Baş Prokurorluq İsveçrə vətəndaşına cinayət işi açdı
Tarix: 21-10-2015 | Saat: 17:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Azərbaycan Prokurorluğu Vartan Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müraciət edib.
Baş Prokurorluğunun mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycan Respublikasının Xarici İşlər, İqtisadiyyat və Sənaye nazirliklərindən daxil olmuş İsveçrə Konfederasiyasının vətəndaşı “Franck Muller Group” şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Vartan Sirmakesin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal etdiyi ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyəti ilə bağlı materiallarda göstərilən xüsusatlar Baş Prokurorluqda araşdırılıb.
Araşdırmalar zamanı V.Sirmakesin Ermənistanın ölkəmizin işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi beynəlxalq səviyyədə tanıtdırmaq və təbliğ etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxslə bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlə məşğul olması, Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının razılığı olmadan icazəsiz Zəngilan rayonunun Vejnəli kəndində yerləşən qızıl mədəninin açılış mərasimində iştirak etməklə dövlət sərhədini qanunsuz keçməsi, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına alan qərəzli hərəkətlər etməsində şübhələr üçün kifayət qədər əsaslar müəyyən edilib.
Göstərilən faktlarla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 281.2 (bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə) və 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. V.Sirmakesin cinayət məsuliyyətinə cəlb edilməsi üçün İsveçrə Konfederasiyası Baş Prokurorluğuna müvafiq qaydada hüquqi yardım göstərilməsi barədə vəsatət göndərilib.
Xəbəri paylaş
5868 dəfə oxunub.
Digər xəbərlər

23-08-2015, 20:19
Terror qrupu tutulub
25-10-2019, 11:02
Adriana Lima makiyajsız bu gündədir - FOTO
13-12-2022, 10:25
Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var
29-06-2017, 15:56
Aygün Bəylərin qardaşı: "Bağa girəndə onun ağa bükülmüş meyitini gördüm" - MƏHKƏMƏDƏN
24-08-2015, 20:24
Mingəçevirdə növbəti həbslər: maskalılar kəndə girdi - FOTOLAR
30-06-2017, 14:49
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
19-11-2016, 14:35
Səhiyyə naziri jurnalistin müalicəsini nəzarətə götürdü
20-10-2017, 10:30
Özil yeni komandasının adını açıqlayıb
14-05-2015, 00:26
Günel Ələkbərova “Maşın” şounu ağlayaraq tərk etdi