Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tanınmışların ilk peşəsi nə olub
Tarix: 27-03-2015 | Saat: 19:12
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Tanınmışların ilk peşəsi nə olub
Müğənni Deniz Seki əvvəl satıcı işləyib.

Uşaq vaxtı qoyun otaran Rafet El Roman sonra Almaniyaya gedərək burda müəzzinlik edib.

"Recep İvedik" kimi tanınan Şahan Gökbakar "Çoçuklar duymasın" teleserialında oynamaq istəyirmiş, amma qəbul etməyiblər. Burda pizza satan adamı oynayacaqmış. İllər sonra serialın prodüseri Birol Güvenə bu hadisəni xatırladıb.

Ebru Gündeş dərzi işləyərək dolanırmış.

Aktyor Fikret Kuşkan əvvəl bazarda işləyib, alt-paltarları satıb.

Türk kinosunun usta aktyoru Cüneyt Arkın ixtisasca həkimdir. Amma ağ xalatı ancaq filmlərdə geyinib.

"Muhteşem yüzyıl" serialından tanınan Meryem Üzerli 1990-cı illərdə Türkiyədə kastinq şirkətində qeydiyyatdan keçib və motor yağı reklamında 2 saniyəlik rolu olub. Reklamda avtostop çəkən qız, yük maşını sürücüsünün yanında 2 saniyəlik görünür.

Sibel Can uşaq olanda tanışlarının toxuculuq fabrikində işləyib.

Halit Ergenç gənc yaşlarında qara bazarda bilet satıb. Təhlükəsizlik xidmətində, həmçinin, kinoteatrda camaata yer göstərən də işləyib.

Seda Sayan gecəqonduda yaşayanda qaçaq yollarla gətirilən mallardan satıb.

Teoman atasını itirdikdən sonra həyatın çətinliklərinə sinə gəlmək üçün oxuduğu universitetin yeməkxanasından şüşələri yığıb satarmış.

Murat Boz isə illər əvvəl Nil Karahibrahimgilin klipində oynayıb. Klipdə Nilin dırnaqlarına boya çəkir və gitarada çalır.

Tarık Akan isə hündürboylu olduğuna görə cangüdən işləyib.

Nejat İşler teatr binasının qabağında kitab satırmış.

İbrahim Tatlıses inşaatda işləyib.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___