Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hindistanda içkili kişini diri-diri “asfaltladılar”
Tarix: 21-09-2015 | Saat: 20:54
Bölmə:Karusel / Dünya / Fotogalereya | çapa göndər

Hindistanda içkili kişini diri-diri “asfaltladılar”
Onun cəsədini yerli sakinlər tapıblar.

Hindistanda içkili kişinin üstündən asfalt çəkiblər.
45 yaşlı Latori Barman arvadı ilə yarmarkaya gedib. Alış-verış edəndən sonra Barmanın arvadı yaxınlıqda yaşayan öz atasının evinə gedib, Latori isə doğma Kxadra kəndinə qayıtmağı qərara alıb.

İçkili vəziyyətdə olan kişi yolu keçərkən, təmir işlərinin aparılmasını görməyib və quyuya düşərək huşunu itirib.

Səhər isə işlərini davam etdirən fəhlələr quyuda adamın olmasını görməyərək onu ərmiş bitumla doldurublar, sonra isə asfaltbasan maşınla təmir edilmiş sahəni hamarlayıblar.

Hadisənin üstü isə yerli sakinlərin kişinin asfaltdan çıxan əlinin tapmasından sonra açılıb. Latori Barmanı dəfn edəndən sonra, sakinlər günahkarların cəzalnmasını tələb edərək, şosseni bağlayıblar.

Sakinlər yolun təmir olunan hissəsində heç-bir xəbərdarlıq işarəsinin olmamasından şikayət ediblər.

Polisdən bildiriblər ki, afaltbasan maşının sürücüsü və quyunu bitumla dolduran fəhlə artıq həbs ediliblər.

Təmir işlərini aparan şirkətin rəhbəriliyi Barmanın ailəsinə 50 min rupi (760 ABŞ dolları) məbləğində kompensasiya ödəyəcəyinə söz verib.Oxu.Az


Xəbəri paylaş

6748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___