Leyla Əliyeva bəbirin ovlanması ilə bağlı narazılığını bildirdi – FOTO
Tarix: 12-10-2015 | Saat: 13:26
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
İDEA məlumat yaydı.
Azərbaycanda nəsli kəsilməkdə olan bəbiri ovlayanlar həbs edilib. IDEA nadir heyvan növünün öldürülməsindən ciddi narahatlığını bildirir.
Bu barədə Oxu.Az-a IDEA-dan bildiriblər.
Məlumatda qeyd olunur ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçici və rəhbəri olduğu IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi (WWF) Təşkilatı tərəfindən Hirkan və Zəngəzur Milli Parklarında quraşdırılmış fotokamera nəzarətinə əsasən və aparılan araşdırmalar nəticəsində ölkəmizdə 6 Qafqaz bəbirinin yaşadığı məlum olub.
Bu günədək IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi təşkilatının birgə səyləri nəticəsində Qafqaz bəbirlərinin mühafizəsi və sayının artırılması istiqamətində bir sıra tədbirlər görülüb. Belə ki, bəbirlərin məskunlaşdığı ərazilərin mühafizəsi gücləndirilib, onların əhəmiyyəti, eləcə də nəsli kəsilməkdə olan bəbirlərin mühafisəzi barədə icitmaiyyətin maarifləndirilməsi üçün silsilə tədbirlər təşkil olunub.
“Bununla belə biznes və tamah maraqlarından irəli gələrək bu nəsli kəsilməkdə olan heyvanları ovlamaq niyyətində olanlar hələ də var. Bu baxımdan IDEA İctimai Birliyi Azərbaycanın endem və nəsli kəsilməkdə olan heyvan növünün öldürülməsi faktı ilə bağlı ciddi narahatlığını bildirir.
Qeyd edək ki, 2009-cu ildə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəbirlərin mühafizəsinin gücləndirilməsinə dair milli fəaliyyət planı qəbul edib. Bəbirlərin yaşayış məskənlərində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi artırılıb. Bəbirlərin ovlanmasına qadağa tətbiq edilib və milli qanunvericiliyimizdə bu heyvan növlərinin öldürülməsinə görə nəzərdə tutulan inzibati məsuliyyət sərtləşdirilib. Azərbaycan Respublikasının qanuvericiliyində bəbirlərin öldürülməsinə görə iri həcmli maliyyə cəriməsi ilə yanaşı, cinayət məsuliyyəti də müəyyən edilib.
Amma təəssüf ki, təbii irsimizin məhvi hesabına maddi mənfəət əldə etmək axtarışında olan bəzi məsuliyyətsiz şəxslər yox olma təhlükəsi altındakı bəbirləri belə öldürməkdən çəkinmirlər.
Bütün görülən tədbirlərlə yanaşı, IDEA İctimai Birliyi vətəndaşları təbiətin ölkəmizə bəxş etdiyi zəngin bioloji müxtəlifliyini və endem fauna növlərini qorumağa, nəsli kəsilməkdə olan heyvanların məhvinə yönəlik əməllərlə mübarizə məqsədi ilə qanunsuz faktlar barədə hüquq-mühafizə oqranlarını məlumatlandırmağa çağırır”.
Xəbəri paylaş
6638 dəfə oxunub.
Digər xəbərlər

7-11-2022, 12:17
Qaz sobasının içinə baxın - Sayğacınız buna görə çox yazır
26-12-2018, 13:50
Metro gecə 2-yə kimi işləyəcək
29-04-2016, 11:14
İbo illər sonra etiraf etdi: “Onun atasıyam”
10-06-2016, 15:45
Bakıda 17 yaşlı qız özündən 15 yaş böyük ərini atıb qaçdı - MÜRACİƏT
12-01-2019, 15:02
Marketlərdə polietilen torbaların pulla satılması xəbərləri ilə bağlı daha bir AÇIQLAMA
23-12-2021, 11:00
Rayon qeydiyyatında olanlara ŞAD XƏBƏR - Yanvarın 1-dən... - VİDEO
3-12-2016, 14:07
Bakıda peşəkar oğru ələ keçdi – Eyni cinayəti 44 dəfə törədib
10-05-2019, 17:19
Dilqəm Əsgərov və Şahbaz Quliyevdən SON XƏBƏR
15-02-2018, 18:32
“Qarabağ”dan atmacalı paylaşım
14-11-2015, 14:41
Həkimlərdən XƏBƏRDARLIQ - Yeni cinsi xəstəlik yayılır