Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Volqoqradda azərbaycanlının toyda güllələdiyi adam məşhur idmançıdır – FOTO + VİDEO
Tarix: 21-09-2015 | Saat: 21:45
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Volqoqradda azərbaycanlının toyda güllələdiyi adam məşhur idmançıdır – FOTO + VİDEO
“Onun gözəl gələcəyi var idi”.

Məşhur Volqoqrad idmançısının həyatına keçən gecə dostlarıyla bərabər taksi sürücüsü ilə mübahisədə son qoyuldu.

Yan dostunun toyunda şahid idi, o, altı dostu ilə bərabər sərxoş halda taksi çağırıb evə yollanıb.

Gecə saat 3-ə yaxın onların dalınca maşın gəlib. Amma sürücü yeddi sərxoş adama maşına əyləşməyə icazə verməyib.

Bəy cibindən travmatik tapança çıxarıb və sürücünü hədələyib. Azərbaycanlı olan sürücü Vəliyev qardaşını çağırıb, qardaşı isə Makarov tapançası ilə gəlib.

Əsəbiləşən qardaşlar oğlanlara atəş açıblar.

Güllələrdən biri Yan Klyuşinin boğazına dəyib, aldığı yaradan o, yerindəcə keçinib. Daha beş oğlan əl və ayaq nahiyələrindən yaralar alıblar.

Yan Klyuşin MMA və Mix Fight döyüşlərində dəfələrlə çempion olub. O, “İmperiya” klubunda məktəblilərin məşqçisi idi.

“Çox istedadlı oğlan idi. Müxtəlif səviyyəli yarışlarda dəfələrlə qalib olub. Onun gözəl gələcəyi var idi. O, qüvvəsinin qiymətini bilirdi və heç bir zaman onu elə belə tətbiq etməzdi. Davada cavab verə bilərdi, amma görünür ki, birinci ən güclünü və ən təhlükəlini vurublar”, - Yanın “İmperiya” klubundakı həmkarları bildiriblər.oxu.az
Yanın dostları Samvel Yegiazaryan, İqor Oparin, Nikolay Oparin xəstəxanadadırlar.



[media=https://youtu.be/Xc4E25hOoe8]


Xəbəri paylaş

5838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___