Əli və Nino dağıdıldı- FOTO
Tarix: 27-08-2015 | Saat: 20:51
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
Gürcüstanın Batumi şəhərində azərbaycanlı gənclə gürcü qızın məhəbbətindən bəhs edən qeyri-adi və maraqlı "Əli və Nino" heykəli dağıdılıb.
Xəbəraz-ın anspress-ə istinadən məlumatına görə, bu haqda Odessa qubernatoru Mixail Saakaşvili öz "Facebook" səhifəsində xəbər yayıb.
“Bu gün Batumidə, Rusiya oliqarxı İvanişvilinin sayəsində Əli və Ninonun hərəkət edən heykəli dağıdılıb”, - deyə keçmiş prezident bildirib.
2010-cü ilin sonlarında ucaldılan abidə sevgiyə həsr edilib. Əvvəllər heykəlin adı "Kişi və qadın" olsa da sonradan "Sevgi" ilə əvəz edilib. Qeyri-adi əsərin müəllifi isə heykəltaraş Tamara Kvesitadzedir.
Abidə hərəkət edən iki insan heykəlindən ibarətdir. Bütün konstruksiya metaldan ibarətdir. Abidənin hündürlüyü 7 metrdir (platformasız). Bir-birindən aralı olan metal konstruksiyalı qadın və kişi heykəli hər 8-10 dəqiqədən bir birləşir. Heykəllər spiralvari quruluş sayəsində asanlıqla qovuşaraq bir tam əmələ gətirirlər.
Heykəlin müəllifinin sözlərinə görə, onun ilham mənbəyi azərbaycanlı yazıçı Qurban Səidin "Əli və Nino" əsəri olub. Heykəllər əsərdə bəhs edilən azərbaycanlı Əli adlı gənclə gürcü qızı Ninonun simvoludur.
Qeyd edək ki, heykəltaraş Tamara Kvesitadze 1968-ci ildə Tiflisdə doğulub. Dünya miqyasında məşhur olan heykəltaraş əsərlərində yeni materiallardan istifadə etməsi ilə tanınır.
Xəbəri paylaş
7848 dəfə oxunub.
Digər xəbərlər

13-03-2017, 11:46
"Sarkisyan müharibə istəyirsə, biz hazırıq" - Polkovnik
1-06-2016, 18:48
İki ölkə lideri İlham Əliyevə məktub göndərdi
20-08-2019, 19:39
Komitədən sürücülərin ittihamları ilə bağlı AÇIQLAMA
3-02-2017, 10:53
DİN rayon polis şöbələrinə işçi axtarır
19-07-2018, 13:12
DİQQƏT: Bəzi rayonlara güclü leysan yağacaq
16-05-2016, 11:12
Külli miqdarda siqaret ələ keçirildi
28-12-2016, 21:35
Donald Tramp: "Barak Obama hakimiyyəti rahat şəkildə ötürmədi"
22-09-2016, 18:07
Azərbaycanlı müğənni “Dəli kimi sevdim” - VİDEO