Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda 15 yaşlı qız beş gündür itkin düşüb
Tarix: 06-09-2015 | Saat: 16:36
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bakıda 15 yaşlı qız beş gündür itkin düşüb
“Axtarışın aparılmasını hiss etmirik”.

Bakıda 15 yaşlı qız beş gündür itkin düşüb.

Xəbəraz.az xəbər verir ki, bu barədə məlumatı azadinform-a itkin düşən Muxtarova Kəmalənin atası Elçin Muxtarov verib.

Elçin Muxtarov bildirib ki, sentyabrın 2-də, saat 13:15 iradələrində evdən çıxan qızı Kamalə Muxtarova bir daha geri qayıtmayıb:

“Qızımı sonuncu dəfə yaşadığımız binanın həyətində görüblər və o qonşu qızlara telefon nömrəsini dəyişəcəyini, sonra isə bacısıgilə gedəcəyini söyləyib, amma bacısıgilə gedib çıxmayıb. Günün sonunda isə onun telefonuna zəng çatmayıb”.

K.Muxtarovanın atası Bakı şəhər Baş Polis İdarəsinə və 23-cü Polis Bölməsinə müraciət etdiklərini söyləyir: “Aradan beş gün keçsə də qızımdan xəbər yoxdur. Polis bizə heç bir informasiya vermir və harada axtardıqlarını da demirlər. Daha doğrusu axtarışın aparılmasını hiss etmirik”.

Qeyd edək ki, əslən Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən olan Muxtarovlar ailəsi hazırda Keşlə Dəmiryol Yataqxanasında məskunlaşıblar.


Xəbəri paylaş

7878 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___