Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Petro Qedin: Onda da Azərbaycan yığması yaxşı oynamışdı
Tarix: 29-03-2015 | Saat: 01:38
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Petro Qedin: Onda da Azərbaycan yığması yaxşı oynamışdı
“Futbol riyaziyyat deyil. Qələbə də var, məğlubiyyət də. 2 top fərqi ilə uduzduq. Amma biz məğlubiyyətə layiq deyildik”. Xeberazt.az saytının xəbərinə görə, bu sözləri Malta yığmasının baş məşqçisi Petro Qedin deyib.
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində az öncə millimizə 0:2 hesabı ilə uduzan Malta yığmasının çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib: “Öz səhvlərimizdən uduzduq. Azarkeşlərin də rəqibə köməyi oldu. Birinci hissədə biz yaxşı oynamadıq, erkən qol buraxdıq. Sistemimizi tapa bilməmişdik. Boşluqlar verirdik. İkinci hissədə 4-4-2 taktiki düzülüşünə keçdik. Fasilədən sonra yaxşı oynadıq”.
- Azərbaycan yığmasının hansı cinahı daha təhlükəli idi?
- Mən deyərdim ki, rəqibin hər iki - sağ və sol cinahı çox yaxşı oynayırdı. Rəqibin cinahlarında boşluq görmədim.
- Azərbaycan 2013-cü ildə yoldaşlıq oyununda Maltaya qalib gəlib.Həmin milli ilə indiki Azərbaycan yığması arasında nə kimi fərq gördünüz?
- Fərq ondadı ki, keçən dəfə bizim futbolçularda fiziki problem var idi. O vaxt da Azərbaycan yığması yaxşı oynamışdı.
- Hakimin idarəçiliyi barədə nə deyə bilərsiz?
- Müsbət fikirdəyəm. Başqa bir söz deyə bilmərəm. (apasport)


Xəbəri paylaş

7578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___