Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tovuzda qədim yaşayış məskəni aşkarlanıb - FOTO
Tarix: 23-08-2015 | Saat: 13:30
Bölmə:Karusel / Gündəm / Foto-fakt | çapa göndər

Tovuzda qədim yaşayış məskəni aşkarlanıb - FOTO
Yaşayış məskənlərini isə yüz illər öncə çəkilən araba yolları birləşdirir.

Tovuzda dörd qədim yaşayış məskəni və məbədlər kompleksi tapılıb. Rayonun ucqar dağ kəndi Çobansıxnaqda aşkarlanan qədim məkanın Qafqaz Albaniyasına məxsus olduğu bildirilir.
Xeberaz.az xəbər verir ki, yerli tədqiqatçı Calaləddin Qasımov AzərTAc-a bildirib ki, uzun illər boyu axtardığı Abdal şəhərini ən hündür zirvədə aşkarlayıb. Qədim insanlara məxsus 3 hektara yaxın ərazidə iri sal daşlarla hörülmüş mühafizə divarları, onların zaman-zaman məişətdə işlətdiyi əşyalar maraq doğurur. Bir-birindən 5-7 kilometr aralıda yerləşən qədim yaşayış məskənlərini isə yüz illər öncə çəkilən araba yolları birləşdirir.

Çətin dağ şəraitində ərazini qarış-qarış gəzən C.Qasımov bura arxeoloqları dəvət edib. Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz arxeoloji ekspedisiyasının üzvləri ərazidə kəşfiyyat xarakterli iş apararaq Çobansıxdaqda tapılan qədim abidənin albanlara məxsus olduğunu üzə çıxarıb. Bununla yanaşı, ərazidəki qədim məbəd kompleksi də arxeoloqların diqqətini cəlb edib.



Xəbəri paylaş

7498 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___