Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya İŞİD-i bombalamağa hazırdır
Tarix: 26-09-2015 | Saat: 12:47
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Rusiya İŞİD-i bombalamağa hazırdır
“Bunun üçün heç bir maneə yoxdur”.

Moskva, prezident Bəşər Əsədin ordusuna dəstək və “İslam dövləti”nin, eləcə də digər qruplaşmaların hücumunun qarşısını almaq üçün istənilən an Suriyaya aviazərbələr endirməyə hazırdır.

Bu barədə Amerika kəşfiyyatına istinadən Los Angeles Times yazıb.

Aviazərbələrin endirilməsinə 28 qırıcı və hücum təyyarəsi cəlb edilə bilər, onlar Suriyanın Latakiya əyalətinə gizli olaraq ötürülüb, nəşr iddia edir.

Kəşfiyyatın məlumatına əsasən, Suriyaya 12 qırıcı-bombardmançı Su-24, eyni sayda Su-25 hücum və dörd Su-30 qırıcı təyyarə aparılıb.

Vaşinqtondakı mənbələr bildirib ki, təyyarələr Suriyaya yerləşdiyi məkanı təyinetmə cihazı - transporderləri söndürülmüş halda gətirilib.

Los Angeles Times yazır ki, təyyarələr Suriyaya Rusiyanın, İran və İraq üzərində kommersiya hava dəhlizindən istifadə edən nəqliyyat təyyarələri An-124-ün müşayiəti ilə gətirilib.

“Reaktiv təyyarələr istənilən an aviazərbə endirməyə hazırdırlar, hal-hazırda bunun üçün heç bir maneə yoxdur”, - Amerika kəşfiyyatına yaxın mənbə bildirib.


Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___