Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"İnfiniti" ilə heroin daşıyıb satan qadınlar...
Tarix: 15-10-2015 | Saat: 15:13
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

"İnfiniti" ilə heroin daşıyıb satan qadınlar...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsindən qaçaqmalçılıqda, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunan Nərgiz Cəfərova, Güllü Atakişiyeva və Elçin Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Prosesdə dövlət itthamçısı çıxış edərək təqsirləndirilən Nərgiz Cəfərovanın 10 il 6 ay, Güllü Atakişiyevanın 9 il 6 ay, Elçin Mehdiyev isə 6 il 6 ay müddətinə azadlıq məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı cinayət zamanı istifadə olunan “İnfiniti FX35” markalı avtomobilin dövlət tərəfindən müsadirə olunmasını istəyib. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər. Onlar məhkəmədən müdafiə etdikləri şəxslərin istintaq zamanı səmimi olduqların və əməllərində peşman olduqlarını nəzərə alaraq onlara ən yüngül cəza verilməsini xahiş ediblər. Təqsirləndirilən şəxslərə son söz verilib. N.Cəfərova və G.Atakişiyeva peşman olduqlarını, səhvlərini başa düşdüklərini bildiriblər. Məhkəmə prosesi oktyabrın 21-də davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin təkrar qaçaqmalçılığı), 29, 234.4.1 və 29, 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etməyə, daşıma, saxlama və ya satma,), 234.4.1-ci, 234.4.2 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma, təkrar törətmə) maddələri ilə ittiham edilirlər. İlkin ifadələrində külli miqdarda narkotik maddə - heroini İrandan istintaq məlum olmayan şəxsdən alaraq sərhədi qanunsuz keçərək Bakıya gətirdiklərini bildirib. Onlar Cəlilabad rayonundan heroini Nərgiz Cəfərovaya məxsus “İnfiniti FX35” markalı avtomobillə Bakıya gətirdiklərini etiraf ediblər.

Criminal.az


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___