Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri ilə ortaq gəmiçilik biznesinə malik olan milyarder Mübariz Mənsimovun şirkəti
Tarix: 28-03-2015 | Saat: 17:52
Bölmə:Karusel / Gündəm / Dünya / Maraqlı / M2 | çapa göndər
Azərbaycanlı milyarder Bodrumda 150 milyon dollara ərazi aldı
Tenderə cəmi dörd şirkət qatılıb.
Xeberaz.az Virtulaz.org-a istinadən xəbər verir ki, Başbakanlıq Özəlləşdirmə İdarəsi tərəfindən keçirilən tenderdə prezident Rəcəb Tayyib Ərdoğanın ailə üzvləri ilə ortaq gəmiçilik biznesinə malik olan milyarder Mübariz Mənsimovun şirkəti ən yüksək qiymət təklif edib. Nəticədə Bodrumun Tülkücük səmtində yaxta limanı, turizm təsisləri və villa inşaatı üçün ayrılan ərazinin sahibi “Palmali Group Company” olub. Mənsimov ərazini almaq üçün 370 milyon TL (təxminən 150 milyon dollar) +ƏDV ödəyib.
Tenderə cəmi dörd şirkət qatılıb. İlk turda ərazi üçün təklif edilən ən yüksək qiymət 320 milyon TL olub. Son turda ərazi ilk turun qalibi olan şirkətlər arasında hərrac yolu ilə satılıb və ən yüksək təklifi “Palmali” verib.
Tenderin nəticələrinin elan edilməsindən sonra “Palmarina” şirkətinin (“Palmali Group”a daxildir) idarə heyətinin sədr müavini Tolqa Ağar deyib ki, ərazidə ətraf mühit müdafiəçilərinin həssaslığı nəzərə alınaraq liman inşa edilməyəcək, ancaq villa və otellər tikiləcək. Tolqa Ağar xatırladıb ki, “Palmali” şirkəti artıq Bodrumda yaxta limanı işlədir, yeni alınan ərazi liman inşası üçün nəzərdə tutulsa da onlar turizm təsislərinə üstünlük verəcəklər. Bu zaman Bodrumun memarlıq üslubuna və ətraf mühitə xələl gətirməyəcəklər.
Xatırladaq ki, Ərdoğanın oğlu Bilal Ərdoğanın və digər ailə üzvlərinin təsis etdiyi gəmiçilik şirkəti ilə Mənsimovun arasında sıx ortaqlıq var. Bu ortaqlıq sayəsində Mənsimovun şirkəti tərəfindən inşa edilən neft tankerləri Bilal Ərdoğanın Maltada qeydiyyatdan keçmiş şirkətinə satılır. Daha sonra “Palmali” neft daşımaq üçün həmin tankerləri icarəyə götürür. Türkiyə mətbuatı bu işbirliyini şübhəli hesab edir.
Xəbəri paylaş
9128 dəfə oxunub.
Digər xəbərlər

9-02-2020, 22:18
Adil Əliyev qələbəsini belə qeyd etdi - VİDEO
27-05-2016, 15:29
Kreml G7-yə cavab verdi: “Pis olacaq”
22-05-2015, 21:54
Xoşqədəm canlı efirdə anaya oğlunun ölüm xəbərini verdi – VİDEO
20-11-2016, 21:22
Hulusi Akardan erməni deputata - “Bu, tərbiyəsizlik, əxlaqsızlıqdır”
6-09-2017, 16:22
Bakıda məşhur mağaza ilə müştəri arasında qalmaqal – FOTO
5-07-2019, 11:51
Çakır "Medera Hospital"da öldü
18-05-2018, 17:42
Ərdə olan əmisi qızı ilə gizlicə görüşdü, zorladı, sonra... - Bakıdakı moteldə DƏHŞƏT
6-08-2018, 17:48
Metronun bu stansiyası da təmirə bağlanır
3-02-2016, 21:50
“Lokomotiv” “Telekom”a qalib gəldi
19-06-2022, 11:21
Bir gündə 400 manat qazanc gətirən məşğuliyyət - VİDEO