29-03-2015 | Saat: 16:41
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
İsveçrədə İranla danışıqlar aparan 6 ölkənin xarici işlər nazirləri martın sonunda bitəcək son müddətədək nüvə proqramının məhdudlaşdırılması ilə bağlı sazişə nail olmaq istəyirlər.
Xeberaz.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Lozanna şəhərində keçən danışıqların növbəti raundundan əvvəl bəzi nikbin bəyanatlar səslənib. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif çözülməmiş məsələlərinin həllini tapacağına ümid etdiyini bildirib. Almaniyanın xarici işlər naziri Frank Ualter Steynmeyer 12 il ərzində davam edən danışıqların yekun mərhələyə daxil olduğunu deyib.
Vaşinqtona qayıdacaq ABŞ dövlət katibi Con Kerri İran nüvə danışıqlarına görə İsveçrədə qalma müddətini uzadıb. Dövlət Departamentindən bildirib ki, Lozannadakı danışıqlara qatılmaq qərarına gələn cənab Kerri mərhum senator Eduard Kennedinin xatirəsinə həsr olunmuş tədbirdə iştirak niyyətindən vaz keçməli olub. Çünki, ABŞ və onun müttəfiqləri əmin olmaq istəyirlər ki, Tehran nüvə silahına sahib olmayacaq.
ABŞ, Britaniya, Rusiya, Çin, Fransa və Almaniya nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan saziş əvəzində BMT sanksiyalarının qaldırılmasını təklif edirlər. Tehran nüvə silahı əldə etmək barədə ittihamları rədd edir və yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir.
Xəbəri paylaş
7398 dəfə oxunub.
Digər xəbərlər

22-03-2016, 13:10
Cəbhədə vəziyyət gərginləşdi
24-06-2021, 10:48
Bu gündən I siniflərə məktəb seçimi başlayır
24-11-2022, 15:30
Səhər bəzi yerlərdə duman, çiskin olacaq - PROQNOZ
13-12-2022, 11:00
Xankəndi yolunda aksiya iştirakçılarının sayı artır: İctimai fəalların axını başladı - YENİLƏNİB
12-06-2016, 12:51
MKİ lideri: “11 sentyabra aid sənədlər açılmalıdır”
18-09-2017, 12:43
“O, “Qarabağ”la oyunda çox güc sərf etmişdi” – Konte
23-02-2016, 21:13
Novruz bayramında bölgələrə gedənlərə şad xəbər
21-06-2016, 13:53
Baş katib azərbaycanlı girovlardan danışdı
8-05-2016, 15:49
Bakı erməniləri qorxudan silahı istehsal edəcək - Video