Moskva Qarabağda güc tətbiqindən imtina etməyə çağırır
Tarix: 14-10-2015 | Saat: 15:49
Bölmə:Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər
“Gərginliyin davamı yolverilməzdir”.
Moskva Dağlıq Qarabağ münaqişəsinin tərəflərini qüvvə tətbiq etməkdən imtina etməyə və güzəştlərə nail olmaq üçün siyasi iradə göstərməyə çağırıb, bu barədə Rusiya Federasiyası XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib, Oxu.Az RİA “Novosti”yə istinadən xəbər verir.
“Təəssüf ki, münaqişə zonasında vəziyyətin gərginləşməsi, qurbanların, o cümlədən də dinc əhali arasında qurbanların sayının artması nəticəsində siyasi dialoqun bərpası çətinləşir. Biz gərginliyin davamının yolverilməz olduğundan çıxış edirik. Münaqişə tərəflərini qüvvə tətbiq etməkdən imtina etməyə və güzəştlərə nail olmaq üçün siyasi iradə göstərməyə çağırırıq”, - o, deyib.
Zaxarovanın sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusuna Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin bu ilin aprel-may aylarında Moskva səfərinin gedişatında ətraflı baxılıb.
“O, Sergey Lavrov və onun xarici həmkarları ilə əlaqələrinin cari mövzusudur. Biz bu istiqamətdə ABŞ və Fransa ilə sıx qarşılıqlı fəaliyyət göstəririk. Bu yaxınlarda BMT-nin Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində RF xarici işlər naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirib. Bu görüşdə bu ay həmsədrlərin regiona səfəri ərəfəsində praktiki məsələlər nəzərdən keçirilib”, - o, əlavə edib.
Xəbəri paylaş
7278 dəfə oxunub.
Digər xəbərlər

25-02-2022, 11:45
Putin UEFA-nı hədələdi: "Final başqa ölkəyə verilsə..."
26-12-2015, 11:29
Leyla Əliyeva və Emin Ağalarov Tahir İmanovun toyunda – FOTO + VİDEO
28-09-2015, 00:31
Türkiyədə gəmi batdı: 17 ölü
9-02-2020, 22:01
DİN seçkilərlə bağlı məlumat yaydı
27-05-2018, 21:21
Biləsuvarda 16 yaşlı nişanlı qız intihar edib
31-01-2018, 22:19
Merlin Monroya bənzəmək istədi bu hala qaldı- FOTO
18-08-2022, 12:51
GEM-in direktoru Sara Həsənovanın arxasında hansı icra başçısı dayanır..? - Sara Həsənova barəsində “KİRPİ” jurnalı yazsaydı...
15-08-2022, 18:03
Elza Seyidcahan Rasim Balayevin tənqidinə cavab verdi
14-04-2021, 14:39
Mətanət aparıcıları tənqid ETDİ - "Günahkar onlardır"