Bakıda “Lexus”da huşsuz vəziyyətdə tapılan qız komadan çıxdı
Tarix: 26-08-2015 | Saat: 13:58
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
22 yaşlı oğlan ölüb.
Bir neçə gün əvvəl Bakının Nərimanov rayonunda O.Salamzadə küçəsində huşsuz vəziyyətdə tapılan 19 yaşlı qızdan yeni xəbər var.
Xəbəraz.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, həmin küçədəki çoxmərtəbəli binanın həyətindəki qarajda “Lexus” markalı avtomobilin salonunda tapılaraq ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.T 4 gün komada qaldıqdan sonra ayılıb.
Bir çox mütəxəssislər gənc qızın bu vəziyyətdə komadan çıxmasını tibbi heyətin uğuru kimi dəyərləndirib. R.T komadan çıxdıqdan sonra ambulator müalicəyə yazılıb və evə buraxılıb.
Qeyd edək ki, avqustun 18-də saat 01:30 radələrində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini 22 yaşlı L.Y evlərinin qarşısındakı qarajda olan “Lexus” markalı avtomobilindən R.T ilə birlikdə huşsuz vəziyyətdə Kliniki Tibbi Mərkəzə gətirilib. Gənc oğlan xəstəxanada ölüb, R.T-nın vəziyyəti ağır olduğundan onun dindirilməsi mümkün olmayıb.
Hadisəyə qapalı şəraitdə saxlanılan avtomobilin kondisionerinin salona vurduğu qazın səbəb olduğu bildirilir.
Xəbəri paylaş
7898 dəfə oxunub.
Digər xəbərlər

12-08-2017, 18:45
İlham Əliyev sərəncam verdi
19-08-2015, 12:58
Rozanın yeni imici Aygün Kazımovanı xatırlatdı– fotolar
7-06-2017, 00:05
İŞİD-ə qoşulduğu deyilən azərbaycanlı qadından - Açıqlama
7-06-2018, 10:44
Güclü maqnit qasırğası gəlir
3-07-2023, 11:39
İdman kömək etmədi, mədə botoksu ilə arıqladı
5-01-2017, 15:14
Uşaqlar arasında xəstəlik yayılıb - Diqqət!
31-01-2019, 11:11
Bu gecədən Kiçik çillə başlayır
16-07-2015, 15:22
Nazirlərdən kimlər oruc tutdu?
7-06-2017, 17:48
İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
12-06-2017, 22:49
RƏQQASƏ RENKA KİMİNLƏ 1 İLLİK SUSQUNLUĞUNU POZDU?: "ŞƏRQ NAĞILI" – VİDEO