Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Firdovsi Umudov: Rio bizə qalibiyyət yaşadacaq - FOTO
Tarix: 19-09-2015 | Saat: 18:47
Bölmə:Karusel / İdman / M2 | çapa göndər

Firdovsi Umudov: Rio bizə qalibiyyət yaşadacaq - FOTO
“Azərbaycan mənim üçün müqəddəsdir”.

ABŞ-ın Las-Veqas şəhərində keçirilən güləş üzrə Dünya Çempionatına yekun vuruldu. Turnir milli komandamız üçün çox uğurlu oldu və güləşçilərimiz gələn il Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına 11 lisenziya qazandılar.

Sərbəst güləş üzrə Azərbaycan yığmasının böyük məşqçisi Firdovsi Umudov Oxu.Az-a müsahibəsində builki Dünya Çempionatının çox yüksək səviyyədə təşkil olunduğunu bildirib.

“Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığından həm iştirakçıların sayı, həm də gücü baxımından çempionatda rəqabət çox böyük idi. Hər çəki dərəcəsində təqribən 50 idmançı mübarizə aparırdı. Yəni, idmançı artıq 4 görüşdə qalib gəlib növbəti mərhələyə adlamalı idi ki, o Braziliyaya lisenziya qazansın.

İdmançılarımızın fiziki hazırlığı psixoloji durumu yerində idi bütün bunlar isə sözsüz ki, idmançılarda həm fiziki hazırlıq səviyyəsinin, həm də dözümlülük, psixoloji durumun yüksək olmasını tələb edirdi. Elə bu səbəbdən də komandamız DÇ-yə çox ciddi hazırlaşmışdı”, - Firdovsi Umudov qeyd edib.

Məşqçi yığma komandanın tərkibini Bakıda keçirilən ilk Avropa Oyunlarından sonra müəyyən edildiyini bildirib.

“Bakıda keçirilən ilk Avropa Oyunlarında idmançılarımızın parlaq qələbələrindən sonra təlim-məşq toplanışlarında iştirak etdik, yığma komandanın tərkibini müəyyən etdik. Bildiyiniz kimi, ABŞ-la bizim həm saat , həm də iqlim şəraiti çox fərqlidir. Odur ki, Güləş Federasiyasının rəhbərliyi istəyimizi nəzərə alaraq, yerli mühitə uyğunlaşmaq məqsədilə bir neçə gün öncədən ABŞ-a səfər etməyimizə şərait yaratdı. Bu,əslində idmançılarımızın yarışlara hazırlığına da çox müsbət təsir etdi”.

Firdovsi Umudov ümumilikdə güləşçilərimizin DÇ-dakı çıxışını uğurlu hesab edib.

“Yığma komandamızın üzvləri DÇ-də 8 medal: 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazandılar. Bunlardan 3-ü sərbəst güləşçilərimizin payına düşdü. Belə ki, Hacı Əliyev (61 kq) qızıl, Cəmaləddin Məhəmmədov (125 kq) gümüş, Xetaq Qazyumov (97 kq) isə bürünc medala sahib oldu. Bundan əlavə, Toğrul Əsgərov (65 kq) və Məhəmmədhacı Xatiyev (86 kq) də ilk beşliyə düşdükləri üçün Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə etdilər. Ümumilikdə isə güləşçilərimiz bu çempionatda Olimpiya Oyunlarına 11 lisenziya qazanmış oldular.

Hacı Əliyevi xüsusi olaraq qeyd etmək istərdim. O Azərbaycanın güləş tarixində yeni bir səhifə açdı. İndiyədək ölkəmizdə ikiqat dünya çempionu adına layiq görülmüş sərbəst güləşçimiz olmayıb.

O, bu rekorda imza atmış oldu. Digər güləşçimiz Toğrul Əsgərov isə hakimlərin qeyri-obyektibliyi ucbatından medallar uğrunda mübarizəni dayandırmalı oldu. Komandanın digər üzvlərindən Ruslan Dibirhaçıyev (70 kq) və Cəbrayıl Həsənov(74 kq) da öz potensial imkanlarından aşağı səviyyədə çıxış etdilər.

Ümumilikdə götürdükdə isə, komandanın DÇ-da göstərdiyi nəticəni qənaətbəxş hesab etmək olar. Belə ki, bu çempionatda Braziliyaya qazanılan lisenziyaların sayına görə Azərbaycan yığması Rusiyadan sonra ikinci oldu. Bu da ölkəmiz üçün böyük nailiyyətdir.

Mən öz vətənimin vurğunuyam baxmayaraqki məni çox yerdən dəvət ediblər amma hər zaman bir söz deyirəm Azərbaycan mənim üçün müqəddəsdir öz bayrağımı dalğalandırmaqdan şərəf duyuram.

Rioda isə güləşçilərimizdən sağlam rəqabət və qalibiyyət gözləyirəm”, - məşqçi deyib.




Xəbəri paylaş

1 7678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___