Röyanın konsertində baş verənlər - FOTO
Tarix: 22-08-2015 | Saat: 11:58
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt | çapa göndər
Abbasın pul hədiyyəsi, oğlunun sevgi etirafı...
Müğənni Röya Ayxanın “Yaşıl Teatr”dakı solo konserti baş tutub.
Xeberaz.az xəbər verir ki, axşam.az-ın məlumatına görə, səhnəyə ağ geyimdə və rəqqaslarla birlikdə çıxan ifaçı ilk olaraq “Sultanım” mahnısını səsləndirib.
Daha sonra səhnəyə Röyanın oğlu çıxaraq ona gül verib və sevgisini etiraf edərək “Anamı çox sevirəm. Kim onu çox istəyir?” deyə mikrofonu tamaşaçılara uzadıb. İfaçı mahnılarıyla yanaşı, tamaşaçılarla söhbəti ilə də yadda qalıb. O, bir müddət əvvəl xəstələndiyini deyib:
“Xəstələnmişdim. Belə böyük problemim yoxdur, sadəcə əsəbiyəm. Gözəl bir insanla - həkimlə tanış oldum. Həyatımızda elə insanlar var ki, onları pulla almaq olmur: həkimlər, əsgərlər və dövlət işçiləri. Onların qarşısında baş əyirəm”.
Konsertdə mahnının sözlərini tez-tez unudan Röya “Bircə problemim var, mahnının sözlərini unutmasaydım” deyib.
Röya oğlu Hüseynin səhnəyə çıxıb onu öpən azyaşlı pərəstişkarlarını qısqandığını bildirib:
“Hüseyn onları görüb qısqanır. “Ana, mən gəlim?” deyə soruşur”.
İfaçı gecədə bir çox mahnısını papuri şəklində oxuyub. O, sözləri Leyliyə, musiqisi Hakan Erola aid olan “Səni yox” adlı yeni mahnısını da ilk dəfə səsləndirib. Tamaşaçılarla ən gözəl anlarını bölüşən R.Ayxan xoşbəxt olduğunu etiraf edib:
“Mən xoşbəxtəm. Qadını kişi sevə bilər. Amma bir qadını xanımın sevməsi böyük işdir. Sizi sevirəm”.
Gecənin maraqlı anlarından biri də əməkdar artist Abbas Bağırovun səhnəyə çıxaraq Röyaya zərfdə pul verməsi olub.
R.Ayxan gecədə ağ və qırmızı rəngli iki libas dəyişib.
Qeyd edək ki, növbəti konsert bu gün baş tutacaq.
Xəbəri paylaş
8348 dəfə oxunub.
Digər xəbərlər

27-04-2016, 23:48
Cəbhədə yenə atəşkəs pozuldu
5-05-2016, 13:28
Avropa qapılarını Türkiyəyə açır – Merkel
9-06-2021, 02:22
Norveçli Samirəyə görə Bakıya gəlir - "Adətlərimiz fərqlidir, bir-birimizi tanımalıyıq"
16-06-2021, 12:41
“Sipark” İnşaat qanunları necə pozur... - İTTİHAM
19-03-2021, 15:09
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandı
18-05-2016, 13:27
Erməni qanuni oğru həbs olundu
13-03-2021, 21:07
"Gəncədə qadın dəm qazından zəhərləndi
12-09-2015, 23:47
Rövnəq Abdullayev Berdımuhəmmədovun qəbulunda
30-06-2021, 11:14
Cütlüyün ailələri arasında faciə: Dəfələrlə maşınla üzərindən keçdi - ANBAAN VİDEO
24-06-2019, 15:58
Azərbaycanda daha bir “pir”: Ağacdan alt paltarı asırlar, “əl uzadan”ın ağzı əyilir – REPORTAJ