Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlhamə Elzadan 1 milyon istəyir
Tarix: 12-10-2015 | Saat: 21:09
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

İlhamə Elzadan 1 milyon istəyir
“O, ömür boyu işləyəcək və qazandığı pulu İlhamə Quliyevaya ödəyəcək”.

Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahana qarşı açdığı təzminat davasında tələb etdiyi məbləği artırıb.

Xəbəraz.az xəbər verir ki, bu barədə AzNews.az-a İ.Quliyevanın vəkili Tahir Əlirzayev məlumat verib. Onun sözlərinə görə, İ.Quliyeva E.Seyidcahana qarşı qaldırdığı iddia ərizəsində həmkarına 1 milyon təzminat davası açıb:

“Elza Seyidcahan çöx böyük yalnışlığa yol verib. O, dövlətin verdiyi adı təhqir edib. Elza Seyidcahan səhvinin qarşılığını bu cür ödəyə bilər”.

T.Əlirzayev vurğulayıb ki, Elza Seyidcahan deputat olsa da, olmasa da tələb olunan təzminatı ödəməlidir:

“O, ömür boyu işləyəcək və qazandığı pulu İlhamə Quliyevaya ödəyəcək. Başqa yolu yoxdur. Biz məhkəmədən bu pulun alınmasını tələb edəcəcyik”.

Qeyd edək ki, İ.Quliyeva E.Seyidcahanın parlament seçkilərində iştirak edəcəyini eşidəndə onu meymun adlandırıb. E.Seyidcahan isə “Ağıl yaşda yox, başdadır. Azərbaycan bayrağını təhqir edən, məşəli qəlyan adlandıran birini məhkəməyə vermək lazımdır. Mən Şöhrət ordenli “şərəfsiz” olmayacağam” - deyə bildirib. Bundan əsəbiləşən İ.Quliyeva isə bəstəkarı məhkəməyə verib. Bir müddət əvvəl Elzadan yarım milyon təzminat tələb edəcəyini deyən İ.Quliyeva, son anda fikrindən daşınıb və məbləği ikiqat artırıb.


Xəbəri paylaş

6778 dəfə oxunub.

Digər xəbərlər
23-01-2018, 12:56 Sabahın Havası

bütün xəbərlər
____ Instagram ___