Ukraynada saxlanılan azərbaycanlıların kimliyi məlum olub
Tarix: 28-03-2015 | Saat: 16:32
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Bu gün onlar barədə məhkəmə müvafiq qərar da çıxarmalıdır.
Ukraynanın paytaxtı Kiyevin mərkəzində yerli silahlı dəstə ilə atışan və milis tərəfindən saxlanılan azərbaycanlıların kimliyi məlum olub.
Xeberaz.az xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA - ya açıqlamasında bildirib ki, onlardan biri Azərbaycan vətəndaşı, Bakı qeydiyyatında olan Ağayev Davud Şahvələd oğlu, digəri isə Ukrayna vətəndaşı, milliyətcə azərbaycanlı Əliyev İqordur.
A. Osmanov bildirib ki, əldə etdikləri qeyri rəsmi məlumata görə, şəhərin mərkəzində Bessarabiski bazarının yaxınlığında baş verən silahlı atışmada hücum edənlər azərbaycanlılar olublar və elə dərhal da milis tərəfindən saxlanılıblar. O həmçinin bildirib ki, bu gün onlar barədə məhkəmə müvafiq qərar da çıxarmalıdır.
Qeyd edək ki, azərbaycanlılarla yerlilər arasında baş verən hadisə martın 26-sı yerli vaxtla saat 13:00 radələrində baş verib. Hadisə zamanı yerli dəstənin üzvlərindən 3 nəfər yaralanıb. Onlar hazırda xəstəxanadadırlar. Hadisə zamanı yaxınlıqdakı milis patrul xidmətinin müdaxiləsi nəticəsində qaçan azərbaycanlıları mərkəzi “Bessarabski” bazarı yaxınlığında saxlamaq mümkün olub. Onlar saxlanılan zaman milisə müqavimət göstəriblər. Azərbaycanlılara məxsus avtomobildən külli miqdarda silah-sursat aşkar olunub.
Xəbəri paylaş
7108 dəfə oxunub.
Digər xəbərlər

1-02-2016, 17:37
Qəbul imtahanlarına buraxılış qaydası dəyişdi
29-03-2018, 20:46
Mətanət İsgəndərlinin üçmərtəbəli villası söküldü
12-03-2017, 16:06
Alpaqut üzrə 3-cü Azərbaycan Çempionatı keçirilib-Fotolar
31-05-2022, 10:49
Nərimanovda tikintidə işləyən usta 5-ci mərtəbədən yıxılaraq ölüb
7-02-2017, 09:56
Qaradağda püskürən vulkan 10 ha ərazini əhatə edib
25-06-2019, 12:03
“25 əməkdaşımızı prokurorluğa şəxsən şikayət etmişəm” - Nazir
18-04-2015, 15:23
İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar - VİDEO
21-10-2017, 11:52
Məsciddə partlayış: İŞİD məsuliyyəti boynuna götürdü - FOTO
25-12-2015, 12:42
Mehriban Əliyeva Federasiya prezidenti seçildi
12-01-2016, 19:54
"Avtoş"lar 24 yaşlı qızı zorladılar (VİDEO)