Azərbaycanda heyvanlar üçün lüks şərait yaradılıb – VİDEO
Tarix: 29-03-2015 | Saat: 15:47
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Qiymətə gündəlik yemək də daxildir.
Azərbaycanda heyvanlar üçün ilk mehmanxana fəaliyyətə başlayıb.
Xeberaz.az Space TV-yə istinadən xəbər verir ki, burada ev heyvanlarına əsl lüks şərait yaradılıb.
Burada it və pişiklə yanaşı, dovşanlar da saxlamaq mümkündür. Onlar kiçik və rahat otaqlarda istirahət edir, hətta döşəyin üstündə yatırlar. Hoteldə heyvanları vaxtında gəzdirib- yedirdirlər. «Əgər siz 1-2 günlük ezamiyyətə gedirsizsə və itinizə baxan yoxdursa, onu otelə verə bilərsiniz»-deyə hotel işçiləri bildirir.
Pişiklərin «otaqları» isə daha genişdir. «3 otaqlı» hissə məhz bir pişiyə məxsusdur. Burada pişiyin yemək, yatmaq və oynamaq imkanı var. «Pişiklər burada çox yaxşı istirahət edirlər”-deyə işçilər bildirir.
Pişiklər üçün mehmanxana 8 korpusdan ibarətdir. Heyvanların qulluğunda duranlar onalrın nazı ilə oynayırlar. Hotelin əməkdaşı Zülfiyyə Kazımova deyir ki, əgər pişiyin sahibi istəyərsə, onu çimizdirir, tüklərini qırxır, hətta dırnaqlarını tuturlar. “Heyvanların sahibləri lazım olan xidmət barədə əvvəlcədən tapşırıq verirlər. Məsələn tapşırırlar ki, pişiyimə peyvənd vurulmalıdır, qırxılmalıdır, dırnağı tutulmalıdır. Biz də onları yerinə yetiririk”.
Oteldə vaxt məhdudiyyəti yoxdur. Pulu ödənilirsə, heyvan burada 3 ay da qala bilər.
Hoteldə xidmət haqqı baha deyil. Pişiklərə günülük xidmət 15, itlərə isə 25 manatdan başlayır. Qiymətə gündəlik yemək də daxildir. Pişiklərə səhər yeməyi düyü, yer kökü və file qarışıq kaşadan ibarətdir. Günorta isə file, axşama quru yeməklər verilir.
Xəbəri paylaş
7948 dəfə oxunub.
Digər xəbərlər

2-01-2019, 11:55
"Yola saldığımız il mənim üçün çox çətin oldu" - Vüsalə
5-01-2016, 18:43
Əsgərlərimiz donan 22 sakini ölümdən belə xilas etdi (VİDEO)
30-11-2017, 11:08
Yeniyetmələr arasında depressiya və intihar halları bu səbəbdən artıb
30-11-2015, 16:25
Bakıda oğurluqda şübhəli bilinən şəxs yaxaland
11-12-2017, 11:14
Nazir: "Bu il 538 fiziki qüsurlu uşaq doğulub"
3-06-2015, 12:04
50 yaşlı kişi telefonla danışan zaman onu ildırımın qurbanı olub
11-12-2020, 15:02
“Tələbələrim Qarabağda döyüşürdü” – Eduard Məmmədov
30-03-2017, 23:01
Çiyələk sevənlərə pis xəbər - Ən zərərli...
3-06-2015, 12:13
Bakıda 300-ə sürücü cəzalandırıldı