Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Maldan kifayət qədər götürmək
Tarix: 12-03-2015 | Saat: 10:40
Bölmə:Karusel / İbadət | çapa göndər

Maldan kifayət qədər götürmək
Aişə (r) demişdir: “Əbu Süfyanın arvadı Hind bint Utbə Rəsulullahın (s) yanına gələrək dedi: “Ey Allahın elçisi, Əbu Süfyan simic bir kişidir. Mənə və uşaqlarıma yetərincə xərclik vermir. Mən də ondan xəbərsiz malından götürürəm. Buna görə mən günah daşıyırammı?” Rəsulullah (s) buyurdu: “Onun malından adətə görə sənə və uşaqlarına kifayət edəcək qədər götür.” Buxari və Müslim rəvayət etmişlər. 1

«Hədisin şərhi»

Alimlər bu hədisdən çoxlu fiqhi hökmlər götürmüşlər. Onlardan bəzilərinə işarə edəcəyəm.

Hədisə görə fitva alan və zülm edilən adam qarşı tərəf barədə açıq şəkildə danışa bilər və bu haram sayılan qeybətdən sayılmır. Bu, qeybətin istisna edildiyi yerlərdən biridir. Alimlər hamılıqla bildirmişlər ki, ehtiyac duyularsa, başqası haqqında danışmaq olar. Haram olan qeybət, qardaşını onun xoşuna gəlməyən tərzdə xatırlamandır. Qeyd etdiyimiz halda, xüsusi yaxud ümumi məsələ ilə bağlı nəsihət alınması lazım gəldikdə və ya insanın yalnız müəyyən ləqəblə tanındığı vəziyyətdə əgər buna ehtiyac olarsa, məqsədə çatılası qədər icazəli sayılar.

Bu hədisə əsasən, uşaqların təminatlarının ödənilməsi ata üçün vacibdir və bu, ona aiddir. Nə ana, nə də qeyrisi bu işdə onunla şərik deyil.

Hədisə görə kişinin öz zövcəsinə malından xərcləməsi vacib sayılır. Bunun miqdarı isə, kifayət edəcək miqdardır. Çünki Rəsulullah (s) buyurmuşdur: “Onun malından adətə görə sənə və uşaqlarına kifayət edəcək qədər götür.” Kifayət edəcək miqdar adət edilən qədər xərclənməsidir. Bu, insanların vəziyyətlərinə görədir. Belə ki, burada zaman, məkan, asanlıq və çətinlik nəzərə alınmalıdır. Həmçinin hədisə əsasən, mülkündən xərcləməli olan şəxs buna tamamilə və ya qismən imtina edərsə və ya simiclik edərsə, xərclik veriləsi adam onun malından xəbərsiz olsa belə götürə bilər. Çünki səbəb aydındır. Bu hal, xəyanət sayılmır və Rəsulullahın (s): “Sənə xəyanət edənə sən xəyanət etmə.” 2 kəlamına daxil edilmir.

Haqqı çatanın maldan, yiyəsinin xəbəri olmadan haqqı çatdığı qədər götürə bilməsi orta mövqeli düzgün rəydir. İmam Əhmədin məzhəbinin məşhur rəyinə əsasən, belə işlərə icazə verilmir. Yalnız səbəb aşkar olduqda bu, müstəsna hal sayıla bilir. Məsələn, zövcəyə, uşaqlara, qullara və digərlərinə xərclənən vəsaitlər.

Həmçinin hədisə görə hər hansı bir iş həvalə olunmuş şəxs, müəyyən bir məbləği təyin etməli olarsa, onun bu qərarı ilə razılaşmaq lazımdır. Çünki ona etibar edilir və onun bu məsələdə səlahiyyəti var.

Hədisə görə məsul şəxs, fitva alan adamın doğru danışdığını zənn edirsə, qarşı tərəfin gəlməsini tələb etməyə bilər. Xüsusən də onun gəlməsində fəsad varsa, buna ehtiyac duyulmaz. Necə ki, burada belə olmuşdur. Əgər Əbu Süfyan bu şikayətlə bağlı gəlsəydi, onunla zövcəsi arasında xoşagəlməz hadisə (mübahisə, boşanma və s.) baş verə bilərdi.

Lakin bu, üçüncü şəxslə bağlı şahidlik edilməsinə dəlil sayıla bilməz. Çünki məhkəmə deyildir. Burada fitva alınır. Allah daha doğrusunu bilir.

1. Buxari: Xərclənənlər № 5049. Müslim: Hökmlər № 1714. Nəsai: Hakimliyin ədəbləri № 5420. Əbu Davud: Satış № 3532. İbn Macə: Ticarət № 2293. Əhməd: 6/206. Darimi: Nikah № 2259.
2. Tirmizi: Alış-veriş № 1264. Əbu Davud: Alış-veriş № 3535. Darimi: Alış-veriş № 2597. Əlbani hədisin səhih olduğunu bildirmişdir.


Xəbəri paylaş

8228 dəfə oxunub.

Digər xəbərlər
21-07-2015, 01:05 İranda daşqın: 11 ölü

bütün xəbərlər
____ Instagram ___