Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polis bölməsində döyülən şəxs dünyasını dəyişdi
Tarix: 29-09-2015 | Saat: 00:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Polis bölməsində döyülən şəxs dünyasını dəyişdi
Bəzi KİV-lər Sabunçu rayonu 12-ci polis bölməsində Kəlbəcər köçkünü və şəhid ailəsinin üzvü olan bir nəfərin döyüldüyünü və xəstəxanada öldüyünü xəbər verirlər.

Sabunçu Rayon Xəstəxanasının travmatologiya şöbəsinin adını demək istəməyən əməkdaşı AzadlıqRadiisuna ötən şənbə günü Şaiq Sadıqov adlı bir nəfərin xəstəxanada əməliyyat olunduğunu, amma ertəsi gün keçindiyini bildirib.

Şöbədən verilən məlumata görə, həmin şəxsə baş beyin əzilməsi, boyundaxili hematoma diaqnozu qoyulub: “Anasının xəstəxanada dediyinə görə, onu Sabunçu rayonu 12-ci polis bölməsində döyüblər.”


Sabunçu rayon 12-ci polis bölməsinin növbətçi hissəsindən kapitan Dadaşov AzadlıqRadiosuna bildirib ki, həqiqətən bölməyə bir nəfər çağrılıb (kapitan onun adının deyəsən Şaiq Sadıqov olduğunu dedi), dindirilib və qeydiyyata alınıb:

“Amma onu heç kəs döyməyib. Bura biz yüz adam çağırıb dindiririk. Adi qaydada evinə buraxılıb və sonradan qohumunun yanında qəflətən halı pisləşib, yəqin hansısa xətəliyi olub, xəstəxanaya aparıblar və orada vəfat edib”.

Amma kapitan Dadaşov həmin şəxsin bölməyə hansı məsələ ilə bağlı çağrıldığından xəbərsiz olduğunu deyib.

Bir qədər sonra yenidən bölmə ilə əlaqə saxlamağımızı və bu barədə dəqiq məlumat verə biləcəyini deyib.

Ölənin ailəsi ilə də əlaqə saxlamağa çalışırıq.

(azadliq.org)


Xəbəri paylaş

7148 dəfə oxunub.

Digər xəbərlər
14-07-2016, 11:56 Pişik Günelə ağır itki

bütün xəbərlər
____ Instagram ___