Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI
Tarix: 11-10-2015 | Saat: 00:59
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər

Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI
Onlar daim efirlərdə, el şənliklərindədirlər. Hər zaman da özlərini formada saxlamağa çalışır. Bunun üçün isə min yola əl atmaqları da öz yerində. Plastik əməliyyat yolu ilə bədən ölçülərini kiçildənlər də var, idmana üz tutanlar da. Bizim əməliyyatla işimiz yox. İdmanı seçənlərdən danışacağıq. Tədbirdən, efirdən başı ayılıb idmana da vaxt ayıranlardan. Lent.az-ın yeni“Ulduzların idman saatı” layihəsində onlarla idman zallarında görüşdürəcəyik sizləri.


Budəfəki “idmançımız” isə müğənni Rəqsanənin qızı modelyer Aysun İsmayılovadır.





- Nə vaxtdan idmana başlamısan?



- Təxminən 4-5 ildir ki, idman edirəm. 15 yaşımdan başlamışam.



- Yəqin idmanı formada qalmaq üçün edirsən?



- Yox, sırf sağlamlıq üçün.



- Pəhrizdəsən?



- Pəhrizdə deyiləm, yeməklərimə də sərhəd qoymuram. Hər şeyi yeyirəm. İstədiyim zaman tez arıqlaya, kökələ bilirəm. Formada qalmaq mənim üçün problem deyil. Düzdür, məndə kökəlmək problemi var. Nə qədər çox yesəm də, kökələ bilmirəm. İştaham yoxdur deyə, gündə bir dəfə yemək yeyirəm.



- İdmanın həyatında rolu?



- Məşqə başlayandan hiss edirəm ki, bədənim bərkiyib. Əzələ yığmışam, indi kişi-kişi danışa bilirəm. İdman etdiyim gün qarşıma vacib bir iş çıxsa, getmərəm. Bir saat da olsa idmanımı etməliyəm. Məni formada saxlayan məşq etməyimdir.



Qaçış cığırından enir.



- Ana bala məşqə gəldiyiniz vaxtlar olubmu?



- Yox, anamın məşqə ehtiyacı yoxdur. Bütün gün xaricdədir. Toylara gedir, qaçaqaçda olur.



Güzgü önünə keçərək, qantellərlə məşq edir.



- Keçək qidalanmağına. Nələrdən imtina etmisən?



- Əvvəllər yağlı və xəmir yeməklərini yeyirdim. İndi onları azaltmışam. Ət yeyənəm, toyuq ətini daha çox yeyirəm. Məndən fərqli anam hər şeyi yemir. Seçim edir. Ürəyi gözəl yeməklər istəyəndə nənəm gilə gedir, orda yeyir. Evdə yemək və bazarlıq işinə nənəm baxır. Yekəxanalıq kimi çıxmasın, indi soruşsanız ki, bazarda çörək neçəyədir, bilməyəcəm.



- Anan nələri sənə qadağa edib?



- Elə bir səhv hərəkətim yoxdur ki, anam mənə nəsə də qadağa qoysun. Anamla mənim aramda ana-bala münasibəti də yoxdur. Biz dostuq. O, mənə demir ki, belə eləmə. Sadəcə deyir ki, bax, bunu belə eləməsən, daha yaxşı olar. Məsləhətlə başa salır.









- Həftədə neçə dəfə məşq edirsən?



- Ən azı 2 dəfə.



- Fərdi məşq edirsən, yoxsa…



- İdmançı Kamil Zeynallı ilə məşq edirəm. Amma bu zala yeni gəlmişəm.



Söhbətimizi davam edirik. Təbii meyvə şirəsindən içir.



- Keçək şəxsi həyatına. Bir müddət öncə Rəqsanə açıqlama vermişdi ki, qızım nişanlanır. Toy nə zamandır?



- Şəxsi həyatım barədə danışmağı xoşlamıram. Ona görə də son dəfə açıqlama verirəm ki, bu mövzu bağlansın. Nişanım olmalı idi, olmadı. Oturduq ana-bala fikirləşdik, dedik ki, bu iş alınmasa yaxşıdır. Bu məsələni bağlayaq. Hələlik ailə qurmaq barəsində düşünmürəm. Hazırda sevginin nə olduğunu anamda, bacımda hiss edirəm.





- Yəqin elçi düşənlər çox olar?





- Hə, çoxdur. Amma mən sevgiyə inanmıram. Ailə qurmaq yox, şəxsi karyeramı qurmaq istəyirəm.





Qaçış cığırından sonra əzələ yığır.



- Ən sevdiyiniz idman növü hansıdır?



- Ən çox trenajoru bəyənirəm.





- Plastik əməliyyat keçirdiyin də deyilir…





- ( Sözümü yarımçıq kəsir…) Yox, heç vaxt əməliyyat etmərəm. Belə bir deyim də var ki, heç vaxt, heç vaxt demə. Amma Allahın mənə verdiyi ilə razılaşıram. Mənim anam da plastik əməliyyat keçirib. Ehtiyac varsa, olmalıdır. Ona görə də pis baxmıram. Mənə deyirlər ki, burnunu əməliyyat elə. Amma Allahın mənə bəxş etdiyi burnu niyə dəyişim ki? Hətta sosial şəbəkədə bir çoxları yazır ki, dodağına gel vurmusan. Amma bu mənim təbii dodaqlarımdır. Makiyajla dodağı böyütmək olur. Yəni makiyajla dodağımı böyüdürəm. Bilsəm ki, üzüm qırışdır, heç üzümü botoks da etdirmərəm. Başdan ayağa təbiiyəm. Dırnaqla, saçdan başqa.



- Sosial şəbəkədə sənə və Rəqsanəyə söyüş yazanlar da olur.



- Hə, yazırlar, cavablarını da alırlar. Bloka atıram. Bir dəfə çox əsəbiləşmişdim. Ailəm haqqında çox artıq sözlər yazırdılar. Mənim ailəmlə nə işiniz var? Artıq sosial şəbəkədə bildiriş də paylaşmışam. Kim mənim anamın, bacımın, nənəmin haqqında nəsə pis rəy yazsa, məhkəməyə verəcəm. Heç kimin ixtiyarı yoxdur ki, bizi söysün, təhqir etsin.



Ştanq qaldırır.



- Hazırda neçə kilosan? Və arıqlamaq fikrin varmı?



- İndi 53 kiloyam. Ən kök vaxtım 65 kiloqram olub. Arıqlamaq istəmirəm. Anamın Yaşıl Teatrda verdiyi konsertdən qabaq 65 kilo idim. Həmin konsertə geyimləri hazırladığım vaxtlar gecə-gündüz yatmadım, yorğun oldum. Həmin vaxt 49 kiloya qədər arıqladım. Daha sonra yeyərək yox, idman edərək kökəldim.



- Rəqsanə saytımıza müsahibəsində söylədi ki, qızlarımın soyadını dəyişmişəm. Onlar yeni həyat yoldaşımın soyadını daşıyır. Bəlkə yeni soyadını açıqlayardın?



- Hələ açıqlaya bilmərik. Müəyyən səbəblərə görə, yeni soyadımızı mətbuatdan gizlədirik. Hələ açıqlamağın vaxtı deyil.



- Bunu açıqlamağa anan icazə vermir yoxsa?



- Ailəmizin qərarıdır. Atam, anam və mən söhbətləşdik, qərara gəldik ki, hələ açıqlamayaq.



- Ata demişkən, bir zamanlar doğma atanı axtarırdın. Amma o sənlə görüşmək istəmədi. Ananın yeni həyat yoldaşında atalıq hissini duyursan?



- Doğma atamı dəfələrlə axtarmışam. Anamdan gizlin atamı axtardım, tapdım, amma mənimlə görüşmək istəmədi. Dedi ki, mənim sən adlı qızım yoxdur. Sən mənim ailəmi dağıtmaq istəyirsən. Barışmaq istəyirsən ki, ailəmi dağıdasan. Bu sözlərdən sonra etiraf edirəm ki, indi desələr ki, atan gəlib, səni görmək istəyir, razı olmaram. Ömür boyu doğma atamı bağışlamayacam. Mənə atalıq edən insan anamın indiki həyat yoldaşıdır. Anam indiki həyat yoldaşı ilə ailə qurandan sonra, atanın nə olduğunu anladım. Mən indi ona ata deyirəm. Mən də çox istəyərdim ki, doğma atamdan atalıq görüm. Amma olmadı. Bundan sonra barışmağımız da mümkün deyil. Səmimi deyirəm, taleyimi dəyişmək imkanım olsa, doğma atamın yox, anamın indiki həyat yoldaşının doğma qızı olmaq istəyərdim. Başqa heç bir şeyi dəyişmək istəməzdim. Allaha şükür, həyatımda hər şey əladır.



İdmanı yekunlaşdırıb, müəllimi Kamil Zeynallı ilə sağollaşır: “ Bu gün bir neçə işim olduğuna görə, idmanı yarım saat tez yekunlaşdırdım”.


Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI
Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI
Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI
Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI
Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI
Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI
Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI
Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI
Rəqsanənin qızı: “Bədənim bərkdir, hər şey təbiidir, bircə…” – ULDUZLARIN İDMAN SAATI


Xəbəri paylaş

3 1678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___