PKK-nın gizli sirləri açıldı
Tarix: 28-09-2015 | Saat: 01:56
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Türkiyə xüsusi xidmət orqanları PKK terror qruplaşmasının şəhər təşkilatının fəaliyyəti barədə və qruplaşmanın maliyyə mənbələri barədə hesabat hazırlayıb. Hesabat qruplaşmadan ayrılaraq təhlükəsizlik orqanlarına təslim olan terrorçuların verdiyi məlumat əsasında hazırlanıb.
Hesabatda, şəhərlərdəki insidentlərdə istifadə olunmaq üçün təşkilatlara 200 ədəd tüfəng, “Kalaşnikov” avtomatı və tank əleyhinə mina göndərildiyi bildirilib. Silahlar Şırnakın rayonlarından birindəki bəzi evlərə yığılıb. Silahların şəhərlərdəki terrorçulara paylanması planlaşdırılır.
Həmçinin hesabatda, terror qruplaşmasının Türkiyə Silahlı Qüvvələri (TSK) hərbi hava donanmasına aid qırıcılardan qorunmaq üçün xüsusi bir tədbir gördüyü bildirilir. Belə ki, hərbi hava bazalarını nəzarətdə saxlayaraq qırıcıların havaya qalxmasını Kandilə xəbər verən xüsusi dəstələrin olduğu qeyd edilib.
Bundan başqa bildirilir ki, qruplaşmanın ölkə daxilində və sərhəddən kənar ərazilərdə bombardımandan qorunmaq üçün hazırladığı beton sığınacaqlar TSK-nın istifadə etdiyi xüsusi smart-bombaların qarşısında aciz qalır.
Terror təşkilatının finans mənbəyi barədə isə bildirilir ki, qruplaşma üzvləri regionda yaşayan biznesmen və sərhəddənkənar qaçaqmalçılıqla məşğul olanlardan vergi adı altında xərac toplayır. Müəyyən olunan miqdarı verməyənlər isə iki qatını ödəməyə məcbur edilirlər.
Ötən gün isə Bingöl vilayətinin yaxınlığında terrorçularla təhlükəsizlik qüvvələri arasında baş vermiş atışmada 4 terrorçu məhv edilib. Ölən terrorçuların üstündən helikopter əleyhinə “Zargos” adlı snayper aşkarlanıb. Türkiyədə olmayan bu silahdan əsasən ABŞ ordusunun istifadə etdiyi bildirilir.
Həmçinin ötən gün Tuncelinin Çiçəkli kəndi yaxınlığında TSK ilə terrorçular arasında baş vermişatışmada bir mayor ağır yaralanıb. Xəstəxanaya çatdırılan mayor Yavuz Sonat Gözəlin həyatını xilas etmək mümkün olmayıb.
Xəbəri paylaş
6998 dəfə oxunub.
Digər xəbərlər

28-05-2022, 10:54
Azərbaycanda dəhşətli hadisə: Yaşlı qadın yanaraq öldü
19-10-2016, 16:46
Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb
17-06-2017, 13:30
Hər gün 2-3 ədəd zeytun çəyirdəyi udmağın FAYDALARI - FOTOLAR
8-05-2023, 13:57
"Trendyol"dan sifarişlərdə nə dəyişib? - Hansı geyimlər Azərbaycana göndərilməyəcək? - VİDEO
14-12-2016, 20:16
Büdcənin icrasında 962 milyon manatlıq kəsir yaranıb
29-11-2016, 16:51
Kişilər bu qidaları mütləq yesinlər - SİYAHI
16-04-2015, 00:23
Goranboyda yaşayan birinci qrup əlil görənləri heyrətə gətirir.
10-02-2016, 10:38
Bakıda iki uşaq anası doğuşdan sonra ölüb - FOTO
16-08-2017, 12:13
Dahilərin qeyri-adi və əzablı xəstəlikləri – MARAQLI