Orduda ölmüş ermənilərin valideynləri etiraz aksiyası keçiriblər
Tarix: 26-03-2015 | Saat: 17:50
Bölmə:Karusel / Dünya / Foto-fakt | çapa göndər
Müdafiə naziri Seyran Ohanyanın əleyhinə şüarlar bə bəyanatlar səsləndirib.
Bu gün orduda ölmüş hərbi qulluqçularının valideynləri Ermənistan Prezident Administrasiyasının qarşısında aksiya keçiriblər.
Xeberaz.az -ın APA-ya istinadən verdiyi xəbərə görə, etirazçılar Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əleyhinə şüarlar bə bəyanatlar səsləndirib, övladlarının ölüm səbəbini onlara açıqlanmasını tələb ediblər.
Əsgər valideynləri Seyran Ohanyanın könüllü olaraq Azərbaycan tərəfə keçmiş erməni hərbçi Andranik Qriqoryanın ailəsini və valideynlərini ittiham etməsinə qəzəblərini ifadə ediblər. Onlar Ohanyanı orduda nizam-intizam yaratmağa, hərc-mərcliyi aradan qaldırmağa, əsgərləri yeməklə və geyimlə təmin etməyə çağırıblar.
Övladını qeyri-döyüş şəraitində itirmiş İrina Qazaryan deyib ki, ordudakı qətllərə, intiharlara, zorlamalara görə əsgərin ailəsini ittiham etmək Ermənistan Müdafiə Nazirliyinin məşhur üsuludur: “Öldürürlər-ailə günahkar olur, zorlayırlar- yenə ailə günahkardır. Qriqoryan niyə orduda xidmətə qədər Azərbaycan tərəfə keçmədi? Niyə məhz orduda xidmət edəndə belə addım atdı? Əgər Müdafiə Nazirliyi, həqiqətən, belə düşünürsə, niyə onlar qabaqcadan çağırışçının ailə vəziyyətini yoxlamırlar?”
İrina Qazaryan deyib ki, indi onsuz da Qriqoryanın ailəsi çətin vəziyyətdədir, Ohanyan bu bəyanatı ilə onların vəziyyətini daha da çətinləşdirir.
Nana Muradyan isə leytenant Artak Nazaryanın qətlindən danışıb: “Biz o hadisəni unutmadıq. O leytenant idi, amma bu, onu qorumadı. İşi ədalətli aparmadılar və onun ölüm səbəbini hələ də bilmirik".
Xəbəri paylaş
6568 dəfə oxunub.
Digər xəbərlər

16-11-2017, 12:24
Azərbaycan əhalisinin sayı açıqlanıb
13-07-2016, 22:15
ABŞ kəşfiyyatından MÜHARİBƏ ANONSU: “Bakı bunu qəbul etməyəcək və...”
19-11-2015, 13:05
Bel ağrılarından qurtulmaq üçün bunları edin
4-05-2017, 11:33
Sünnət vaxtı ölən 5 yaşlı Kənanla bağlı İNSANI SARSIDAN FAKTLAR
2-09-2015, 13:39
İcra başçısı bu qıza avtomobil hədiyyə etdi – FOTO + VİDEO
19-02-2017, 14:29
Dünyanın ən riskli şəkillərini çəkdirən qız - FOTOLAR
2-01-2018, 12:49
Qeyri-sabit hava şəraiti davam edəcək
14-10-2016, 14:41
Masaj salonunda BƏDBƏXT hadisə
28-06-2022, 11:53
Dəhşətli intihar: Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı - FOTO