Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
MTN-nin tutduğu “İŞİD”çi gənclərin məhkəməsi başladı
Tarix: 29-09-2015 | Saat: 14:08
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

MTN-nin tutduğu “İŞİD”çi gənclərin məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "İŞİD"in tərkibində döyüşməkdə təqsirləndirilən Bəkirov Telman və Tahirov Mübarizin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası olub.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyinin bu ilin aprel ayında ə keçirdiyi əməliyyatla saxlanılan 1988-ci il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu və 1990-cı il təvəllüdlü Tahirov Mübariz Əmən oğlu 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən "İŞİD" terrorçu təşkilatının fəaliyyətində iştirak ediblər.


Xəbəri paylaş

5978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___