Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bibisi oğlunun xəyanətinə görə bibisini öldürən Xaçmaz sakininə hökm oxundu
Tarix: 20-08-2015 | Saat: 14:20
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Bibisi oğlunun xəyanətinə görə bibisini öldürən Xaçmaz sakininə hökm oxundu
Mövlanov Gülbikə İskəndərovaya 20-dən artıq zərbə endirib.

Sumqayıt Apelyasiya Məhkəməsində Xaçmaz rayon sakini Samir Mövlanovun (1982-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xeberaz.az Oxu.Az-a istinad xəbər verir ki, 2013-cü il iyunun 17-də Samir Mövlanov bibisi Gülbikə İskəndərovanın (1963-cü il təv.) Köhnə Xaçmaz kəndi, Qudyalçay küçəsi 14 ünvanında olan evinə gələrək, aralarında yaranan ailə münaqişəsi zəmnində üzərindəki bıçaqla qadına 22 zərbə vurub.

Aldığı ağır xəsarətlərdən İsgəndərova hadisə yerində keçinib, Mövlanov isə həmin gün Xaçmaz RPŞ əməkdaşları tərəfindən saxlanılıb, araşdırma zamanı onun RF CM-nini 158-ci (oğurluq) maddəsi ilə axtarışda olması müəyyən edilib. Dindirmə zamanı, o cinayəti namus üstündə törətdiyini bildirib.

İstintaqla müəyyən edilib ki, Samir Mövlanovun həyat yoldaşı Ülviyyə Quliyeva ərindən gizlin mobil telefon işlədərək onun bibisi oğlu Nurlan İskəndərovla vaxt aşırı əlaqə saxlayıb.

İyunun 11-də Samir öz bibisi oğlu ilə arvadınını sevgi münasibətində olduğunu öyrənib.

O, bu barədə Ülviyyədən soruşduqda, yoldaşı Samirin məsələdən xəbər tutmasını anlayıb və həmin gecə evdən qaçıb. Mövlanov arvadının Nurlanla ona xəyanət etdiyini başa düşüb. Samir axtarışa başlasa da onları tapa bilməyib, bir neçə dəfə bibisi Gülbikədən Nurlanın yerini soruşsa da, qadın oğlunun yerini bilmədiyini deyib. Amma Samir ona inanmayıb.

İyunun 17-də Mövlanov spirtli içki qəbul edəndən sonra axşam saat 22 radələrində bibisinin evinə gəlib və qadını yenidən sorğu-suala tutub. Qadın ona təkrar Nurlanın hara getməsindən xəbərsiz olduğunu desə də, Samir ona inanmadığını bildirib.

Bu zəmində aralarında söyüş və təhqirlə müşahidə olunan mübahisə yaranıb. Sərxoş vəziyyətdə olan Mövlanov qisas almaq məqsədilə İskəndərovanı öldürmək qərarına gəlib və bıçaqla ilk olaraq qadının boyun nahiyəsinə zxəsarət yetirib. Daha sonra isə Gülbikə İskəndərovaya 20-dən artıq zərbə endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 13 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Samir Mövlanovun vəkili apellyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin əməlinin CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsüf edilməsini istəyib.

İşi araşdıran Sumqayıt Apelyasiya Məhkəməsinin qərarına görə, Samir Mövlanovun şikayəti təmin edilib və əməli 120.1-ci maddəsinə tövsif edilməklə ona 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Bu qərardan narazı qalan Baş Prokurorluq Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib.

Növbəti dəfə işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib və Samir Mövlanovun cəzasını 1 il endirməklə barəsində 12 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___