Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ana fəryadı: “Övladımı götürün, mən qayıdım”
Tarix: 18-09-2015 | Saat: 01:24
Bölmə:Karusel / Dünya / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Ana fəryadı: “Övladımı götürün, mən qayıdım”
Ana səhifə 12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz övladlarımız üçün Avropanı istəyirik.

Xəbəraz.az Axar.az-a istinad xəbər verir ki, bunu Suriyadan gələn, Macarıstan sərhədində gecələyən ingilis dili müəlliməsi “Skay Nyus”un müxbirinə müsahibə verərkən söyləyib. Miqrant qadın sərhəddə vəziyyətin hər keçən gün daha da pisləşdiyini bildirib. Onun sözlərinə görə, miqrantlar Macarıstan sərhədində bir neçə gün də gözləsələr öləcəklər:

“Biz sadəcə Macarıstan sərhədini keçərək daha təhlükəsiz ölkələrə getmək istəyirik. Bizim bütün istəyimiz bundan ibarətdir. Bura çox soyuqdur, bizim əlavə paltarımız yoxdur. Mənim uşağım da var. Amma hər halda biz qapılar açılana kimi gözləməyi planlaşdırmışıq. Əgər onlar bizi qəbul etmək istəmirlərsə, heç olmasa, uşaqlarımızı götürsünlər. Mənim uşağımı götürün, Almaniya və ya istənilən təhlükəsiz ölkəyə aparın. Mən ora uşağıma görə getmək istəyirəm, özümə görə yox. Sonra mən yenidən Suriyaya qayıdacağam. Mənim gəldiyim yerdə heç nə yoxdur. Nə ərzaq, nə çörək, heç nə. Orada müharibə gedir. Biz Macarıstanda qalmaq istəmirik, biz sadəcə olaraq bu sərhədi keçib təhlükəsiz ölkələrə gedib, işləmək istəyirik. Biz bir neçə gün də gözləsək, öləcəyik”.

Qadının bu çıxışı tezliklə bütün sosial şəbəkələrdə ən çox baxılan videoya çevrilib. Axar.az həmin videonu təqdim edir.
[media=https://youtu.be/AXa-UqR98Oo]


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___