Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanlı tələbələr Türkiyədə aksiya keçirdilər - FOTO
Tarix: 19-10-2015 | Saat: 01:33
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Azərbaycanlı tələbələr Türkiyədə aksiya keçirdilər - FOTO
Oktyabrın 18-də Türkiyənin Selçuk Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə Azərbaycanın dövlət müstəqilliyinin 24-cü ildönümü ilə bağlı məlumat xarakterli kampaniya reallaşdırıb.

Bu barədə Modern.az-a “Prezident təqadüçüləri” Gənclər Birliyinin rəhbəri Təbriz Raufoğlu məlumat verib. Onun sözlərinə görə, müxtəlif ixtisaslarda təhsil alan bir qrup azərbaycanlı gənclə belə bir təşəbbüs gerçəkləşdiriblər:

“Əsas məqsədimiz universitetdə təhsil alan və ən müxtəlif ölkələri təmsil edən tələbələrə ölkəmiz, dövlət rəmzlərimiz, müstəqilliyimiz haqqında məlumat vermək və təşviqat aparmaqdır. Təşviqat çərçivəsində Sudan, İraq, Haiti, Cənubi Koreya, Özbəkistan, Rusiya, Türkiyə və s. ölkələrdən olan tələbələrə məlumat verildi”.

Birlik sədri qeyd edib ki, təşviqat kampaniyasında jurnalistika üzrə təhsil alan Rufanə Günəş, beynəlxalq münasibətlər ixtisasının tələbələri Vüsal Mansurov və Zeynalabdin Nağısoy, ədəbiyyat ixtisası üzrə təhsil alan Ülviyyə Bayramaova və Samir Nəsibli iştirak ediblər.
Azərbaycanlı tələbələr Türkiyədə aksiya keçirdilər - FOTO
Azərbaycanlı tələbələr Türkiyədə aksiya keçirdilər - FOTO


Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___