Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhur aktrisanın şok görüntüləri - “Ac qalıram...”+Video
Tarix: 19-10-2015 | Saat: 19:00
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Məşhur aktrisanın şok görüntüləri - “Ac qalıram...”+Video
Günlərdir mətbuatda məşhur aktrisa Gülnar Salmanova ilə bağlı xəbərlər yayılır. Təəssüf ki, bu məlumatlar aktrisanın yaradıcılığını deyil, hər gün pisləşən səhhətinə aiddir.

Biz də “Qafqazinfo” olaraq əməkdar artistlə bağlı başlanılan kampaniyaya qoşulduq.

Yardım kampaniyasının təşkilatçısı teleaparıcı İradə İsaq, Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, dietoloq Leyla Zülfiqarova və media nümayəndələri ilə birgə əməkdar artisti evində ziyarət etdik.

Məşhur aktrisanın şok görüntüləri - “Ac qalıram...”+Video

Səhhəti haqda danışan Gülnar Salmanova vəziyyətinin ağır olduğunu bildirib: “Dializ xəstəsiyəm, müalicə olunuram, döşümdə xərçəng var. Nə ölə, nə də qala bilirəm. Səhhətim çox pisdir. Evimdən xəbərim yoxdur, bir müddət bacım mənə baxırdı. Məni əsəbiləşdirdiyi üçün evinə göndərdim. Heç kim yeməyimi bişirmir, mən də xəstə olduğum üçün ac qalıram. Bəzən qonşularım yemək bişirib gətirir. Oğlum Şamaxıda işləyir, mənlə maraqlanmır. Gözüm son vaxtlar görmür, müayinə etdirməmişəm. Evimi yığacaq, yeməyimi bişirəcək, mənə kömək edəcək baxıcıya ehtiyacım var”.
Məşhur aktrisanın şok görüntüləri - “Ac qalıram...”+Video


Qızıl Aypara Cəmiyyətinin nümayəndələri aktrisanın ayda bir dəfə müayinəsini öz üzərlərinə götürüb: “Gülnar xanımın müalicəyə ehtiyacı var, səhhəti pisdir. Bizdə İran klinikası mövcuddur. Ayda bir dəfə əməkdar artistin müayinəsini üzərimizə götürə bilərik. Müalicəsi və dərmanları ilə bağlı Səhiyyə Nazirliyi kömək etməlidir”.


Xəbəri paylaş

1 0588 dəfə oxunub.

Digər xəbərlər
22-04-2016, 15:30 3 gəmi istismara verildi

bütün xəbərlər
____ Instagram ___