Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cəhənnəmdən xilas olmaq
Tarix: 12-03-2015 | Saat: 10:44
Bölmə:Karusel / İbadət | çapa göndər

Cəhənnəmdən xilas olmaq

Abdulla ibn Amr (r) Rəsulullahın (s) belə buyurduğunu demişdir: “Kim Cəhənnəmdən qurtulmasını və Cənnətə daxil edilməsini istəyirsə, ölüm onu haqlayarkən Allaha və axirət gününə iman gətirmiş olsun. Özü ilə necə rəftar edilməsini istəyirsə, insanlarla elə rəftar etsin.” Müslim rəvayət etmişdir. 1

«Hədisin şərhi»

Şübhə yoxdur ki, Cəhənnəmdən qurtularaq Cənnətə daxil edilən şəxs, artıq uğur qazanmışdır. Bu bütün möminlərin can atdıqları məqsəddir. Rəsulullah (s) buna nail olmaq üçün hədisdə iki səbəbi qeyd etmişdir ki, onlarla həmin məqsədə nail olunur. Səbəblərdən biri, əsas və köməkçi işlərin mənbəyi olan Allaha və Axirət gününə imandır. Uca Allah bunu xatırladaraq buyurur: “Belə deyin: “Biz Allaha... inanmışıq...” ("Bəqərə" surəsi, 136). Bu, axirət əməlini və ona hazırlığı şamil edir. Çünki düzgün iman bunu tələb edir. O, insanlarla özünə rəva bildiyi söz, əməl, maddi və fiziki davranışlarla davranmalıdır.

Bu, yaxşılığın və başqalarına veriləcək nəsihətin ədalətli meyarıdır. İnsanlarla ünsiyyətdə olduğun zaman sənə çətin gələn hər bir məsələni, “mənimlə belə rəftar etsələr xoşuma gələrdimi?” – meyarı ilə ölç. Əgər o davranış xoşuna gələrdisə, özünə istədiyini onlara istəmiş olarsan. Yox əgər səninlə belə rəftar edilməsini xoşlamasan, deməli, bu əzəmətli vacib qaydaya riayət etmirsən. 2

1. Müslim: Əmirlik № 1844. Nəsai: Beyət № 4191. Əhməd: 2/191.
2. Hədisin birinci cümləsində Allahın haqlarının, ikinci cümləsində isə, insanların haqlarının yerinə yetirilməsi nəzərdə tutulur. Allah daha doğrusunu bilir.


Xəbəri paylaş

8138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___