Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ekspert: Yaxın zamanlarda manatın devalvasiyası gözlənilmir
Tarix: 25-08-2015 | Saat: 14:56
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Ekspert: Yaxın zamanlarda manatın devalvasiyası gözlənilmir

Manatın gözlənilən devalvasiyası haqqında yayılan şayiələr əsassızdır və bu, məsələ ətrafında ajiotaj yaratmaq məqsədi daşıyır.

Xeberaz.az xəbər verir ki, bu barədə “Report”a iqtisadçı-ekspert, Azərbaycanın iqtisadiyyat nazirinin sabiq müavini Oqtay Haqverdiyev son günlər paytaxtdakı valyuta mübadiləsi məntəqələrində müşahidə olunan vəziyyəti şərh edərkən bildirib.

“Əslində, son günlər heç nə baş verməyib, bu, sadəcə ajiotajdır. Müxtəlif şayiələr buraxılır, bu da cəmiyyətdə və müəyyən əmanəti olan insanlar arasında qeyri-normal reaksiyaya səbəb olur”, - deyə O.Haqverdiyev qeyd edib.

O, Azərbaycan Mərkəzi Bankının devalvasiyanın olmayacağına və məzənnənin eyni səviyyədə qalacağına dair bəyanatını xatırladıb.

“Yaxın zamanlarda, ən azı ilin sonuna qədər dəyişiklik gözlənilmir”, - deyə ekspert vurğulayıb və manatın qiymətinin sabitliyini məzənnənin tənzimlənməsi siyasəti ilə izah edib.


Xəbəri paylaş

7228 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___