Türkiyədə gəmi batdı: 17 ölü
Tarix: 28-09-2015 | Saat: 00:31
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Türkiyədən Yunanıstan sahillərinə üz tutan qayığın dənizdə batması nəticəsində 17 miqrant həlak olub.
Türkiyə mediasının məlumatına əsasən, həlak olanların hamısı suriyalılar olub. Ölənlər arasında 5 nəfər qadın və 5 nəfər uşaq olub.
“Doğan” agentliyinin məlumatına görə, qayıq batmağa başlayanda insanlar qaldıqları kayutu vaxtında tərk edə bilməyiblər. Qayıqda olanlardan 20 nəfər xilasedici gödəkcələr hesabına xilas ola bilib.
Batan qayıq, güman edildiyinə görə, sahilyanı Gümüşlük qəsəbəsi yaxınlığından yola düşüb. Həmin yer Türkiyənin Bodrum kurortunun yaxınlığında yerləşir.
Bu yaxınlarda Alan Kürdi adlı 3 yaşlı suriyalı qaçqın uşağın cəsədi məhz həmin ərazidə aşkar edilmişdi. Onun ölümü dünya mətbuatınta geniş rezonansa səbəb oldu.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, bu ilin əvvəlindən Yunanıstana 300 min miqrant və qaçqın gəlib. Onların əsasən Türkiyənin Egey dənizi sahilindən yola çıxdığı qeyd olunur.
Xəbəri paylaş
6388 dəfə oxunub.
Digər xəbərlər

14-09-2019, 09:57
Azərbaycanlı boksçu peşəkar rinqdə ilk qələbəsini qazandı
6-02-2021, 11:19
Azərbaycanla Ermənistan arasında yeni savaş başlayır
5-01-2020, 11:03
Bakıda dörd maşın TOQQUŞDU - Xəsarət alan var
8-05-2016, 14:04
Ərinə 100 minlik qol saatı aldı - Foto
11-07-2023, 11:31
Bu sürücüləri böyük məbləğdə cərimə gözləyir - VİDEO
4-07-2016, 10:38
Tanınmış aktrisamız "Kara Sevda"nın Nihanı ilə - FOTO
11-05-2020, 20:17
Artıq bu ailələr də sosial yardım ala biləcək - Siyahı genişləndirilir
13-05-2022, 09:54
DİN-dən jurnalistin hədələnməsi ilə bağlı AÇIQLAMA: “Şübhəli görüntülər ona təqdim olunub”