Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İntiqam-Qarabağ mövzusunda yazılmış Roman
Tarix: 28-03-2015 | Saat: 13:13
Bölmə:Karusel / Təhsil / M2 / Qarabağdan xəbər var / Həftə-Reytinq | çapa göndər

İntiqam-Qarabağ mövzusunda yazılmış Roman

SEÇIM AZADLIĞI

Təhlükə... Mən yaxşı bilirəm təhlükə nədir. Dəfələrlə onunla üz-üzə gəlmişəm. Qorxunun nə olduğunu yaxşı bilirəm, eləcə də cəsarəti də tanıyıram. Onlar eyni hadisənin iki əks qütbləridir. Təhlükə onları vahid müstəvi üzərinə çıxararaq, seçim imkanı verir. Seçim azad olsa da, hər kəs öz təbiətinə uyğun olana meyl göstərir.
Həyatda təsadüf olmur…
Alçaq insan heç bir zaman təhlükə anında ləyaqət nümayiş etdirə bilməz, həmçinin təhlükə zamanı alicənab insan onun ləyaqətini alçaldacaq addım atmır. Və odur ki, tale şıltaq zərini necə qoşalasa da, biz hadisələri təbiətimizə müvafiq qarşılayırıq.
Cəsarətin öz ahəngi var... bu ahəngin ritmini qabaqlayan insanları cəhalət zülməti öz ağuşuna alıb, vəhşətə və zorakılıqa, qəddarlıqa və insafsızlıqa sürükləyib aparır. Bu ahəngdən geri qalanları isə paxıllığa və alçaqlığa, yalana və satqınlığa gətirib çıxaran qorxaqlığ aqibəti gözləyir.
Cəsarət mərdlik nəbziylə döyünür. Bu, olduqca ciddi, mənəvi ritmdir. Bu çox ciddi bir ritmdir ki, şəxsiyyətdən qərəzsizlik və ədalət, qeyrət və ləyaqət, çılğınlıq və bəkarətli eşq, və... yüksək mənəvi ruh tələb edir.

HƏRBİ KOMİSSARLIQ

Bağda gəzişdikdən sonra İntiqam mərkəzi küçəyə çıxıb taksi saxladı. Sürücü maqnitofonun səsini azaldıb soruşdu:
−Hara gedirik qaqaş?
İntiqam −Hərbi kommisarlığa
−Baş üstə, otur.
Səhər İntiqama zəng edib, saat 12-də hərbi komissarlıqda olmasını xəbər vermişdilər. Bütün səhəri o, bu çağırışın səbəbini ürəyində götür-qoy edərək, nə üçün çağırdıqlarını təxmin etməyə çalışırdı.
Taksi sürücüsü deyəsən susmaq fikrində deyildi. Bəlkə də sadəcə maraqdan, bəlkə də öz əsgərlik sərgüzəştlərini yaddaşında canlandıraraq, bir kimsəylə bölüşmək üçün o İntiqamı söhbətə çəkməyə çalışırdı:
−Nədi qaqaş, könüllü gedirsən, yoxsa çağırışla?
İntiqam −Səncə necədi?
“Bakı Soveti” metrostansiyasının yanında taksi qırmızı işıqda dayandı. Sürücü siqaret yandıraraq diqqətlə İntiqama baxdı:
−Yox... o dəqiqə görünür ki, çağırışla gedirsən. Səksəninci illərin əvvəllərində mən Minskdə hərbi xidmətdə olmuşam, komendant taqımında. Mən çağırışçını uzaqdan tanıyaram, əsgərliyin də nə olduğunu beş barmağım kimi bilirəm. Ana uşaqları ali məktəblərdə oxuyanda biz hərbi xidmətdə idik. İntiqam gülümsədi:
−Aydındır. Bəs, indi necə? Bacarıqlarını göstərmək istəmirsən? Müharibə ki, hamı üçündür.
Ani olaraq sürücünün üzü dəyişdi, özündən razı təbəssümü səksəkəli qayğı əvəz etdi. Gözünü diqqətlə yola zilləyib barmaqları ilə əl əyləcini taqqıldatmağa başladı. Ola bilər ki, cavab vermək üçün daha münasib sözlər axtarırdı, bəlkə də sadəcə özünü sakitləşdirirdi, amma hər halda sual onu qəflətlə yaxalamışdı. Yanlarından ötüb keçən piyadaları baxışları ilə izləyərək, sanki sözləri güclə tələffüz edərək soruşdu:
− Yaxşı, de görüm sən evlisən?
İntiqam −Yox.
Sürücü − Hə... Görürsən, bəs ailə necə olsun, kim onların qayğısına qalacaq, kim dolandıracaq onları? Mən hələ ahıl valideyinlərimi demirəm. Deyək ki, üzümə ələk tutub onları bacımgilə apardım. Bəs arvad-uşaq, onları neyləyəcəm, onları kimin ümüdinə qoyum gedim? Bilirsən, indi əvvəlki zəmanə deyil, tək təqaüd və ya maaşla dolanmaq olmur. Gündə on səkkiz, hərdən isə iyirmi saat sükan arxasında can qoyuram. Axşamlar isə gecə barlarının qarşısında müştəri gözləyə-gözləyə elə maşındaca mürgüləyirəm.. O dee, qonşum qayıdıb müharibədən böyründən yaralı, üstəlik bədənində qəlpə əlindən salamat yer qalmayıb. Atası əl açıb bütün qohumlarından müalicəsinə pul yığırdı, hələ mən demirəm ki, bundan belə ailəsinə ancaq yük olacaq...
Hə, qardaş, belə-belə işlər...
Taksi hərbi komissarlığın qarşısında dayandı.
Sürücü – Özündən muğayat ol, sağ-salamat qayıdasan. Qismət olar görüşəriksə, bütün şəhəri havayı gəzdirərəm səni.
ARDI VAR...

Müəllif: Əli Mədət


Xəbəri paylaş

1 4248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___