Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağda döyüş: Düşmən hücuma keçdi
Tarix: 12-03-2015 | Saat: 10:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qarabağda döyüş: Düşmən hücuma keçdi
Ordumuz şəhid verib.

Martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.

Şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub.

Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Bu barədə Xeberaz.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidimizin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


Xəbəri paylaş

7488 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___