Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səudiyyə Ərəbistanı Yəmən sərhədinə qoşun yeritdi
Tarix: 25-03-2015 | Saat: 15:30
Bölmə:Karusel / Hadisə / Dünya / M2 | çapa göndər

Səudiyyə Ərəbistanı Yəmən sərhədinə qoşun yeritdi

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Faysalın "Yəməndəki münaqişə dinc həll olmasa, lazım olanı edəcəyik" açıqlamasının ardından Yəmən sərhədinə ağır silah, tank və digər hərbi avadanlıqları toplamağa başlayıb.

XƏBƏRAZ.AZ Reuters-ə istinadən xəbər verir ki, İran dəstəkli şiə husilərin Yəmənin cənubunda hakimiyyəti zorla ələ keçirməsindən və 2 gün öncə, buna qarşı etiraz aksiyası keçirən xalqa qarşı silah tətbiq etməsindən sonra, ölkənin qanuni prezidenti Hadi proseslərin belə davam edəcəyi təqdirdə, hava hücumları həyata keçirəcəklərin açıqlayıb.

Səudiyyə Ərəbistanının Müdafiə naziri Məhəmməd bin Salman bin Abdulaziz isə, dünən ölkənin Yəmən sərhədində yerləşən hərbi gücü və təchizatlarını şəxsən yoxlayıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Faysal isə Yəməndəki böhranın dinc yollarla həll edilməməsi halında region ölkələrinin təcavüzə qarşı lazımi addımları atacağını deyib.

"Yəməndəki münaqişənin siyasi və sülh yolu ilə həll edilməsini ümid edirəm, amma bu baş verməsə region ölkələri təcavüzə qarşı lazımi addımları atacaqdır. Yəmənin dövlət başçısı Mənsur Hadiyə dəstək verəcəyik. Bunu yalnız bir tərəfi müdafiə etmək üçün deyil, Yəmənin sabitliyini təmin etmək üçün edəcəyik."

Qeyd edək ki, İran, Yəməndə şiə husilərin paytaxt maddi və hərbi dəstək verəcəyini açıqlayıb. Səudiyyə Ərəbistanının isə məhz bu səbəbdən manaqişəyə müdaxilə edəcəyi gözlənilir. Qərb ölkələri və BMT isə Mənsur Hadini qanuni prezident kimi tanısa da, husiləri terrorçu təşkilat elan etməyib. Müşahidəçilər bunu son zamanlar ABŞ-la İran arasındakı münasibətlərdəki istiləşmə ilə əlaqələndirirlər. Xatırladaq ki, iki gün öncə, ABŞ "Hizbullah"ı da terror siyahısından çıxardığını bəyan edib.


Xəbəri paylaş

7338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___