Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tank aldı, saxlamağa yer tapmadı, evini dəyişdi
Tarix: 17-10-2015 | Saat: 17:20
Bölmə:Karusel / Maraqlı / Fotogalereya | çapa göndər

Tank aldı, saxlamağa yer tapmadı, evini dəyişdi

Gözlənilmədən internet hərracını qazanaraq tank almalı olan Bristol (Böyük Britaniya) şəhərinin sakini üçotaqlı mənzilindən yeni evə köçməli olub

Ceff Vulmer 7 ton çəkisi olan köhnə Kanada tankına qiymət təklif etdikdən sonra hərrac barədə artıq düşünmədiyini deyir.

“Mən “salam, ser, siz indicə tank aldınız” deyə gözlənilmədən gələn telefon xəbərini alana kimi bu iş tamamilə yadımdan çıxmışdı” - deyə britaniyalı qeyd edir.

Ceff Vulmer deyir ki, mənzili ətrafında tankın park edilməsi ilə bağlı problemlərə görə qarşısında daha böyük yeri olan evə daşınmaq barədə düşünməli olub.

Avonmout qəsəbəsindəki “Bloodhound Project” şirkətində mühəndis işləyən britaniyalı “Witham Specialist Vehicles” hərrac saytına 9000 funt-sterlinq (14772 manat) ödədiyini bildirir.

“Mən tanklardan birinə qiymət təklifi etdikdən sonra işdə olarkən telefon zəngi aldım. Təbii ki, ofisdə olanların hamısı mənə gülürdü” - Ceff Vulmer deyib.

Hazırda 75 mm çaplı topla təchiz edilmiş və saatda 80 kilometr sürətlə hərəkət etməyə qadir olan “CVRT Scorpion” tankını Ceff Vulmerin yeni evinin qarşısında görmək olar.

Bu arada Ceff Vulmer köçdüyü Bradli Stouk şəhərində “Tank Man” adı ilə tanınır.

“Tankın çəkisi 7 tona yaxındır. Yəni tank meyarları ilə bu, bala tankdır. Təbii ki silahlar yararsızlaşdırılıb, lakin mən tankı işlək vəziyyətə gətirmək niyyətindəyəm. Onun akkumulyatorları dolan kimi elektrik sisteminin işləyib-işləməyəcəyini müəyyən edəcəyik” - Ceff Vulmer deyib (BBC).


Xəbəri paylaş

5258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___