Bakıda yeni marşrut xətti istifadəyə verildi
Tarix: 06-09-2015 | Saat: 11:57
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Avtobusların hərəkət cədvəli səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir.
“BakuBus” MMC bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində yeni 1 nömrəli sərnişin avtobus marşrut xəttini istifadəyə verib.
Xəbəraz.az xəbər verir ki, Fransa istehsalı olan “İveco” avtobuslar 1 saylı xətt üzrə 28 may metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçir və Koroğlu metro stansiyasına hərəkət edir. Uzunluğu 17,7 km olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət cədvəli səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir.
“BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. BakıKart vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni BakıKart terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər BakıKart loqosu olan məntəqələrdən əldə etmək olar.
Dövriyyədə iki növ BakıKart ödəniş kartları – məhdud istifadə üçün kağız BakıKartları və daimi istifadə üçün plastik BakıKartları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.
BakıKartla bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.
Xəbəri paylaş
1 5328 dəfə oxunub.
Digər xəbərlər

6-01-2017, 00:08
"Kara Sevda"nın "Zeyneb"inin əkiz bacısı - FOTO
3-07-2015, 15:10
Uşağına o adı qoyana - 10 min dollar
26-02-2018, 14:11
Qonşular arasında kütləvi dava - 2 nəfər bıçaqlandı
28-04-2016, 22:21
Rusiyada azərbaycanlılar və dağıstanlılar arasında atışma - FOTO
29-05-2016, 14:43
Samira ilə Rihannanı nə birləşdirir? - video
7-06-2016, 12:17
Nardaran sakini silahını polisə verdi
21-02-2017, 12:57
Dünya bu görüntülərdən danışır - Sadəcə ağzı və burnu görünürdü - VİDEO