Bakıda avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqlar ayrıldı
Tarix: 14-10-2015 | Saat: 17:32
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” 23 iyul 2015-ci il tarixli qərarına əsasən Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqların ayrılmasına başlanılıb.
APA-nın məlumatına görə, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədi ilə müvafiq avtomobil yollarının siyahısını müəyyənləşdirib, bu zolaqlarda göstərilən növ nəqliyyat vasitələrinin hərəkətinin təşkili ilə bağlı təklifləri Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edib.
Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqlar ayrılıb, bir neçə günə xüsusi zolaqların keçdiyi küçə və prospektlərin adı ictimaiyyətə açıqlanacaq.
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün 6 yerdə xüsusi zolaqların ayrılması barədə qərar verib. Hazırda Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər İcra Hakimiyyəti birlikdə həmin xüsusi zolaqların ayrıldığı yolların keçdiyi küçə və prospektlərin adlarını müvafiq qaydada dəqiqləşdirir.
Nəqliyyat Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmaqızı da APA-ya açıqlamasında məlumatı təsdiqləyib. Ş. Mehmanqızı deyib ki, Bakıda sərnişin daşımalarını yerinə yetirən avtobuslar və operativ nəqliyyat vasitələri üçün xüsusi zolaqlar ayrılıb, bir neçə günə xüsusi zolaqların keçdiyi küçə və prospektlərin adı ictimaiyyətə açıqlanacaq: “Hazırda xüsusi zolaqların keçdiyi ərazilərin adı dəqiqləşdirilir. Bu proses bir neçə günə başa çatacaq və xüsusi zolaqların keçdiyi küçə və prospektlərin adının ictimaiyyətə açıqlanacaq”.
Qeyd edək ki, baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov ötən ay bildirmişdi ki, Bakıda hansı yol iki zolaqlıdırsa, o yollarda ictimai və operativ nəqliyyat vasitəsi üçün xüsusi zolaq ayrılması mümkün deyil, ictimai və operativ nəqliyyat vasitələri üçün 3 zolaqlı yollarda xüsusi zolaq ayrıla bilər.
Xəbəri paylaş
9948 dəfə oxunub.
Digər xəbərlər

18-02-2019, 20:01
Şəmkirdə qızına təcavüz edən ata həbs olundu
16-05-2016, 15:37
Məşhur şoumen Türkiyəni tərk etdi - Səbəb
19-06-2017, 12:49
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5-02-2019, 19:51
Bütün analar behiştə gedəcəkmi?
21-03-2016, 19:48
Məşhur aparıcı tələbə qızı tutdurdu
20-06-2019, 11:34
"Başqa millətin kişisi ilə münasibətdə ola bilmirəm"-Pərvin
14-01-2022, 12:02
Qarlı hava nə vaxta qədər davam edəcək?
3-03-2017, 14:29
"Garip" filminin Fatoşu indiki halı ilə təəccübləndirir - FOTO
11-05-2016, 16:01
Ağamalıdan Quskanın “ginekoloq” eyhamına - Cavab